Avropa Şurası 23 oktyabr 2026-cı il tarixdə Macarıstanın Budapeşt şəhərində yerləşən Avropa Gənclər Mərkəzində (EYCB) keçiriləcək “Hüquq təhsilinə gender yanaşmasının inteqrasiyası” adlı regional seminar üçün müraciətlərin qəbulunu elan edir.
Seminar Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukraynadan 60-dək hüquq professorlarını bir araya gətirəcək. Tədbirin məqsədi iştirakçıların gender bərabərliyi və insan hüquqları sahəsində Avropa Şurasının standartlarını hüquq təhsilinə inteqrasiya etmək bacarıqlarını gücləndirməkdir. Bu, o cümlədən tədris proqramlarının hazırlanması, innovativ tədris yanaşmaları və həmkarlar arasında təcrübə mübadiləsi vasitəsilə həyata keçiriləcək.
Müraciətlər bütün akademik səviyyələrdə dərs deyən müəllim heyəti, habelə hüquq fakültələrində idarəetmə və ya rəhbər vəzifələrdə çalışan şəxslər üçün açıqdır.
Müraciət üçün son tarix: 30 iyun 2026-cı il
Seçilmiş iştirakçıların səfər və yaşayış xərcləri Avropa Şurası tərəfindən qarşılanacaq.
Müraciətlər üçün tam elan və ərizə forması burada mövcuddur.
Tədbir Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq birgə proqramının “ Qadınların ədalət mühakiməsinə çıxışı: Gender bərabərliyi və qadınlara qarşı zorakılığın qarşısının alınmasında Avropa Şurasının standartlarının həyata keçirilməsi” layihəsi çərçivəsində təşkil olunmuşdur.
