Avropa Şurası 28-29 noyabr 2026-cı il tarixində Şabranda keçiriləcək “Ətraf Mühit Jurnalistikası” adlı təlim proqramı üçün müraciətlərin qəbulunu elan edir.
Bu təlimin məqsədi iştirakçılara ətraf mühit jurnalistikası sahəsində əsas bilik və bacarıqları aşılamaq, ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı mövzuların peşəkar, dəqiq və məsuliyyətli şəkildə işıqlandırılması üçün onların potensialını gücləndirməkdir. Təlim ekoloji jurnalistikanın əsas prinsiplərini, terminologiyasını, iqlim dəyişikliyi, əsas ekoloji problemlər, beynəlxalq iqlim danışıqları, Dayanıqlı İnkişaf Məqsədləri (SDG-lər), məlumat əsaslı jurnalistika və xəbər yazımı üzrə praktiki məşğələləri əhatə edəcəkdir.
Tədbir Avropa Şurası tərəfindən həyata keçirilən “Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığının Təşviqi (PRO-M-FEX)” layihəsi çərçivəsində təşkil olunur.
Müraciət üçün son tarix: 25 oktyabr 2026-cı il
Müraciət üçün CV və motivasiya məktubunuzu [email protected] e-poçt ünvanına göndərməyiniz xahiş olunur.
Müraciətlər jurnalistika, media və kommunikasiya ixtisasları üzrə təhsil alan 3-cü və 4-cü kurs tələbələri və yeni məzun olmuş gənclər üçün açıqdır.
Seçilmiş iştirakçıların təlimin keçiriləcəyi məkana səfəri və qonaqlaması ilə bağlı bütün xərclər Avropa Şurası tərəfindən qarşılanır.
