Ədalətli günün işi ədalətli əmək haqqına layiqdir!

Xülasə

Bu məşğələ həmkarlar ittifaqı nümayəndələrinin iştirakı ilə işə götürən və işçilər arasında əmək haqqı və iş şəraiti üzrə danışıqların aparılması məqsədilə keçirilən görüşün simulyasiyasıdır. Əhatə olunan məsələlərə daxildir:
• Həmkarlar ittifaqlarının rolu
• İş yerində kollektiv sövdələşmə
• İşçilərin hüquqları

Əlaqədar hüquqlar

• Əmək hüququ
• Ədalətli iş şəraiti hüququ
• Həmkarlar ittifaqları qurmaq və onlarda birləşmək hüququ, tətil etmək hüququ

Məqsədlər

• Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının işi və rolu barəsində məlumatlılığı genişləndirmək
• Konsensusla qərar vermə bacarıqlarını inkişaf etdirmək
• İştirak, məsuliyyət və həmrəyliyi təbliğ etmək

Materiallar

• Hər iştirakçı üçün 1-ci materialın (“Vəziyyət”) bir nüsxəsi
• Hər iştirakçı üçün 2-ci materialın (“Bəzi əmək terminlərinin qısa izahlı lüğəti”) bir nüsxəsi
• Tanınma məqsədilə etiketlər (istəyə görə)
• Kağız, rəngli marker və qələmlər (istəyə görə)
• İki otaq (istəyə görə, lakin məsləhət görülür)

Hazırlıq

• Məşğələ zamanı oyunçuların istənilən suallarına cavab verə bilmək üçün məşğələ ilə bağlı məlumatı və materialları diqqətlə oxuyun.
• Otağı hazırlayın. Dörd stulu dövrə şəklində düzün. Bu stullar müxtəlif tərəflərin nümayəndələri və görüşə sədrlik edəcək şəxs üçündür. Həmin stulların arxasında qalan iştirakçılar üçün başqa stullar düzün.

Related rights
compass-key-date
  • 1 MayBeynəlxalq İşçilər Günü

Təlimatlar

1. Məşğələni təqdim edin. Bu məşğələnin bir tərəfdən işə götürənlər, digər tərəfdən isə işçilər və həmkarlar ittifaqı nümayəndələri arasında görüşün simulyasiyası olduğunu
izah edin. Məqsəd işçilərin əmək haqları və iş şəraiti ilə bağlı kollektiv razılığa gəlməkdir.
2. Başlamaq üçün qrupdan səhnənin keçəcəyi şirkətin adı və biznesi ilə bağlı qərar verməyi xahiş edin. Bu şirkət real və ya xəyali ola, real və ya xəyali məhsulları istehsal
edə bilər. Həmçinin, onlardan həmkarlar ittifaqı üçün ad tapmağı xahiş edin.
3. İndi isə, iştirakçıları 2:1 nisbətində iki qrupa ayırın. Daha kiçik olan qrup işə götürənlər, daha böyük olan qrup isə işçilər və həmkarlar ittifaqı nümayəndələridir.
4. 1-ci materialın, “Vəziyyət”, və 2-ci materialın, “Bəzi əmək terminlərinin qısa izahlı lüğəti”, nüsxələrini paylayın. İştirakçılara kağızları oxumaq üçün on dəqiqə vaxt verin, bundan sonra, hamının məlumatı başa düşdüyündən əmin olun.
5. Qısaca simulyasiyanın necə gedəcəyini təsvir edin: Təşəbbüskar işə götürənlərdir və onlar görüşə sədrlik edirlər. İlk olaraq, onlar öz təkliflərini təqdim edirlər. Bundan sonra, Hİ və işçilərin nümayəndələri öz təkliflərini irəli sürürlər. Daha sonra, tərəflər ümumi razılığa gəlmək üçün danışıqlar aparırlar.
6. İştirakçılardan görüşün prosedurları ilə bağlı razılığa gəlməyi xahiş edin, məsələn, danışıqlar davam edərkən hər bir şəxsin danışığı üçün vaxt məhdudiyyəti qoyulmalıdır – çox güman ki, maksimum 2 dəqiqə? Görüşün ümumi vaxtı nə qədər olmalıdır? Nümayəndələrin öz seçiciləri ilə məsləhətləşməsi üçün qısa fasilələrin verilməsi prosedurları və s. Başqa kimsə danışa bilər yoxsa ancaq nümayəndələr?
7. İndi isə, iştirakçılardan hazırlaşmaq üçün iki qrupa ayrılmağı xahiş edin (30 dəqiqə). İşə götürənlər iki nümayəndəni və görüşə sədrlik edəcək şəxsi seçməlidirlər. İşçilər/Hİ iki nümayəndə seçməlidir. Bundan sonra, hər iki qrup:
• Görüşdə təqdim olunacaq yeni təklifi işləyib hazırlamalıdır.
• Nümayəndələrin danışıqlar apararkən hansı səlahiyyətlərə malik olacağı barəsində qərar verməlidir.
• Onlar üçün dib xətt hansıdır, yəni ən pis halın ssenarisi və ya qəbul ediləcək ən aşağı razılıq nədir?
8. Qruplar hazır olduqda nümayəndələri dövrə şəklində qoyulmuş beş stulda, digərlərini isə onların arxasında əyləşməyə dəvət edin. Sədri görüşü açıq elan etməyə çağırın.
9. Görüş bitdikdən sonra, iştirakçıların roldan çıxması üçün qısa fasilə verin, daha sonra, təhlil və qiymətləndirməyə keçin.

