Nazaj Bakıda çalışan vəkillər Konvensiyanın 6-cı maddəsinin tətbiqi məsələləri və HELP Proqramı ilə tanış ediliblər

Bakıda çalışan vəkillər Konvensiyanın 6-cı maddəsinin tətbiqi məsələləri və HELP Proqramı ilə tanış ediliblər

Noyabrın 29-30-da Bakı şəhərində - Ekselsior mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Ədliyyə Akademiyası və Avropa Şurasının Bakı Ofisinin birgə təşkilatçılığı ilə Bakıda fəaliyyət göstərən vəkillər üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı Maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusunda 2 günlük təlim keçirilmişdir. Təlimlər Aİ və AŞ-nin birgə proqramı olan “Şərq Tərəfdaşlığının Proqram Əməkdaşlığı (PCF) 2015 – 2017” çərçivəsində keçirilməkdədir.

Tədbir açılış nitqi ilə AŞ Bakı Ofisinin Layihə meneceri Vəfa Rövşənova tərəfindən açıq elan olunmuşdur.

Təlim yerli ekspertlər Akif Əliyev, Əhməd Fərhadov, Lalə Fərzəliyeva, Zabil Qəhrəmanov və Sima Yaqubova tərəfindən keçirilmişdir.

Təlimdə Konvensiyanın 6-cı maddəsinin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin təcrübəsi ilə yanaşı Bakı şəhərində fəaliyyət göstərən vəkillər ilk dəfə olaraq AŞ-nın “HELP - Hüquqşünasların İnsan Hüquqları üzrə Tədrisinə dair Proqram”ı ilə yaxından tanış edilmişlər. İnternet üzərindən fəaliyyət göstərən HELP Proqramı vasitəsilə vəkillər Avropa Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yenliklər ilə tanış olmaq və bu sahədə onlayn sərbəst və distant kurslara cəlb oluna biləmək imkanı əldə etmələri barədə məlumatlandırılmışlar. Eyni zamanda təlimdə HELP istifadəçiləri üçün Azərbaycan dilində hazırlanmış HELP üzrə video bələdçi təqdim olunmuşdur.

Təlimin HELP Proqramının tanıdılması ilə bağlı bölməsi HELP Proqramının Azərbaycan vəkilləri üzrə əlaqələndiricisi, Bakı Hüquq Mərkəzinin hüquqşünası Fərhad Nəcəfov tərəfindən aparılmışdır.

Qeyd olunmalıdır ki, analoji olaraq HELP Proqramının tanıdılması ilə bağlı fəaliyyət Azərbaycan hakimləri üçün də keçirilməkdədir.

Proqramla daha ətraflı tanış olmaq üçü http://help.elearning.ext.coe.int/ ünvanına daxil ola bilərsiniz.

Bakı, Azərbaycan 01/12/2016
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page