Avropa Şurasının Bakıdakı Ofisi Azərbaycanda tədbirlərin təşkili, nəqliyyat, görünürlük, nəşr və çap xidmətləri üzrə elan edilmiş tenderdə iştirak etmək üçün uyğun xidmət təminatçılarını dəvət edir.
Tender aşağıdakı dörd lotu əhatə edir:
-
Bakıda konfrans, iaşə və yerləşdirmə xidmətləri;
-
Bakıdan kənar Azərbaycanın regionlarında konfrans, iaşə və yerləşdirmə xidmətləri;
-
Görünürlük, nəşr və çap xidmətləri;
-
Transfer və nəqliyyat xidmətləri.
Avropa Şurası uyğunluq tələblərinə cavab vermək şərtilə hər lot üzrə minimum üç xidmət təminatçısı seçməyi nəzərdə tutur. Konkret tədbirlər üzrə xidmət təminatçılarının seçilməsi üçün əlavə rəqabətli prosedurlar keçiriləcək.
Tender elanına keçid: Elektron satınalma platforması – № 12093
Tender sənədlərini platformada nəzərdən keçirə və yükləyə bilərsiniz.
Təkliflər yalnız elektron satınalma platforması vasitəsilə təqdim edilməlidir. E-poçt və ya hər hansı digər kanal vasitəsilə göndərilən təkliflər qəbul edilməyəcək.
Qeydiyyat qaydaları ilə bağlı təlimat və məlumatlar üçün Avropa Şurasının tenderlər üzrə veb-səhifəsinə daxil olun.
Təkliflərin təqdim edilməsi tələbləri və son tarixlərlə tanış olmaq üçün tender sənədlərini diqqətlə nəzərdən keçirməyiniz xahiş olunur.
