Ədliyyə Akademiyası, Penitensiar Xidmət, Tibb Baş İdarəsi və 1, 4 və 16 saylı pilot cəzaçəkmə müəssisələrini təmsil edən 11 rəhbər işçisindən ibarət qrup bilik və bacarıqlarını Avropa standartlarına uyğun şəkildə artırdı. Onlar, təlimçi qismində, bu bilik və bacarıqlarını kaskad üsulu ilə öz həmkarlarına çatdıracaqlar.
Milli təlimçilər məhkumların müəssisəyə qəbulu zamanı onların psixi sağlamlığının düzgün şəkildə dəyərləndirilməsi, risklərin və ehtiyacların qiymətləndirilməsi, həbsxana şəraitində aqressiyanın qarşısının alınması və belə halların idarə olunması, həmçinin reabilitasiya və reinteqrasiyanın əhəmiyyəti kimi mövzularda intensiv təlim keçiblər. Təlim prosesi kazusların həlli, qrup işi və rol oyunu kimi praktik tapşırıqlarla daha da təkmilləşdirildi.
İyun ayının 2-4 tarixlərdə baş tutan bu fəaliyyət həbsxanalarda səmərəli idarəetməni, tibbi xidmətin təşviq olunmasını və keçmiş məhbusların cəmiyyətə yenidən inteqrasiya olunmasına yardımı nəzərdə tutan Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən "Azərbaycanda penitensiar islahatlara əlavə dəstək – 2" (SPERA 2) Birgə Proqramı çərçivəsində təşkil edilib.
