Necə istəyirsinizsə, təqdim edin – balina ovu cinayətdir və cinayət törətmək yanlışdır.

Balina və Delfinlərin Qorunması Cəmiyyəti

Xülasə

Bu məşğələ aşağıdakı məsələlər üzrə kiçik qrup işi, rol oyunu, müzakirə və razılıq əldə etməyi əhatə edir:
• Dəniz resurslarından davamlı istifadə
• Yerli əhalinin iqtisadi, sosial və mədəni inkişaf istiqamətlərini müstəqil şəkildə təyin etmək hüququ

Əlaqədar hüquqlar

• Cəmiyyətin mədəni həyatında iştirak etmək hüququ
• Ərzaq və təbii resurslara çıxış hüququ
• Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ

Məqsədlər

• Mədəni həyatda iştirak etmək hüququ və ətraf mühitin qorunması ilə bağlı açıq şəkildə ziddiyyətli iddiaların başa düşülməsini təmin etmək
• Tənqidi düşünmək, arqumenti təqdim etmək və razılıq əldə etmək bacarıqlarını inkişaf etdirmək
• Mədəni fərqliliklərə açıqfikirli yanaşmaları inkişaf etdirmək.

Materiallar

Paylanmalı materiallar
• Qeydlər aparmaları məqsədilə qruplar üçün qələmlər və kağız

Preparation

• Məsələlər barəsində məlumat əldə etmək üçün materialları diqqətlə oxuyun. Bundan sonra, lazım olduqda, suallarla sizə müraciət edilə bilər.
• Rol kartlarının surətini çıxardın. Hər iştirakçının istinad üçün öz rol kartı olmalıdır.

compass-key-date
  • 9 AvqustYerli İnsanların Beynəlxalq Günü

Təlimatlar

Bu məşğələ iki hissədən ibarətdir: 1-ci hissə (30 dəqiqə) məşğələyə, müzakirə olunacaq ətraf mühit və mədəni məsələlərə girişdir, 2-ci hissə isə (90 dəqiqə) Makah qəbiləsi və balina ovuna qarşı lobbi arasında razılığa gəlinməsi üçün keçirilən görüşün simulyasiyasıdır.

1-ci hissə. Ətraf mühit və mədəni məsələlərə giriş (30 dəqiqə)
1. Bu məşğələnin ətraf mühit və mədəni məsələlər haqqında olduğunu izah edin. O, balina ovunu davam etdirmək istəyən Makah qəbiləsi və buna qarşı olan ətraf mühit
mühafizəçiləri və digərlərinə həsr olunmuşdur.
2. Qrupa Makah qəbiləsi haqqında danışın və qarşıdurmanın illərlə davam etdiyini və hüquqi xərclərin uzunmüddətli nəticə əldə olunmadan artdığını izah edin. Ətraf mühit
mühafizəçiləri qəddar metodlardan istifadə edərək özlərinin və digərlərinin həyatlarını təhlükə altında qoyublar, buna cavab olaraq, Makah qəbiləsi üzvləri qəzəblənərək qanunu pozub qeyri-qanuni şəkildə balina ovuna başlayıblar. Bu, hamı üçün arzuolunmaz vəziyyətdir və tərəflərin bir yerə gəlib hamının qəbul edəcəyi həll tapmasının vaxtı artıq çatmışdır.
3. Bir sıra məsələləri təqdim edin və iştirakçılardan müvafiq suallara cavablarını göstərmək üçün “tam və ya qismən” ayağa qalxmağı xahiş edin. (Bu metoddan necə istifadə etməyi öyrənmək üçün 351-ci səhifəyə baxın).
Aşağıdakı bəyanatları tək-tək oxuyun:
• İnsanların adət-ənənələrinə onlar insan hüquqularına zidd olmadığı müddətcə hörmət olunmalıdır.
• Biz insanların nəyi yeyəcəklərini sərbəst şəkildə seçmək hüququna hörmətlə yanaşmalıyıq; veqan, vegetarian olmaq və ya ət yemək.
• Yediyimiz ərzaq ətraf mühitə zərər vurmayan metodlarla istehsal olunmalıdır.
• Heyvandarlıqda intensiv yetişdirmə və qəddar şəkildə qətlə yetirmə kimi metodlardan istifadə olunmamalıdır.
• Mədəni ənənələr insanlar üçün çox əhəmiyyətlidir və onlara hörmət olunmalıdır.
• Balinalar, hətta mədəni məqsədlər üçün olsa belə, ovlanmamalıdır.

