Back Dövlət qurumları və özəl sektorun nümayəndələri əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində üçüncü Ölkə Risk Qiymətləndirilməsini müzakirə edirlər

Dövlət qurumları və özəl sektorun nümayəndələri əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində üçüncü Ölkə Risk Qiymətləndirilməsini müzakirə edirlər

Azərbaycanda əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Ölkə Risk Qiymətləndirilməsinin üçüncü mərhələsi uğurla başa çatmışdır. Bu, mühüm bir nailiyyətdir, çünki risklərin qiymətləndirilməsi ölkə üçün həssas olan sahələri müəyyən etməyə imkan vermişdir. Nəticədə dövlət qurumları və özəl sektor fəaliyyət istiqamətlərini və resurs bölgüsünü daha əlaqəli və məqsədyönlü şəkildə prioritetləşdirə biləcəklər. Ən riskli fəaliyyət növlərinin və sahələrin müəyyən edilməsi effektiv cavab tədbirlərinin formalaşdırılmasına kömək edir, maliyyə sistemini qoruyur, eləcə də insanların və cəmiyyətin təhlükəsizliyini təmin edir.

Əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində üçüncü Ölkə Risk Qiymətləndirilməsinin nəticələrini və bu sahədə tövsiyələri müzakirə etmək üçün Avropa Şurası dövlət qurumlarını və özəl sektorun nümayəndələrini bir araya gətirdi. Həmçinin, Öllə Risk Qiymətləndirilməsi prosesi zamanı müəyyən edilmiş risklərin azaldılmasına yönəlmiş bir sıra tədbirləri özündə əks etdirən Milli Fəaliyyət Planının layihəsi müzakirə olundu.

Ölkə Risk Qiymətləndirilməsi üzrə İşçi Qruplarında təmsil olunan müxtəlif tərəfdaş qurumlar beynəlxalq təcrübədən yararlanaraq, əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi prosesinə dair qabaqcıl beynəlxalq yanaşmalar və bu proses zamanı digər ölkələrin üzləşdiyi çətinliklər barədə ətraflı məlumat əldə etdilər. Tədbir, xüsusilə məlumatların toplanması və təhlili sahəsində və sektorlar üzrə qiymətləndirmələrdə təkmilləşdirməyə ehtiyacı olan sahələri təqdim etməklə yanaşı, bu risklərin hərtərəfli qiymətləndirilməsində milli səyləri təqdir etmək üçün bir fürsət yaratdı. Bundan əlavə, iştirakçılar müəyyən sahələrdə əmlakın leqallaşdırılması risklərinin effektiv idarə olunması üçün daha spesifik və hərtərəfli tədbirlərin görüıməsi ilə bağlı tövsiyələrdən yararlandılar.

Bu genişmiqyaslı tədbirin əsas məqsədi toplanmış məlumatların səmərəliliyini və əhatəsini artırmaq, təhdidlərin və zəifliklərin təhlilini gücləndirmək, həmçinin daha uyğun və səmərəli tədbirlərə çevrilə biləcək əhəmiyyətli nəticələrin əldə olunmasını təmin etməkdir.

Nəticədə, bu tədbir dövlət qurumlarına əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli təhdid və zəiflikləri daha yaxşı müəyyən etməyə, qiymətləndirməyə və anlamağa kömək edəcək. Bu da öz növbəsində əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı milli mübarizə sistemini və siyasətini möhkəm sübut bazası əsasında gücləndirməyə imkan yaradacaq.

Tədbir Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq birgə proqramının “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” Layihəsi çərçivəsində təşkil olunmuşdur.

Bakı, Azərbaycan 21-22 yanvar 2026
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page