22 fevral 2023-cü il tarixində Avropa Şurası Bakıda “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsinin yekun tədbirində Azərbaycanın dövlət qurumları, Milli Məclisin üzvləri, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla 100-ə yaxın iştirakçını bir araya topladı.
Tədbirin səhər sessiyası Azərbaycan Respublikasında qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri ilə bağlı hesabatın nəticələrinin müzakirəsinə həsr olundu. Hesabatın əsas məqsədi huquqi və siyasi bazanın beynəlxalq standartlara daha da uyğunlaşdırılmasında Azərbaycanın səlahiyyətli orqanlarına dəstək olmaqdır.
Tədbirin günorta sessiyasında layihənin uğurları və üzləşdiri çətinliklər müzakirə olundu, gələcək əməkdaşlıq məsələlərinə də toxunuldu.
Layihə tərəfdaşları layihənin səmərəliliyini pozitiv qiymətləndirdi və əlasə səylərin tələb olunduğu sahələri vurğuladı. Qurumlararası əməkdaşlığın gücləndirilməsinə ehtiyac dəfələrlə səsləndirildi, məktəblilərin fəaliyyətlərin konkret hədəf qrupu olmasının vacibliyi də qeyd edildi.
Layihənin uğurları içərisində aşağıdakılar xüsusi yer tutur:
- Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası (İstanbul Konvensiyası) və digər gender bərabərliyi standartları haqqında məlumatlılıq artırılmış, 100.000-dən çox insan üçün maarifləndirmə kampaniyaları və 40-dan çox əyani material, o cümlədən məlumat bülletenləri, broşurlar, hesabatlar, videolar hazırlanmış və mövcud nəşrlər Azərbaycan dilinə tərcümə edilmişdir;
- Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində qanunvericilik və siyasətlərdə boşluqların təhlilini hazırlamaqla, daxili qanunvericilik və siyasətlərin beynəlxalq standartlara daha da uyğunlaşdırılması və onlarda müvafiq düzəlişlərin edilməsi üçün qurumların potensialının atrırılmasına töhfə vermişdir;
- Qadınlara qarşı zorakılıq və məişət zorakılığı mövzusunda onlayn və hamı üçün əlçatan olan HELP kursunun Azərbaycan adaptasiyasının hazırlanması vasitəsilə hüquq professionallarının bilik və bacarıqlarını artırılmışdır.
Layihənin başa çatmasına baxmayaraq, həyata keçirilən fəaliyyətlərin nəticələri istiqamətində layihənin əsas tərəfdaşları ilə əməkdaşlıq davam edəcək. Bu layihə zamanı göstərilən təşəbbüslərin gələn ay başlaması planlaşdırılan yeni üç illik layihə çərçivəsində davam etdirilməsi gözlənilir.
Bu layihə çərçivəsində hazırlanan bütün nəşrləri Azərbaycan və ingilis dillərində buradan yükləyə bilərsiniz.
“Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi Avropa İttifaqı və Avropa Şurası tərəfindən onların Yaxşı İdarəçilik üçün Tərəfdaşlığı II 2019-2022 çərçivəsində birgə maliyyələşdirilir və Avropa Şurası tərəfindən icra olunur.