2-ci hissə. Makah qəbiləsi və balina ovu əleyhdarları arasında çıxılmaz vəziyyəti aradan qaldırmağa çalışan görüşün simulyasiyası. (90 dəqiqə)
1. Qrupa həm həqiqi mənada, həm də hüquqi baxımdan illərdir dəhşətli döyüşlərin getdiyini və həll yolu tapmağın vaxtının gəldiyini xatırladın. Bu məşğələ xəyali təşkilat olan
Crest-in (Mədəniyyət, Hüquqlar, Ətraf mühit, Davamlılıq və Danışıq) keçirdiyi görüşün simulyasiyasıdır. Crest ətraf mühit məsələlərinə insan hüquqları perspektivini gətirməyi
hədəfləyən müstəqil təşkilatdır. Onlar dialoq vasitəsilə qarşılıqlı anlayışı təbliğ etmək üçün çalışırlar. Simulyasiya aşağıdakı dörd qrup arasında Crest tərəfindən sədrlik edilən görüşdür:
a. Balina ovunu davam etmək istəyən Makah qəbiləsi
b. Yuxarı Şimal Alyansı, sahil mədəniyyətlərinin gələcəyi və dəniz məməli heyvan resurslarının davamlı istifadəsi üçün çalışan balina ovçuları və ov gəmiçilərini təmsi edən çərçivə təşkilat. YŞA Makahı dəstəkləyir.
c. Dəniz Çobanı, dəniz canlı təbiət növlərini qoruyan beynəlxalq qaydalar, nizamnamələr və müqavilələrin pozuntularını araşdıran və sənədləşdirən təşkilat. Onlar Makahların
tələbinə qarşıdırlar.
d. Qrinpis, balina ovuna qarşı olan ətraf mühit fəalları.
2. Crest-in rolu beş sual əsasında müzakirəni təşkil etməkdir:
• Balinalar niyə əhəmiyyətlidir?
• Boz balinalar nəsli kəsilmək təhlükəsi altında olan heyvan növüdür?
• Niyə Makah qəbiləsi balina əti yeməkdən imtina etməlidir?
• Makahların balina ovu ritualı dəyişdirilməlidir?
• Əgər razılığa gəlinsə, balinaların qorunmasını təmin etmək üçün hansı növ nəzarətə ehtiyac olacaqdır?
3. Dörd könüllüdən Crest-i təmsil etməyi xahiş edin, yerdə qalan qrup üzvlərini isə bərabər şəkildə dörd kiçik qrupa ayırın. Rol kartlarını paylayın. Qrupların məlumatı müzakirə etmək və beş sual üzrə öz mövqelərini və dəstək arqumentlərini nəzərdən keçirmək üçün 30 dəqiqə vaxtları var.
4. Qruplar hazır olduqda hamını ümumi sessiyaya toplayın və Crest-i təmsil edən iştirakçıları stullarda əyləşməyə dəvət edin. Görüş 60 dəqiqə çəkməlidir.
5. Crest görüşü açaraq müzakirələrin insan hüquqları və ətraf mühit çərçivəsi haqqında qısa bəyanat verir və görüşün məqsədinin beş sualda müəyyən edilmiş məsələlərlə bağlı məlumat paylaşmaq və müzakirə aparmaq olduğunu yenidən vurğulayır. Makah qəbiləsi davam edərək mövqeyini bildirir. Bundan sonra, məsələlər müzakirə üçün açıqdır.
6. Müzakirənin sonunda Crest məsələni yekunlaşdırmalıdır. Qısa fasilə verin və təhlil və qiymətləndirməyə keçin.

Təhlil və qiymətləndirməGoto top

Qruplardan müzakirə və suallardan hər hansı biri üzrə razılığa gəlməyin mümkün olub olmadığı barədə soruşmaqla başlayın; bundan sonra, ümumi məsələlərdən danışın.
• Müxtəlif rolları oynamaq çətin idi?
• İştirakçıların öyrəndiyi ən maraqlı məsələ nə oldu?
• Ən yaxşı arqumentlər hansılar oldu? Hislərə toxunan yoxsa rasional və məntiqi olanlar?
• Arqumentin digər tərəfini görmək nə qədər çətin idi? Onu qəbul etmək necə?
• Beş sualdan hər biri üzrə nə qədər ortaq mövqe var idi?
• Real həyatda, digər insanların iştirakçılar tərəfindən kobud, anlaşılmaz və ya etik olmayan hesab edilən mədəni təcrübələrini qəbul etmək nə qədər çətindir?
• Hansı səviyyədə mədəni toqquşma ayrı-seçkiliyə çevrilir?
• Mədəni fərqlilikləri qəbul etmək nə qədər çətindir?
• Qloballaşma mütləq şəkildə mədəniyyətin itirilməsinə aparır? Dəyişdirilmiş mədəniyyət itirilmiş mədəniyyətdir? Biz dəyişən dünyada mədəni dəyişikliyi müsbət proses kimi
görməli deyilik?
• Bu məşğələdə hansı insan hüquqlarına toxunuldu?
• Hüquqlarla bağlı ziddiyyətli hüquqi iddialar adətən məhkəmələrdə həll olunur. Bu, insan hüquqları məsələlərini həll etmək üçün ədalətli üsuldur?
• Hansı prioritet olmalıdır, insanların ərzaq və yaşamaq tələbləri yoxsa ətraf mühitin qorunması və növlərin mühafizəsi?

