Back Tender elanına dəvət

Tender elanına dəvət

Avropa Şurasının Bakıdakı Ofisi xidmət nəqliyyat vasitələrindən biri olan KIA SORENTO 2.2 Premium (Əlavə A) avtomobili üçün qiymət təklifi təqdim etməyə dəvət edir.

Maraqlı tərəflərdən qiymət təkliflərini avro (EUR) ilə və Təklif Formasına (Əlavə B) poçt vasitəsilə və ya şəxsən, möhürlənmiş zərfdə tender sənədlərində qeyd olunan Ofis ünvanına təqdim etmələri xahiş olunur.

Təkliflərin təqdim edilməsi üçün son tarix 14 oktyabr 2026-cı ildir.

Nəqliyyat vasitəsinə 12 və 13 oktyabr 2026 ci il tarixlərdə, saat 10:00-dan 12:00-dək, Avropa Şurasının Bakıdakı Ofisində baxış keçirmək mümkündür.

Təkliflər qiymət təkliflərinin qəbul edilməsi üçün son tarixdən etibarən 30 gün müddətində qüvvədə qalmalıdır.

Yalnız qalib təklif sahibi məlumatlandırılacaq.

Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisi istənilən və bütün qiymət təkliflərini rədd etmək, prosesin bütünlükdə və ya qismən ləğv edilməsi və ya müqavilənin bağlanmasından əvvəl istənilən vaxt dayandırılması hüququnu özündə saxlayır. Bu halda Ofis təsirə məruz qalan təklif sahibləri qarşısında heç bir məsuliyyət daşımır və qərarının səbəbləri barədə onlara məlumat vermək öhdəliyi daşımır.

Nəzərinizə çatdırırıq ki, nəqliyyat vasitəsi diplomatik qeydiyyatdadır. Diplomatik statusu olmayan alıcı onu yenidən qeydiyyatdan keçirməli və gömrük rüsumlarını ödəməlidir.

Əlavə A and B

Nəqliyyat vasitəsinin şəkilləri

Bakı, Azərbaycan 29 sentyabr 2026-cı il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page