Bu suallara cavab verə bilərsiniz? Sizin sığınacaq tələbiniz qəbul edilərdi?

Xülasə

Bu məşğələ sığınacaq üçün müraciət edən miqrantların üzləşdiyi çətinlikləri əks etdirən simulyasiyadır. Qaldırılan məsələlərə daxildir:
• Miqrantların üzləşməli olduğu emosional faktorlar və məyusluq
• Dil baryerini aşmaq
• Müraciət proseduru zamanı ayrı-seçkilik

Əlaqədar hüquqlar

• Sığınacaq axtarmaq və almaq hüququ
• Etnik mənsubiyyət və ya mənşə ölkə əsasında ayrı-seçkiliyə məruz qalmamaq hüququ
• Günahı təsdiqlənmədən günahsız sayılmaq hüququ

Məqsədlər

• Sərhəd polisi və miqrasiya qurumları tərəfindən törədilən ayrı-seçkilik barəsində məlumatlılığı artırmaq
• Mədəniyyətlərarası ünsiyyət bacarıqlarını inkişaf etdirmək
• Qaçqınlar və sığınacaq axtaranlara qarşı şəfqət hissini aşılamaq

Materiallar

• Hər iştirakçı üçün “Sığınacaq üçün Müraciət” materialının nüsxələri
• Hər iştirakçı üçün bir qələm

Hazırlıq

Otağı elə düzəldin ki, siz masa arxasına keçib bürokratik məmur rolunu oynaya biləsiniz.

compass-key-date
  • 21 FevralBeynəlxalq Ana dili günü

Instructions

1. İştirakçıların gəlməsinə icazə verin, lakin onları salamlamayın və ya otaqda olmalarına fikir verməyin. Nə baş verəcəyi haqqında heç nə deməyin.
2. Başlama vaxtından sonra bir neçə dəqiqə gözləyin, daha sonra, hər iştirakçıya “Sığınacaq üçün Müraciət” materialının nüsxələrini və bir qələm verin.
3. Formanı doldurmaq üçün beş dəqiqə vaxtları olduqlarını deyin, lakin başqa heç nə deməyin. Bütün suallar və etirazlara fikir verməyin. Danışmalı olsanız, başqa dildə (və
ya uydurduğunuz dildə) danışın və jestlərdən istifadə edin. Bütün növ ünsiyyəti minimum səviyyədə saxlayın. Qaçqınların problemlərinin sizin işiniz olmadığını xatırlayın;
sizin işiniz sadəcə formaları paylamaq və onları toplamaqdır!
4. Gec gələnləri kobudluqla qarşılayın (məsələn, “Gecikmisiniz. Formanı götürün və doldurun. Onu geri vermək üçün bir neçə dəqiqəniz var.”)
5. Beş dəqiqə bitəndən sonra, formaları gülmədən və ya heç bir şəxsi ünsiyyətə girmədən toplayın.
6. Doldurulmuş formalardan birindən adı oxuyun və həmin şəxsi qabağa çıxmağa çağırın. Formaya baxın və doldurduqları formadan bir məsələ tapıb bildirin, məsələn, “Siz 8-ci suala cavab verməmisiniz” və ya “Görürəm siz 6-cı suala “yox” cavabı vermisiniz. Müraciət qəbul edilmir.” Şəxsə getmək göstərişi verin. Heç bir müzakirəyə girməyin. Dərhal növbəti şəxsi qabağa çıxmağa çağırın.
7. Bu prosesi bir neçə dəfə təkrarlayın. Bütün müraciətləri nəzərdən keçirmək vacib deyil, iştirakçıların nə baş verdiyini anlaması üçün kifayət edəcək qədər davam edin.
8. Nəhayət, rolunuzdan çıxın və iştirakçıları nə baş verdiyini müzakirə etməyə dəvət edin.

Təhlil və qiymətləndirməGoto top

İştirakçılardan məşğələ vaxtı nə hiss etdiklərini soruşmaqla başlayın, daha sonra, nə baş verdiyini, onların nə öyrəndiyini və insan hüquqları ilə əlaqəni müzakirə etməklə
davam edin.

• İştirakçılar anlaşılmaz formanı doldurarkən özlərini necə hiss ediblər?
• Sığınacaq axtaranın təcrübəsinin simulyasiyası nə qədər real idi?
• Sizin fikrinizcə, ölkənizdə sığınacaq üçün müraciət edənlər sığınacaq üçün müraciət prosesində ədalətlə rəftar olunurlar? Niyə? Niyə yox?
• Sığınacaq üçün müraciəti rədd olunanlar üçün nəticələr nə olacaqdır?
• İştirakçılar dili danışa bilmədikləri və məmurla, məsələn, polis və ya biletçi ilə, qarşı – qarşıya qaldıqları vəziyyətə düşüblər? Özlərini necə hiss ediblər?
• Bu məşğələdə hansı insan hüquqlarına toxunulur?
• Sığınacaq üçün müraciət edənlər hüquqlarının pozulmasından müdafiə olunmaq üçün hansı iddiaları irəli sürmək imkanına malikdirlər?
• Sizin ölkənizdə neçə sığınacaq axtaran şəxs var? Sizin fikrinizcə, ölkəniz kifayət sayda qaçqın qəbul edir?
• Sizin ölkənizdə sığınacaq axtaranların hansı hüquqları pozulur?

