Back İstanbul Konvensiyasına dair miflər və faktlar: Azərbaycan dilində yeni video

İstanbul Konvensiyasına dair miflər və faktlar: Azərbaycan dilində yeni video

İstanbul Konvensiyasının dövlətlərdən nə tələb etdiyinə və praktikada vətəndaşlar üçün nə ifadə etdiyinə dair bir çox yanlış fikirlər mövcuddur. Qısa videoya baxın və İstanbul Konvensiyası haqqında həqiqəti öyrənin.

2021-ci ilin 11 may tarixində İstanbul Konvensiyası kimi tanınan Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasının imzalanmasının 10 illiyini qeyd etdik. Bu konvensiya qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə üzrə öhdəliklərin müəyyənləşdirilməsində ən geniş miqyaslı beynəlxalq müqavilədir. Avropa Şurasının 35 üzv dövləti konvensiyanı ratifikasiya etmiş, eləcə də Avropa İttifaqı onu imzalamış, amma hələ ratifikasiya etməmişdir. Konvensiya Avropadan kənarda olan bir çox dövlətlər tərəfindən də yol xəritəsi kimi istifadə olunur.

Azərbaycan İstanbul Konvensiyasını imzalamayan iki Avropa Şurası üzv dövlətindən biridir. "Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması" layihəsi çərçivəsində Avropa İttifaqı və Avropa Şurası, qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində milli qanunvericiliyin və siyasətin Avropa standartlarına uyğunlaşdırılması, eləcə də qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə sahəsində mövcud daxili siyasətləri və milli fəaliyyət planının həyata keçirilməsi istiqamətində Azərbaycanın  dövlət qurumlarına dəstək göstərir. Eləcə də, bu birgə layihə Azərbaycanın dövlət  qurumlarına İstanbul Konvensiyasına tərəf olmaq istiqamətində bələdçilik edir.

Bu video Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlığın ikinci mərhələsi (PGGII) çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi tərəfindən hazırlanmışdır:

 

Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.

PGGII haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.

16/02/2022
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page