Təhlil və qiymətləndirməGoto top

İştirakçıların məşğələni nə dərəcədə bəyənməsini qısa şəkildə nəzərdən keçirməklə başlayın, daha sonra, nə baş verdiyini və onların nə öyrəndiyini müzakirə edin:
• Qruplar ilkin təkliflərini razılaşdırmaq üçün necə iş aparıblar? Bu mərhələ asan yoxsa çətin idi?
• Qruplar ilkin təklifləri hazırlayarkən öz maraqlarından yoxsa bütövlükdə şirkətin maraqlarından çıxış ediblər?
• Qruplar danışıqların aparılması üçün taktika müəyyən ediblər?
• Görüş necə keçib? Danışmaq istəyən hər kəsə bu imkan yaradılıb?
• Tərəflər qarşılıqlı şəkildə qəbul olunan razılığa gələ biliblər?
• Həmkarlar ittifaqına daxil olmaq insan hüququ kimi tanınır. Bu hüquq nə dərəcədə əhəmiyyətlidir? Bu hüququn təmin olunmamasının nəticələri hansılar ola bilər?
• İnsanlar həmkarlar ittifaqları, onların xüsusiyyətləri və işləri barəsində nə bilirlər?
• Sizin ölkənizdəki həmkarlar ittifaqlarının təsir göstərmək gücü nə qədərdir? İşə götürənlərlə bağlı vəziyyət necədir, onların hüquqlarını qoruyan təşkilatlar var?
• İştirakçılardan hər hansı biri həmkarlar ittifaqı üzvüdür? Niyə? Üzv olmağın müsbət və mənfi tərəfləri hansılardır?

Tips for facilitatorsGoto top

Bu məşğələyə başlamazdan əvvəl, ölkənizdə həmkarlar ittifaqlarına münasibətdə ümu-mi yanaşmaları və mühiti nəzərə almalısınız. Məsələn, keçmiş kommunist cəmiyyətlərində bu məşğələyə qarşı müxalif mövqe nümayiş etdirilə bilər, belə ki, həmin ölkələrdə vaxtilə həmkarlar ittifaqlarına “Kommunizm Məktəbləri” kimi baxılıbdır. Bu halda, məşğələyə insanların həmkarlar ittifaqları haqqında təsəvvürlərini və stereotiplərini müəyyən etməklə başlaya bilərsiniz. İştirakçılardan yerli həmkarlar ittifaqlarından məlumat toplamağı və ölkələrindəki əmək məsələləri ilə bağlı tədqiqat aparmağı xahiş edə bilərsiniz. Eyni zamanda, əlaqədar olduqları siyasi sistemdən asılı olmayaraq, həmkarlar ittifaqlarının işçilərin hüquqlarının qorunmasındakı rolunu və əhəmiyyətini vurğulaya bilərsiniz.

