Înapoi Məhkəmə aparatı işçiləri üçün “Avropa İnsan Hüquqları Konvensiyası Çərçivəsində Mülkiyyət hüququ” mövzusunda təlim keçirilmişdir

Məhkəmə aparatı işçiləri üçün “Avropa İnsan Hüquqları Konvensiyası  Çərçivəsində Mülkiyyət hüququ” mövzusunda təlim keçirilmişdir

5 oktyabr tarixində Avropa Şurasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə məhkəmə aparatı işçiləri üçün “Avropa İnsan Hüquqları Konvensiyası Çərçivəsində mülkiyyət hüququ” mövzusunda 1 (bir) günlük təlim keçirilmişdir.

 

27 nəfər məhkəmə aparatı işçilərinin iştirakı ilə keçirilən təlim Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, HELP təlimçi Əhməd Fərhadov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elyar Həsənov və Bakı Dövlət Universitetinin müəllimi, HELP təlimçi Gülnaz Ələsgərova tərəfindən keçirilmişdir. Qeyd olunmalıdır ki, bu növ təlimlər Avropa Şurasının “Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” layihəsi çərçivəsində keçirilməkdədir.


Təlimdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin təcrübəsi ilə yanaşı məhkəmə aparatı işçiləri üçün AŞ-nın “HELP - Hüquqşünasların İnsan Hüquqları üzrə Tədrisinə dair Proqram”ının yeni platforması ilə yaxından tanış edilmişlər. İnternet üzərindən fəaliyyət göstərən HELP Proqramı vasitəsilə hüquqşünaslar Avropa Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yeniliklər ilə tanış olmaq və bu sahədə müstəqil hazırlıq və distant kurslara cəlb oluna bilmək imkanı əldə etmələri barədə məlumatlandırılmışlar. Eyni zamanda təlimdə HELP platformasına yeni yüklənmiş materiallar təlim iştirakçılarına aşılanmışdır.

Təlimin HELP Proqramının tanıdılması ilə bağlı bölməsi Proqramın Azərbaycan hakimləri üzrə əlaqələndiricisi Zülfiqar Babayev tərəfindən aparılmışdır.

Qeyd olunmalıdır ki, analoji olaraq HELP Proqramının tanıdılması ilə bağlı fəaliyyət vəkillər üçün də keçirilməkdədir.

Proqramla daha ətraflı tanış olmaq üçün http://help.elearning.ext.coe.int// ünvanına daxil ola bilərsiniz.

Baku 09/10/2018
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page