Публикатор Публикатор
Назад

Azərbaycanda növbəti dəfə "HELP" distant kurslarına start verilmişdir

headline Baku 22.05.2018
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page
  • Imprimer en PDF
Azərbaycanda növbəti dəfə

Mayın 19-da Avropa Şurasının Bakıdakı Ofisi tərəfindən vəkillər və digər praktik hüquqşünaslar üçün Avropa Şurasının və Avropa İttifaqının Birgə Proqramı olan “Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” layihəsi çərçivəsində “Avropa İnsan Hüquqları Konvensiyasına Giriş” adlı iki HELP (Hüquqşünaslar üçün İnsan Hüquqlarının Tədrisi üzrə Proqram) distant kursun açılışı keçirilib.

Excelsior mehmanxanasının konfrans zalında 70-ə yaxın hüquqşünasın iştirakı ilə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən Avropa Şurasının Bakıdakı Ofisinin Layihə rəhbəri Vəfa Rövşənova öz çıxışında HELP platforması çərçivəsində keçirilən bu cür distant kursların hüquqşünaslar üçün faydası, HELP proqramının Avropa Şurasına üzv ölkələrdə sürətli inkişafı və yeni növ tədris resurslarının əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür.

Daha sonra ötən il ölkəmizdə və Cənubi Qafqazda ilk dəfə keçirilən “Avropa İnsan Hüquqları Konvensiyasına Giriş” mövzusu üzrə HELP distant kursunda uğurla iştirak etmiş vəkillərə kurs təlimçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Günel Sevdımaliyeva və Sadiq Bağırov tərəfindən sertifikatlar təqdim olunmuşdur.

Qeyd olunmalıdır ki, distant kurslar Avropa Şurasının HELP Proqramının akkreditasiya olunmuş təlimçiləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Azər Nağıyev, Günel İsmayılbəyli və Ramil Rüstəmov, eləcə də Bakı Dövlət Universitetinin müəllimi, hüquqşünas Gülnaz Ələsgərova tərəfindən aparılacaqdır.

Sonda çıxış üçün söz alan HELP Proqramının Azərbaycan hakimləri və məhkəmə aparatı işçiləri üzrə əlaqələndiricisi Zülfiqar Babayev HELP platformasında qeydiyyatın texniki aspektləri barədə məlumat verərək iştirakçıların kursa cəlb olunmalarını təmin etmişdir.

Kursların birinci hissəsinin 6 bölmədən ibarət olmaqla təxminən 12 həftə ərzində, ikinci hissəsinin isə 4 bölmədən ibarət olmaqla 8 həftə davam edəcəyi gözlənilir. Hər bölmənin yekununda kurs iştirakçılarının biliklərinin qiymətləndirilməsi məqsədilə onlayn yazılı və test imtahanı keçiriləcəkdir. Kursu uğurla başa vuran iştirakçılara Avropa Şurasının HELP sertifikatı təqdim olunacaqdır.


Отображение сетевого контента Отображение сетевого контента

Пройти онлайн ХЕЛП курс!

Бесплатная регистрация на курс

Отображение сетевого контента Отображение сетевого контента

Ищете новости с 2014 года?

Получите архив новостей здесь!

Отображение сетевого контента Отображение сетевого контента