Qrupdan asılı olaraq, sövdələşmə prosesi ilə bağlı daha çox istiqamət verməyinizə ehti-yac duyula bilər. İştirakçılara öz mövqelərini və təkliflərini hazırlayarkən nəzərə alınmalı bəzi məsləhətlər verə bilərsiniz, məsələn:
• İşçilər bütün işçiləri saxlamaq üçün əmək haqqı artımından imtina edərlər?
• İşdən çıxarma halları baş verərsə, onlar hansı kateqoriya işçilərə tətbiq olunmalıdır?
• Təklif reallığı əks etdirir? Şirkət iqtisadi cəhətdən buna tab gətirə bilər?

Görüş və danışıqların öz axarı ilə getməsinə şərait yaradın! Əgər müzakirələr zamanı işçilər və həmkarlar ittifaqı nümayəndələri öz təkliflərini tətillə dəstəkləmək istəyərlərsə, nümayiş posterləri hazırlamaları üçün onlara kağız və qələm verin. Əgər işə götürənlər işçiləri iş yerinə buraxmamaq, yəni lokaut təşkil etmək istəyərlərsə, işçilərin getməsi üçün ikinci otağı təmin edin.

Bir çox Avropa ölkələrində kollektiv sövdələşməni tənzimləyən qanunlar mövcuddur. Həmin qanunları müəyyən edə və iştirakçıların məşğələdən tam şəkildə faydalana bilməsi üçün bəzi əhəmiyyətli maddələrin nüsxələrini paylaya bilərsiniz.

VariantlarGoto top

Hüquqlar barəsində danışıqları əhatə edən digər bir məşğələ məktəbdə “problemli” şagird ilə bağlı mübahisənin həll olunması üzrə görüşün simulyasiyası ola bilər. Görüş bir
tərəfdən şagird və onun valideynləri, digər tərəfdən direktor və valideyn-müəllim təşkilatının nümayəndələri arasında keçirilə bilər.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Həmkarlar ittifaqının nümayəndəsini çıxış etmək üçün dəvət edin. Həmkarlar ittifaqlarının telefon nömrələrini yerli telefon kitabçasından tapa bilərsiniz. Əksər hallarda, həmkarlar ittifaqları gənclərlə yaxınlaşmaqda maraqlı olurlar. Bu hal, sizin üçün yaxşı fürsət yarada bilər! Əgər qrup fikirləri müzakirə etməyi xoşlayırsa, onlar insanların çoxsaylı insan hüquqları məsələləri üzrə öz fikirlərini müdafiə etməli olduğu “Harada dayanırsınız?” məşğələsini bəyənə bilərlər. 

Fəaliyyət üçün fikirlərGoto top

Ölkənizdə işçilərin hüquqları ilə bağlı məlumat toplayın. Əgər siz tam-ştat işdə çalışırsınızsa, və ya cib xərcliyi üçün işləyirsinizsə, yarım-ştat, tələbə və ya yay işiniz varsa, öz hüquqlarınız haqqında öyrənin, məsələn, gecə və həftəsonu işləməyə görə əlavə əmək haqqı almaq, ödədəyiniz vergilər, sığorta, lazımi avadanlıqla təmin olunmaq və s.; həmçinin, sağlamlıq və təhlükəsizlik qaydaları ilə maraqlanın.