Fasilitator üçün məsləhətlərGoto top

Bu məşğələnin aparılması olduqca asandır: sizdən tələb olunan əsas cəhət rolunuzda “güclü” olmaq və ciddi, möhkəm və bürokratik olmaqdır. Sığınacaq axtaranların düşdüyü bədbəxt hal sizin işiniz deyil; siz sadəcə işinizi görmək üçün burdasınız! Bu məşğələnin əsas məqamı bir çox insanların qaçqınları öz ölkəsində istəməməsidir. Miqrasiya məmurlarına qaçqınları nəzərdən keçirmək və identifikasiya sənədləri olan və müraciət formasını düzgün şəkildə dolduran şəxslərin ölkəyə daxil olmasına imkan vermək əmr olunmuşdur. Qaçqınlar adətən digər ölkənin dilini yaxşı bilmirlər və formaları doldurmağı çətin hesab edirlər. Həmçinin, onlar qəmgin və emosional vəziyyətdə olurlar. Onlar nəyin baş verdiyini başa düşməkdə çətinlik çəkirlər, çünki onların müraciətləri tez-tez rədd olunur və onlar bu halın səbəblərini anlamırlar.

“Sığınacaq üçün Müraciət” kreol dilindədir. Kreol dilləri ortaq dil bilməyən və ünsiyyət qurmağa çalışan iki şəxs arasında yaranan dillərdir. Nəticə qarışıq bir dildir. Məsələn, Yamaykanın kreol dili əsasən Qərbi Afrika qrammatikasına malikdir və dialektli tələffüzdə ingilis sözlərini əhatə edir. Bir neçə kreol dili var, məsələn, Haiti və Dominikan Respublikası, Papua Yeni Qvineya və Seyşel adaları kimi bəzi Sakit və Hind okeanı adalarında Bu məşğələdə kreol dilindən istifadə olunmasının səbəbi avropalıların əksəriyyətinin onu bilməməsidir. Əgər kreol dilini bilən iştirakçınız varsa, ondan sərhəd polisi və ya miqrasiya məmuru rolunu oynamağı xahiş edə bilərsiniz.

Sonrakı fəaliyyətlər üçün təkliflərGoto top

Əgər qaçqınların ölkənizə daxil olmasını qəbul etmək və ya rədd etmək üçün arqumentlərə baxmaq istəyirsinizsə, 115-ci səhifədəki “İçəri girə bilərəm?” məşğələsinə baxın.

Bir çox sığınacaq axtaranlar Avropaya gələndə inteqrasiya olunmaqda çətinlik çəkirlər, çünki öz ölkələrində çox az təhsil alıblar. Əgər dünya üzrə təhsilin təmin olunmasındakı fərqlər barəsində öyrənmək istəyirsinizsə, 158-ci səhifədəki “Hamı üçün Təhsil” məşğələsini edin.

Fəaliyyət üçün fikirlərGoto top

Prosedurlar və sığınacaq axtaran sərhədə gələrkən sizin ölkənizdə həqiqətdə nə baş verdiyi haqqında daha çox məlumat toplayın. Onlar harada və nə vaxt ilk formaları doldurur-lar? Onlara ilk mərhələdən tərcüməçi təmin olunur? İnternetdə hökumətin rəsmi məlumat vebsaytına baxın, miqrasiya məmurunu işin çətinlikləri barəsində danışmağa dəvət edin, sığınacaq axtaranları mövcud vəziyyət, sistemin nə qədər ədaləti olması və prosesdə, xüsusilə, ilkin formanı doldurmaq zamanı hansı çətinliklərlə üzləşdikləri barəsində fikirlərini öyrənmək üçün müsahibə edin. Əldə olunmuş məlumat qaçqınlar haqqında məlumatlılıq kampaniyalarında istifadə oluna və miqrasiya departamenti, BMT QAK və Beynəlxalq Am-nistiya kimi təşkilatlara ötürülə bilər.