Sessiyanı “tam və ya qismən” ayağa qalxmağın növbəti mərhələsi ilə yekunlaşdırıb iştirakçıların balina ovu ilə bağlı yanaşmalarında dəyişiklik olub – olmadığını müəyyən edin. 1-ci hissədə soruşduğunuz sualları təkrarlayın.

Fasilitator üçün məsləhətlərGoto top

Bu məşğələdəki məsələlərin mürəkkəbliyi onun yaxşı müzakirə bacarıqları olan yetkin qrup üçün uyğun olduğunu göstərir. Çoxlu məlumat mənimsənilməlidir və rol kartlarındakı mətnlər insan hüquqları və ətraf mühit terminologiyası üzrə müəyyən biliyin olmasını nəzərdə tutur. Siz məşğələni iki sessiyada aparıb sessiyalar arasında qruplara rol kartlarını oxuyub məsələlər barəsində düşünmək üçün vaxt verə bilərsiniz.
• Bu məşğələnin əsas məqsədlərindən biri gəncləri onların mədəni perspektivlərinin məhdudluğu ilə üz-üzə qoymaq və canlı təbiətin davamlı istifadəsi üzrə yanaşmalarına
yenidən baxmağa yönəltməkdir.
• Balina ovu bir çox insanlar üçün olduqca emosional məsələdir və onlar bu mövzu ilə bağlı yanaşmalarında çox qətidirlər. Bu, üzərində işlənilən məsələni qəlizləşdirir
– həmçinin çətinləşdirir. Məsələn, siz iştirakçılardan onların mədəniyyəti, həyatı və adət-ənənələri üçün vacib olan müəyyən spesifik ərzağı yeməkləri qadağan olunarsa,
reaksiyalarının necə olacağını soruşa bilərsiniz. İkinci məqsəd, razılığa gəlmək bacarıqlarını inkişaf etdirməkdir, buna görə də, məşğələ xəyali təşkilat Crest (mədəniyyət, hüquqlar, ətraf mühit, davamlılıq və danışıq) tərəfindən vasitəçilik edilən görüş kimi hazırlanmışdır. Məşğələni etməzdən əvvəl, razılığın əldə olunması üzrə məlumata istinad edə bilərsiniz.

Təlimatların ikinci hissəsinin 1-ci addımında bəzi sualları aydınlaşdıra bilərsiniz.
• Balinalar niyə əhəmiyyətlidir? İqtisadi, tarixi, ətraf mühit və mənəvi məsələləri nəzərdən keçirin.
• Boz balinalar nəsli kəsilmək təhlükəsi altında olan heyvan növüdür? Hansı elmi sübutlar var?
• Niyə Makah qəbiləsi balina əti yeməkdən imtina etməlidir? Yəhudilər və müsəlmanların mədəni səbəblərdən donuz əti yemədiyini, lakin digərlərinin donuz əti yeməsinə müdaxilə etmədiyini nəzərə alın.
• Makahların balina ovu ritualı dəyişdirilməlidir? Nəzərə alın ki, mədəni təcrübələr dəyişə bilər və dəyişir: məsələn, QİÇS epidemiyasına cavab olaraq, dünya üzrə mədəniyyətlərdə cinsi əlaqə barəsində danışmaq qadağan deyil və onunla bağlı, dulun təmizlənməsi kimi rituallarla mübarizə aparılır və dəyişdirilir.
• Əgər razılığa gəlinsə, balinaların qorunmasını təmin etmək üçün hansı növ nəzarətə ehtiyac olacaqdır? Məlumata açıq şəkildə çıxışın olmasını nəzərdən keçirin, hər hansı
ildə balina ehtiyatının yaxşı səviyyədə olduğunu müəyyən etmək üçün kim arbitr ola bilər və aldatmanın qarşısını necə almaq olar.
• İştirakçıların rol kartlarında təqdim olunan bəzi termin və anlayışların mənasını tam şəkildə başa düşdüyünü yoxlayın. Məsələn:

 

Yerli əhali

Yerli əhalini aydın şəkildə müəyyən etməyimizə imkan verən dəqiq fərqlər mövcud deyil. Ümumilikdə, onlar müstəmləkəçilər gəlməmişdən və dövlət sərhədləri çəkilməmişdən
əvvəl, ilkin olaraq ərazidə məskunlaşmış insanların nəslindəndirlər. Onlar həmişə dövlətə qarşıdırlar və adətən qəbilə halında yaşayırlar. 2007-ci ildə qəbul olunmuş Yerli Xalqların Hüquqları üzrə Bəyannamə onların öz müqəddəratını təyin etmək, öz iqtisadi, sosial və mədəni inkişaf istiqamətini müstəqil şəkildə müəyyən etmək, ləyaqət və mədəni müxtəliflik hüquqlarını tanıyır.