Gənclər arasında həmkarlar ittifaqlarını təbliğ etmək üçün yerli həmkarlar ittifaqı ilə birgə layihə hazırlayın.

Ətraflı məlumatGoto top

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (ITUC-CSI) 151 ölkə və ərazidən 176 milyon işçini təmsil edir və 301 milli şöbəyə malikdir. Bu təşkilat həmkarlar ittifaqı hüquqlarının pozuntuları ilə bağlı illik sorğu keçirir və mövcud məhdudiyyətləri (məsələn, həmkarlar ittifaqlarına qoşulmaq, tətil hüququ, dünyanın müxtəlif ölkələrində, o cümlədən bir çox Avropa ölkələrində kollektiv sövdələşmə və işçilərin qorunmasına olan məhdudiyyətlər) əhatə edən ətraflı vəziyyət hesabatları hazırlayır. Daha ətraflı məlumat üçün www.ituc-csi.org saytına baxın. 

Note

This activity was developed in co-operation with GMO Trade Union in United Kingdom, European Trade Union College (ETUCO) and Association for European Training of Workers on the Impact of New Technology (AFETT).

23 mart 2010-cu ildə ITUC gənclərin təşkilatlanması və işə götürülməsi məqsədilə çalışan həmkarlar ittifaqlarını qlobal səviyyədə əlaqələndirmək üçün hərəkat başlatdı. Yeni Gənclər Hərəkatında çoxsaylı müxtəlif vasitələrdən, o cümlədən, video, sosial şəbəkələr, posterlər və vebsaytlar, eləcə də xüsusi hərəkat bələdçisindən istifadə olunur. 5-ci Fəsildə, Əmək bölməsindəki ümumi məlumat hissəsində gənclər və həmkarlar ittifaqı üzvlüyü barəsində daha geniş məlumat verilmişdir.

 

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

1-ci vərəq. Vəziyyət
Səhnə işə götürənlər, işçilər və həmkarlar ittifaqı (Hİ) nümayəndələri arasındakı şirkət görüşündə keçir. Görüş iştirakçıları əmək haqqı iddiası ilə bağlı razılığa gəlməkdə çətinlik çəkirlər. Zavod ilin 365 günü, günün 24 saatı fəaliyyət göstərir. İstehsaldan menecmentə qədər işçilərin ümumi sayı min nəfərdir. Bütün işçilər həmkarlar ittifaqının üzvüdür.
Şirkət hazırda maliyyə və iqtisadi çətinliklərlə üzləşir, lakin müflis olmaq təhlükəsi yoxdur. Gəlirlər yenə də yüksəkdir, lakin sektorda ümumi geriləmə olduğundan keçən il rəqəmlər daha aşağı olub. Son üç il ərzində əmək haqları real şərtlərlə 3% aşağı düşüb, işçi heyətin sayı isə 10% azalıb.
Sənayenin digər sektorlarında artım olduğundan, işçilər öz əmək haqlarında da artım tələb edirlər.
Menecment əmək haqqını artırmaq üçün işçilərin sayının azaldılmalı olduğunu bildirir. Onların təklifi aşağıdakı kimidir:
• Fərdlərin müqavilələri üzrə növbəti 12 ay ərzində sadə əmək haqqı əmsallarına 4% artım (hazırda illik inflyasiya 2%- dir).
• Günlük və ya aylıq iş saatları yerinə, illik iş saatlarına görə ödəniş və əlavə iş saatlarının ləğvi.
• İşdən çıxarmalar (işçi heyətin 10%-i – əsasən, yarım-ştat, müvəqqəti işçilər və təlim müddətində olanlar – “sonuncu gələnlər, ilk çıxarılır” qaydasına əməl etməklə) və könüllü artıqlıq.
Menecmentin təklifi işçilərin ümumi assambleyası tərəfindən rədd olunub. Onlar daha pis vəziyyətə düşməkdən ehtiyat edirlər (hazırda işçilərin 40%-i əmək haqqının əhəmiyyətli hissəsini əlavə iş saatlarına görə ödənişdən əldə edir). Hİ və işçilər menecmentə təqdim etmək üçün öz təkliflərini hazırlayıblar:
• Növbəti iki il ərzində 9% əmək haqqı artımı
• Əlavə iş saatlarına görə ödənişlər və bonuslar yerində qalır.
• Hazırki işçi sayı saxlanılır, artıqlıqda qalmağa məcbur olan istənilən işçiyə şirkət hesabına yenidən təlim keçirilir.
• Tələblər qəbul olunmazsa, tətilə başlanılacaq.
Menecment qarşı tərəfin təklifini qəbul etmir, Hİ və işçilərin təkliflərinin şirkətin üzləşdiyi problemləri həll edə bilməyəcəyini iddia edir.
Danışıqlar artıq iki aydır ki, davam edir.
Şirkətin siyasətinə görə, əgər iki ay müddətində razılıq əldə olunmursa, bütün əlaqədar tərəflərin iştirak etdiyi xüsusi görüş çağrılır. Simulyasiyada həmin görüş təqdim olunur. Hər iki tərəfdən qarşılıqlı şəkildə qəbul olunan razılığa gəlmək üçün reallığı əks etdirən yeni təklif irəli sürmək tələb olunur.
Danışıqlar masası ətrafında beş nəfər olmalıdır: iki menecment nümayəndəsi, bir görüş sədri (işə götürənlərin təyin etdiyi), iki Hİ nümayəndəsi. Bu görüş xüsusi xarakter daşıdığından, bütün işçilərin iştirakı arzuolunandır.

