Indietro “Avropa İnsan Hüquqları Konvensiyası” üzrə təlimçilər üçün iki günlük seminar təşkil olunmuşdur

26-27 oktyabr tarixlərində Ədliyyə Akademiyası və Avropa Şurası “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı Layihə çərçivəsində təlimçilər üçün pedaqoji bacarıqlarının artırılması məqsədilə “Hyatt Regency” mehmanxanasında iki günlük seminar keçirilmişdir.
“Avropa İnsan Hüquqları Konvensiyası” üzrə  təlimçilər üçün  iki günlük seminar təşkil olunmuşdur

Seminarda iştirakçılara silsilə təlimlərin keçirilmə təcrübəsinə dair ümumi məlumat verilmiş, treninq metodologiyası sahəsində yeni bacarıqlar, auditoriyada dinləyicilərin ehtiyaclarının öyrənilməsinə barədə yeni biliklər nümayiş etdirilmişdir.

Təlim beynəlxalq ekspertlər İvana Roagna (İtaliya Respublikası) və Niku Kretu (Moldova Respublikası) tərəfindən həyata keçirilmişdir.

Eyni zamanda, kaskad təlimlərdə qarşıya çıxan problemlərin müzakirəsi aparılmış və onun həlli yollarına dair tövsiyələr edilmişdir.   

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Baku 28.10.2017
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page