Yuxarı Şimal Alyansı: www.highnorth.no

Beynəlxalq Dəniz Çobanı: www.seashepherd.com

Beynəlxalq Balina Ovu Komissiyası: www.iwcoffice.org

Makah xalqı: www.makah.com

Ehtiyat prinsipi

Ehtiyat prinsipinə görə, “fəaliyyət insan sağlamlığı və ya ətraf mühitə təhdid törətdikdə, səbəb-nəticə əlaqələri elmi cəhətdən tam olaraq müəyyən edilməsə də, bəzi ehtiyat tədbirləri görülməlidir”. Buraya qeyri- müəyyənlik qarşısında addım atmaq daxildir; risk yaradan şəxslərə qarşı sübut yükünü dəyişmək; potensial olaraq zərərli fəaliyyətlərə alternativlərin təhlili; müştərək qərar vermə metodları.

Dayanıqlılıq

1989-cu ildə BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Ümumdünya Komissiyası (WCED), həmçinin Brundtland Hesabatı adlandırılır, dayanıqlı inkişafın tərifini belə verdi: “gələcək nəsillərin öz ehtiyaclarını ödəmək imkanlarına xələl gətirmədən hazırki nəslin ehtiyaclarını qarşılamaq əsasında inkişaf”. “Dayanıqlı istifadə” yalnız bərpa olunan resurslara aid edilən anlayışdır: bu, resurslardan onların bərpa olunmaq imkanlarına uyğun şəkildə istifadəni nəzərdə tutur. Elmi sübutlar və obyektiv məlumat əsasında dünyanın təbii resurslarının dayanıqlı şəkildə istifadəsi üzrə qlobal şəkildə razılaşdırılmış prinsip mövcuddur.

VariantlarGoto top

Əgər qrup balacadırsa, iki qrupla işləyə bilərsiniz, Makahlar və Yuxarı Şimal Alyansı bir tərəfdə, Qrinpis və Dəniz Çobanı digər tərəfdə.

Siz iki ayrı sessiyanı müxtəlif vaxtlarda apararaq iştirakçılara faktlarla bağlı tədqiqat apar-maq və öz mövqelərini nəzərdən keçirmək üçün daha çox vaxt verə bilərsiniz.

Bu məşğələni təqdim etməyin başqa yolu panel debatdır. Dörd qrupun hər birini, Makah, Yuxarı Şimal Alyansı, Dəniz Çobanı və Qrinpis, təmsil etmək üçün bir nəfər nümayəndə seçin. Onlar məsələni təqdim etsinlər, daha sonra, iştirakçıların suallarına cavab versinlər. Sonda, beş sualın hər biri üzrə səsvermə olsun.

Bu yolla, siz iştirakçıları məsələnin insan hüquqları, mədəni və ətraf mühit aspektlərini nəzərdən keçirməyə sövq edəcəksiniz, lakin razılıq əldə etmək elementi əhatə olunmaya-caq.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Əgər qrup mədəni dəyişiklik fikrini araşdırmaq istəyərsə, “Tezliklə köhnələcək” məşğələsini edin.

Fəaliyyət üçün fikirlərGoto top

Yerli xalqları onların məhsullarını almaqla dəstəkləyin. “Ədalətli ticarət olunan” məhsulları satan mağazaların bir çoxunda satılan əldə hazırlanmış əşyalar yerli əhali tərəfindən istehsal olunmuşdur. Gələn dəfə kimsə üçün hədiyyə axtararkən belə mağazaya gedib bu məhsulları nəzərdən keçirin.

Əlavə məlumatGoto top

Heyvan hüquqları və şüurlu
hər bir canlıya qarşı qayğı
və hörmət ideyası haqqında
məlumat üçün: www.uncaged.co.uk.

Balina ovu və Makah xalqı
haqqında daha çox məlumat
üçün: www.historylink.org
(makah balina ovu axtarın)

Makah Balina Ovu və Leviafanın Ölümü: Modern Dövrdə Adət-ənənəni Yenidən kəşf etmək və Etibarlılığı Müzakirə etmək. Rob van Ginkel, Amsterdam Universiteti. İnternetdə tapıla bilər; başlığı axtarış motorunuza daxil edin. Yerli xalqların hüquqları haqqında məlumat üçün Yerli İşlər üzrə Beynəlxalq İşçi Qrupun saytına baxın www.iwgia.org; 2007-ci il Yerli Xalqların Hüquqları üzrə Bəyannamənin tam mətni üçün www.un.org saytına baxın

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

 

 

 