 

2-ci vərəq. Bəzi əmək terminlərinin qısa izahlı lüğəti

Kollektiv sövdələşmə: Bu prosesdə işə götürənlər və işçilərin nümayəndələri əmək haqqı və iş şəraiti kimi məsələləri həll etmək və razılığa gəlmək üçün kollektiv şəkildə çalışırlar.
Lokaut: Lokaut işə götürənin öz gücünü nümayiş etdirməsinin ən kəskin yollarından biridir. İşə götürən işçiləri onların iş yerinə buraxmaqdan imtina edir, belə ki, menecmentin tələblərini qəbul etdirmək üçün işçiləri işdən uzaqlaşdırır.
Artıqlıq: İşçilər işə götürənin biznesi dayandırmaq barədə qərarı nəticəsində işdən çıxarılarsa, onlar artıqlıqda olurlar. Təzminat kimi işçilərə artıqlıq ödənişi edilə bilər.
Davamlılıq ödənişi: Daimi işçi ədalətsiz əsasda və ya şirkətin strukturunun yenidən qurulması ilə bağlı işdən çıxarılıbsa, ona davamlılıq ödənişi adlandırılan təzminat ödənməlidir. Bu ödənişin dəyəri adətən işçinin aldığı əmək haqqının məbləğinə uyğun şəkildə hesablanır, məsələn, hər iş ili üçün bir həftəlik əmək haqqı.
Tətil: Həmkarlar ittifaqı işçilərin maraqlarını, o cümlədən əmək haqqı və iş şəraiti ilə bağlı tələblərini müdafiə etmək üçün mövcud olan assosiasiyadır. Həmkarları ittifaqları adətən işə götürənlə danışıqlar zamanı işçiləri təmsil edirlər. Bir çox ölkələrdə Hİ-lər konfederasiyalar şəklində təşkil olunur.
Həmkarlar İttifaqı: Həmkarlar ittifaqı işçilərin maraqlarını, o cümlədən əmək haqqı və iş şəraiti ilə bağlı tələblərini müdafiə etmək üçün mövcud olan assosiasiyadır. Həmkarları ittifaqları adətən işə götürənlə danışıqlar zamanı işçiləri təmsil edirlər. Bir çox ölkələrdə Hİ-lər konfederasiyalar şəklində təşkil olunur.