Beynəlxalq Qadınlar Günü münasibəti ilə Avropa Şurasının Nazirlər Komitəsinin Seksizmin qarşısının alınması və onunla mübarizəyə dair CM/Rec(2019)1 saylı Tövsiyəsi haqqında yeni broşuranı Azərbaycan dilində təqdim edirik.
Bu broşura Tövsiyəni və onun məqsədlərini izah edir, seksizmi müəyyən edir, onun nəticələrini göstərməklə yanaşı müxtəlif sahələrdə (ədliyyə sistemi, iş yeri, təhsil və s.) seksizmə dair nümunələr irəli sürür və onun həll edilməsi və qarşısının alınması üçün konkret təlimatlar verir. Bu broşüra Avropa Şurasının “Seksizm: Onu gör. Ona ad qoy. Onu dayandır” kampaniyasının bir hissəsidir.
Kampaniya haqqında ətraflı məlumat üçün kampaniyanın Fəaliyyət Səhifəsinə baxın və Tövsiyənin tam mətnini burdan oxuyun, hər ikisi Azərbaycan dilində əlçatandır.
Bu broşura Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) proqramının bir hissəsi olan “İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində hazırlanmışdır və layihə Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilir və Avropa Şurası tərəfindən icra olunur.
Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.
PGGII haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.