Fasilitator üçün ümumi məlumat
Makah xalqı (həmçinin Makah və ya Makah qəbiləsi adlandırılır) ABŞ-ın Vaşinqton ştatının Olimpik yarımadasının ən şimal-qərb nöqtəsindəki qoruqda yaşayır. Hazırda qoruq təqribən 27,000 hektar ərazi tutur. 1999-cu ilin iyulunda qəbilə üzrə məlumat Makahların 1214 qeydiyyata alınmış üzvünün olduğunu göstərirdi, lakin hazırda qoruqda 1079 nəfər yaşayır. Qoruqda orta işsizlik əmsalı təqribən 51%-dir. Qoruqdakı ailələrin 49%-nin gəliri federal kasıblıq səviyyəsindən aşağıdır və onların evlərinin 59%-i standartdan aşağı hesab edilir.
Bu qəmgin təsvirə baxmayaraq, onların adət-ənənələri çox möhkəmdir və əksər makahlar kolleci bitirdikdən sonra geri qayıdaraq Makah qəbiləsi üçün yerli klinika və ictimai məktəbdə çalışırlar. http://www.statemaster.com/encyclopedia/Makah

Hazırki mübahisələrin qısa tarixi
• Oktyabr, 1997: Beynəlxalq Balina ovu Komissiyası Makahların ildə dörd boz balinanını tutmasına razılıq verdi.
• 10 may, 1999: son 70 ildə makahların ilk balina ovu baş tutdu. Etirazçılar ova müdaxilə edir, özlərinin və digərlərinin həyatını təhdid altında qoydu.
• 17 may, 1999: bir balina tutuldu.
• 9 iyun, 2000: Appelyasiya məhkəməsinin 9-cu dövrəsi yeni ətraf mühit qiymətləndirməsi hazırlanana qədər ovların dayandırılması ilə bağlı hökm çıxardı.
• İyul, 2001: yeni qiymətləndirmə verildi. Ova yenidən icazə verildi.
• 2002: Beynəlxalq Balina ovu Komissiyası makahların balina kvotasını yeniləmək tələbi ilə razılaşaraq onu daha beş il üçün uzatdı.
• Dekabr, 2002: 9-cu Dövrənin üç hakimlik paneli tam ətraf mühit təsiri bəyanatı hazırlanana qədər ovun qeyrimüəyyən müddətə dayandırılması hökmünü verdi.
• Fevral, 2005: Makah qəbiləsi Milli Dəniz Balıqçılıq Xidmətinə rəsmi qaydada müraciət edərək onlara balina ovlamağa icazə verilməsi üçün Dəniz Məməlilərinin Mühafizəsi Aktını ləğv etməsini tələb etdi.
• Sentyabr, 2007: qəbilənin bəzi üzvləri, irəliləyişin olmamasından qəzəblənərək, balinanı qeyri-leqal yolla ovladı.
• May, 2008: Balıqçılıq Xidməti ətraf mühit təsiri bəyanatının layihəsini nəşr etdi.
• 2009-cu ilin ortası: ətraf mühit təsiri bəyanatı və ya ləğv tələbi ilə bağlı heç bir yekun qərar yox idi.

Rol kartları

CREST rol kartı
Sizin balina ovu ilə bağlı mövqeyiniz neytraldır. Rolunuz insan hüquqları və ətraf mühit qanunvericiliyi haqqında məlumatı təmin etmək, qruplar arasında vasitəçilik etmək və görüşü yekunlaşdırmaqdan ibarətdir. Sədr olaraq işiniz müzakirənin nəzərdə tutulan mövzu üzrə getməsini təmin etmək, yanlış fikirləri və anlaşmazlıqları aydınlaşdırmaqdır.
Qruplara aşağıdakı suallar üzrə razılığa gəlmək üçün fərqlərdən uzaqlaşıb ortaq cəhətləri tapmağa kömək edin:
• Balinalar niyə əhəmiyyətlidir?
• Boz balinalar nəsli kəsilmək təhlükəsi altında olan heyvan növüdür?
• Niyə Makah qəbiləsi balina əti yeməkdən imtina etməlidir?
• Makahların balina ovu ritualı dəyişdirilməlidir?
• Əgər razılığa gəlinsə, balinaların qorunmasını təmin etmək üçün hansı növ nəzarətə ehtiyac olacaqdır?
Hamını salamlamaqla başlayın. Müzakirələrin çərçivəsini qurun. İki dəqiqə ərzində məsələnin əsas insan hüquqları və ətraf mühit aspektlərini ümumiləşdirməklə səhnəni qurun, istədiyiniz halda, aşağıdakı çıxarışlardan istifadə edin. Görüşün məqsədini bir daha bildirin: məsələləri müzakirə etmək və mövcud qarşıdurmaya uzunmüddətli həll tapmaq üçün qarşılıqlı anlaşmaya nail olmaq.
Ümumi müzakirəyə başlamamışdan Makah qəbiləsindən balina ovuna davam etmək istəklərinin səbəblərini izah etməyi xahiş edin. 50 dəqiqəlik müzakirədən sonra, siz görüşü yekunlaşdırmalı, görüşdə qaldırılan və növbəti mərhələdə aydınlaşdırılmalı məsələləri sıralamalısınız.