Uşaqlar, xüsusilə valideyni və ya yaxın qohumu olan böyük şəxs tərəfindən müşayiət olunmayan, sığınacaq axtaran uşaqlar xüsusi müdafiəyə ehtiyac duyurlar. Müşayiət ol-unmayan kiçiklər üçün hansı prosedurların olduğunu öyrənin və kömək edə biləcəyiniz praktiki yollar haqqında məlumat toplayın, məsələn, səlahiyyətli orqanlar tərəfindən göndərilmiş sənədləri tərcümə etmək və ya qəyyumluq etmək (aşağıda daha geniş məlumat verilmişdir).

Ətraflı məlumatGoto top

Qaçqınlar
“Qaçqın” sözü ümumilikdə öz ölkəsini tərk edib təhlükəsiz yer axtaran şəxslərə şamil olunur. Həmçinin, ona, 1951-ci ilin Cenevrə Konvensiyasına uyğun şəkildə, qorumaya ehtiyacı olduğu rəsmi şəkildə tanınan şəxs kimi dəqiq və hüquqi tərif verilir. “Sığınacaq axtaran” qanuni qaydada qaçqın statusunu almağa çalışan şəxsdir. Terminlərin rəsmi tərifləri izahlı lüğətdə göstərilmişdir, daha çox izah və məlumat “İçəri girə bilərəm?” məşğələsindəki əlavə məlumat bölməsində tapıla bilər.

Britaniya Qırmızı Xaçının hazırladığı məlumat kitabçasında qaçqınlar haqqında məşğələlər üçün bir çox digər fikirləri tapa
bilərsiniz. www.redcross.org.uk saytına girin və Müsbət Şəkilləri axtarın.

Aşağıdakı məlumat Qaçqınlar və Didərginlər üzrə Avropa Şurasındandır (ECRE), www.ecre.org.

Qaçqının mühafizə almaq şansı əsasən sığınacaq üçün müraciətləri nəzərdən keçirmək prosedurlarından asılıdır. Beynəlxalq mühafizə üçün dəfedilməz iddia belə tam və ədalətli qaydada baxılmadıqda rədd oluna bilər. Sərhəd və miqrasiya üzrə səlahiyyətli orqanlar sığınacaq axtaranları qəbul etmək öhdəliyini başa düşməli, hüquqi yardım və tərcümə xidmətləri sığınacaq axtaranlara təmin olunmalıdır. 2005-ci il dekabrın 1-də Aİ Sığınacaq Prosedurları Direktivi qüvvəyə mindi; bu sənəddə üzv ölkələrin qaçqın statusu verməsi və rədd etməsi üçün prosedurlar üzrə minimum standartlar əks olunub. Burada prosedurlara çıxışın olması (sərhəd prosedurları daxil olmaqla), saxlama, müraciətlərə baxılması, şəxsi müsahibələr və hüquqi yardımdan bəhs olunur. ECRE-nin fikrincə, Direktiv “sığınacaq iddiasına tam və ədalətli şəkildə baxılmasına imkan verən standartları əhatə etmir… narahatlıq doğuran məsələlərə dax-ildir… Direktivin prinsipləri və zəmanətlərinə əməl etməyən sərhəd prosedurlarına görə sanksiyaların tətbiq olunması.” 2009-cu ildə Direktivə Avropada sığınacaq sisteminin daha yaxşı harmonizasiyasını təmin etmək məqsədilə düzəlişlər edilmişdir.

Bu məşğələ Donahu, D., Flovers, N., Kökü kəsilmiş, Hunter House nəşriyyatı,
1995, mənbəsindən götürülmüşdür.

Sığınacaq axtaran uşaqlar
Avropa Şurasının insan hüquqları üzrə müvəkkili 2010-cu il aprelin 20-də yazıb: “Bizim bu uşaqları (müşayiət olunmayan kiçiklər) qorumaq öhdəliyimiz var. Əsas məsələ odur ki, onların mühafizə hüququ var. Buna görə də, ilk addım onları mexaniki şəkildə geri qaytarmaq barəsində qərar qəbul etmək deyil, dərhal uşağın maraqlarını təmsil edəcək qəyyum təyin etməkdir. Bu, uşaq alverçilərinə qarşı, həmçinin, qəbul edən ölkənin səlahiyyətli orqanlarının mümkün səhlənkarlığına qarşı ən yaxşı mühafizədir”.  https://www.coe.int/en/web/commissioner/home

Paylanmalı materiallarGoto top

PDF kimi yükləyin

Sığınacaq üçün müraciət

1. Appellido  
2. Primer nombre  
3. Fecha de nacimiento  
4. Pais, ciudad de residencia  
5. Ou genyen fanmi ne etazini?  
6. Kisa yo ye pou wou  
7. Ki papye imagrasyon fanmi ou yo genyen isit?  
8. Eske ou ansent?  
9. Eske ou gen avoka?  
10. Ou jam al nahoken jyman