İnsan hüquqları, mədəniyyət və ətraf mühit haqqında məlumat
İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Paktın 1-ci maddəsində qeyd olunur:
1. Bütün xalqlar öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Bu hüquq əsasında onlar azad şəkildə öz siyasi statuslarını müəyyənləşdirir və sosial-iqtisadi və mədəni inkişaflarını təmin edirlər.
2. Bütün xalqlar öz məqsədlərinə çatmaq üçün mənfəət prinsiplərinə əsaslanan beynəlxalq iqtisadi əməkdaşlıqdan və beynəlxalq hüquqdan irəli gələn hər hansı öhdəliklərə zərər vurmadan öz təbii sərvət və ehtiyatlarından azad şəkildə istifadə etmək hüququna malikdirlər. Heç bir xalq heç bir vəchlə ona məxsus olan yaşayış vasitələrindən məhrum edilə bilməz.
15-ci maddə:
1. Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin:
(a) mədəni həyatda iştirak etmək;
(b) elmi tərəqqinin nəticələrindən və onların praktiki tətbiqindən istifadə etmək;
Hüququnu tanıyırlar 1993-cü il Vyana bəyannaməsinin preambulasında qeyd olunur, “Bütün insan hüquqları universal, bölünməz və qarşılıqlı şəkildə əlaqəlidir. Beynəlxalq ictimaiyyət qlobal miqyasda insan hüquqlarına ədalətli və bərabər şəkildə, eyni səviyyədə və eyni vurğu ilə yanaşmalıdır… milli və regional xüsusiyyətlərin, müxtəlif tarixi, mədəni və dini köklərin önəmi nəzərə alınmalıdır.”
1981-ci ildə, Beynəlxalq Balina ovu Komissiyası Aborigenlərin Balina ovu Subsidiyasına (ASW) icazə vermək haqqında qərar qəbul etdi. Bu qərarda belə tərif verilir: “balina ovu və balinalardan istifadədən davamlı şəkildə ənənəvi asılılıq əsasında güclü ictimai, ailəvi, sosial və mədəni əlaqələri bölüşən aborigen, yerli və ya milli xalqlar tərəfindən və ya onların adından yerli aborigen istehlakı təmin etmək məqsədilə aparılan balina ovu”. BMT-nin Dəniz hüququ Konvensiyasında qeyd olunur ki, “Ümumi prinsiplərdən biri bərpa olunan dəniz resurslarından davamlı istifadənin optimallaşdırılmasıdır.”
1982-ci ildə, IWC nəsli kəsilmək təhlükəsi altında olan boz balinanın ovlanmasına moratorium qoydu. 1994-cü ildə boz balinaların təqribi sayı 21000-ə çatdırıldı və onlar ABŞ-ın Nəsli kəsilmək təhlükəsi altında olan növlər siyahısından çıxarıldı.

Makah qəbiləsinin rol kartı
Sizin rolunuz Şimali Amerikanın şimal-qərbində yaşayan Makah Hindularını təmsil etməklə bağlıdır. Balina ovu sizin üçün vacib mədəni ənənədir və siz yalnız ildə beş boz balina öldürmək hüququ istəyirsiniz.
Siz insan hüquqları və ətraf mühit barəsində biliklərinizdən və aşağıdakı məlumatdan istifadə etməlisiniz:
• Son balina ovundan 70 il keçsə də, mərasimlər, rituallar, mahnılar və nağıllar vasitəsilə bu ənənə gənc nəsillərə ötürülmüş və canlı saxlanmışdır. Ovla bağlı bütöv sosial struktur qurulmuşdur.
• Hazırda bəzi Makah Hinduları qızıl balıq və pasifik samur balığı ovlayıb yerli balıq fabrikinə satmaqla yaşayışlarını təmin edirlər, lakin ailə və dostlarla bölüşməyə əsaslanan köhnə sistem hələ də qüvvədədir.
• Avropalılar və amerikanlar tərəfindən aparılan sənaye ovçuluğu fəaliyyəti nəticəsində balina ehtiyatı tükənmişdir. İndi isə ehtiyat yenidən tarixi yüksək səviyyəyə qalxmış və boz balina ABŞ-ın nəsli kəsilmək təhlükəsi altında olan növlər siyahısından çıxarılmışdır.
• Bizim gənclərimiz öz mədəniyyət və tarixlərinə əsaslanan kimliyə sahib olmağı dəyərləndirirlər. Tarixi köklərə malik mədəniyyətin hissəsi olmaq ABŞ-da yaşayan əksər gənclərin sahib ola bilmədiyi imtiyazdır.
• Biz boz balinanı kommersiya məqsədilə ovlamayacağıq. Bizim məqsədimiz öz mərasimimizi həyata keçirmək və ərzaq/ yaşayışımızı təmin etməkdir.
• Biz 5 boz balina ovlaya bilməyi tələb edirik, lakin biz hər il mütləq şəkildə 5 balina ovlamaq niyyətində deyilik.
• Bizi kiçik sahil gəmilərində ənənəvi əl qarpunundan istifadə etməklə balıq tuturuq. Biz Alyaskada balinaların ovlanması üçün istifadə olunan ucunda qumbara olan dəyişdirilmiş üsuldan istifadə etmək barəsində düşünürük.
• Biz fəal oyunçu olmaqla boz balinanın yenidən nəsli kəsilmək təhlükəsi altında olan növlər siyahısına düşməməsini təmin edəcəyik.

Dəniz Çobanı və Balina və Delfinləri Mühafizə Cəmiyyətinin rol kartı
Dəniz Çobanı dəniz canlı təbiət növlərinin qorunması üzrə qaydalar, nizamnamələr və müqavilələrin pozuntularının araşdırılması və sənədləşdirilməsi ilə məşğul olan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır (QHT). Balina və Delfinlərin Mühafizəsi Cəmiyyəti(WDCS) bütün balinalar, delfinlər və hind donuzlarının qorunması və mühafizəsi üzrə çalışan ən fəal xeyriyyə təşkilatıdır.
Siz insan hüquqları və ətraf mühit barəsində biliklərinizdən və aşağıdakı məlumatdan istifadə etməlisiniz:
• “Necə istəyirsinizsə, təqdim edin – balina ovlamaq cinayətdir və cinayət yanlışdır.”
– Balinalar insan olmasa da, insandan aşağı deyil. Balinaları öldürməyi qəbul edən düşüncə tərzi “daha aşağı” sayılan insanlara qarşı soyqırım törətməyi qəbul edən düşüncə tərzi ilə eynidir.
– Daha dərindən yanaşdıqda, balinalar və digər bəzi şüurlu məməlilər insan hüquqlarını olmasa da, heç olmasa “humanist hüquqları” tələb edə bilməlidirlər.
• Makahların bu təşəbbüsünün əsl səbəbi balina ətinin bir kilosunun Yaponiyada 80 ABŞ dollarına satıldığını bilmələridir. Bir balina, demək olar ki, bir milyon dollar dəyərindədir.
• Makahlara balina ovlamağa icazə verilməsi minlərlə balinanın taleyini həll edəcəkdir, çünki Norveç, Yaponiya, Rusiya və İslandiya bu hala presedent kimi baxırlar.
• Biz insanların uzun tarixə malik ənənələrini davam etdirməsi hüququna hörmətlə yanaşmaq və balinaları qorumaq üzrə maraqları balanslaşdırmaq üçün kəndir üzərində yeriyirik.
• 1995-ci ildə Rusiyada balina ovunun yerli əhalinin qidalanması üçün deyil, tülkü xəzi fermalarında tülküləri yemləmək üçün istifadə olunduğu iddia edildikdə bu halla bağlı tənqidi fikirlər səsləndirilmişdi.
• Mədəniyyətlər dəyişir. Alyaskanın Şimal Qütbü Eskimoları bir əsr əvvəl balinaları ovlayan insanlardan iqtisadi cəhətdən olduqca fərqlənirlər. Neft hasilatı yerli əhaliyə böyük məbləğdə pul gətirib. Həmçinin, müasir motorlu qayıqlar və helikopterlər vasitəsilə ovçuluq aborigenlərin ov tərifinə elə də uyğun gəlmir.
• Beynəlxalq Balina ovçuluğu Komissiyası (IWC) kommersiya məqsədilə balinaların ovlanmasının davam etməsinin emosional cəhətlərini müzakirə etməyə davam etdiyi vaxtda yüzlərlə balina, onların qohumları, daha kiçik delfinlər və hind donuzları hər il diqqətdən kənarda qalır və aborigen ovlarında qətlə yetirilir.
• Canlı təbiət kontekstində, ehtiyat prinsipinə əməl edilməlidir.

Yuxarı Şimal Alyansının rol kartı
Yuxarı Şimal Alyansı Kanada, Qrenlandiya, Faroe adaları, İslandiya və Norveç balina ovçuları və ov gəmiçilərini təmsil edən çərçivə təşkilatıdır. Təşkilat sahil mədəniyyətlərinin gələcəyi və dəniz məməli heyvan resurslarının davamlı istifadəsi üçün çalışır.
Siz insan hüquqları və ətraf mühit barəsində biliklərinizdən və aşağıdakı məlumatdan istifadə etməlisiniz:
• Makahlar ağdərili imperialistlər gəlib, balinaları onlardan alıb Makah ənənələrini və həyat tərzini məhv edənə qədər 2,000 il ərzində balina ovu ilə məşğul olublar.
• İndi balinaların sayı kifayət qədərdir, lakin ağdərili insanlar bu resursdan istifadəni qadağan etmək və bizim hüquqlarımızı pozmaq istəyirlər.
• Müxtəlif mədəni qruplar hansı heyvanların xüsusi olması və hansıların yemək üçün ən yaxşı olması ilə bağlı heç vaxt razılığa gələ bilməyəcəklər. Şimali Norveçdə eyder ördəyinə xüsusi münasibət olduğu halda, Danimarkada eyder ördəyinin sinəsi ləzzətli hesab olunur.
• Buna görə də, “balinalar fərqlidir” bəyanatı sual doğurur: kim üçün fərqlidir?
• Balina ovuna, həmçinin, ov gəmiçiliyinə yerli insanlar tərəfindən aparıldıqda, qeyri-kommersiya məqsədi daşıdıqda və yalnız “ənənəvi istifadə” üçün olduqda icazə verilir. Bu, aşağıdakı səbəblərdən ədalətsizdir:
– Nəyin “ənənəvi” olduğunu müəyyən edən kənar adamlardır.
– Balina ovçuluğu və ov gəmiçiliyini qeyri-kommersiya istehsal üsulu ilə əlaqələndirmək insanların öz gələcəyini müəyyən etmək hüququnu pozmaqdır.
– Heç bir mədəniyyət dəyişməz deyil, lakin balina ovu əleyhdarlarının siyasəti de fakto vəziyyəti “dondurmaq”, inkişaf edən mədəniyyəti statik muzey obyektinə çevirmək cəhdidir.
– Kommersiyalaşma Beynəlxalq Balina ovu Komissiyasındakı (balina ovçuluğuna nəzarət edən qurum) üzv dövlətlər tərəfindən mənfi hal hesab edilir. Azad ticarətin güclü vəkilləri olan hökumətlərin bu fikri ifadə etməsi ironikdir.
• Hazırki moratoriumu və ya “balinalardan əl çəkin” siyasətini məntiqi arqumentlərlə dəstəkləmək çətindir. Kənd təsərrüfatı, balıqçılıq və meşəçilikdə istifadə olunan üsullar əksər hallarda dayanıqlı deyil, lakin bu sənayelərlə bağlı heç bir qadağa tətbiq olunmur.
• “Dəniz məməliləri okean ekosistemlərinin canlı resurslarının bir hissəsidir. Onlar təhlükə altında olduqda mühafizə olunmalı və yalnız onların ehtiyatlarının həcmi qəti şəkildə imkan verdikdə ovlanmalıdır. Ovçuluq həmçinin dəniz ekosistemlərindəki uyğunsuzluq və əhali artıqlığının qarşısını almaq üçün vacibdir. (Dəniz Məməliləri Hesabatı,
• Avropa Şurası, 12 iyul, 1993)”
• Balina ovçuluğu beynəlxalq əməkdaşlığın həddən artıq istismarı dayanıqlı istifadəyə necə çevirə bildiyini nümayiş etdirən yaxşı nümunədir. Beynəlxalq əməkdaşlıq mükəmməl deyil, lakin ondan istifadə oluna bilər və istifadə olunur.

Qrinpisin rol kartı
Dünyadakı Qrinpis tərəfdarları daha dayanıqlı dünyaya necə nail olmaq üzrə öz fikirləri ilə bağlı hərəkat aparırlar.
Siz insan hüquqları və ətraf mühit barəsində biliklərinizdən və aşağıdakı məlumatdan istifadə etməlisiniz:
• Bir çox mədəniyyətlərdən olan insanlar balinaları müqəddəs sayır və onların hər növünü hörmət və mühafizə olunmalı suveren qrup hesab edirlər.
• Balinalar onları izləyən minlərlə insana sevinc gətirir.
• Qrinpis balina ovunun heç bir formasını dəstəkləmir, lakin kommesiya elementi olmayan və sırf yaşayışın təmin olunması üçün aparılan balina ovuna qarşı deyil.
• Boz balinalar hər il uzun məsafəyə köç edir və Makahların yaşadığı sulardan yalnız qısa vaxt ərzində keçirlər.
• Əgər bir qəbilənin 5 boz balinanın ovuna icazə verilməsi təşəbbüsü qəbul edilsə, Kanada və Alyaskadakı digər bəzi qəbilələr, “Yaxşı, əgər onlar balinaları ovlaya bilirsə, biz də ovlaya bilərik” deyəcəklər.
• Müxtəlif balina növləri üzrə dəqiq rəqəmləri müəyyən etmək olduqca çətindir. Əksər balina növlərinin sayı 50% az və ya çox dəqiqliklə bilinir. Dəyişikliklər çox yavaş baş verir; bir neçə illik tədqiqat əsasında balina növünün sayca artdığını və ya azaldığını demək mümkün deyil. Buna baxmayaraq, kommersiya ovçuluğu səbəbindən balinaların sayının azaldığına şübhə yoxdur.