Non-artists have rights too!

  • compass-theme compass-general-human-rights compass-general-human-rights
  • compass-complexity level1 level1
  • compass-group-size 8+ (4-5 nəfərlik kiçik qruplar) 8+ (4-5 nəfərlik kiçik qruplar)
  • compass-time 45 dəqiqə 45 dəqiqə
Xülasə

Bu komanda oyununda insanlar insan hüquqları ilə bağlı sözü təsvir etmək üçün onu kreativ şəkildə çəkməlidirlər.

Əlaqədar hüquqlar

• Fikir və ifadə azadlığı
• Düşüncə azadlığı
• Ləyaqət və hüquqların bərabərliyi

Məqsədlər

• Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (ÜİHB) barədə biliklərin inkişaf etdirilməsi
• Ünsiyyət və kreativ düşüncə bacarıqlarının inkişaf etdirilməsi
• Həmrəylik və fərqliliyə hörmətin təbliği

Materiallar

• ÜİHB maddələrini əks etdirən divar cədvəli
• Böyük bir vərəq və ya flipçart vərəqi və balları qeyd etmək üçün marker
• Vərəqlər (A4 ölçüdə) və qrup şəkilləri üçün qələmlər, oyunun hər hissəsi üçün hər komandaya bir vərəq
• Şəkilləri yapışdırıb nümayiş etdirmək üçün skoç və ya pinlər

Hazırlıq

• ÜİHB-in 600-cü səhifədəki qısaldılmış versiyasına istinad edin, onun böyük kağızda surətini çıxardın
• Özünüz üçün hüquqların siyahısını hazırlayın

compass-key-date
  • 10 Dekabrİnsan Hüquqları Günü

Təlimatlar

1. İştirakçılardan dörd – beş nəfərlik kiçik qruplara ayrılmağı və öz qrup/komandaları üçün ad seçməyi xahiş edin.
2. Onlara məşğələdə komandalarla yarışacaqlarını izah edin. Hər komandadan bir nəfərə şəklini çəkməsi üçün ÜİHB-dən bir maddə verəcəksiniz. Digər komanda üzvləri onun hansı hüquq olduğunu tapmalıdırlar. İlk tapan komandaya bal yazılır. Balları daha artıq olan komanda sonda qalib gəlir.
3. Komandalara bir neçə vərəq və qələm götürüb otağın hər hansı hissəsində oturmağı deyin. Komandaların bir-birini eşitməməsi üçün müxtəlif hissələrdə oturması vacibdir.
4. Hər komandadan bir üzvü çağırın. Onlara siyahınızdakı hüquqlardan birini deyin, məsələn, “işgəncəyə məruz qalmamaq hüququ”.
5. Onlara qruplarına qayıdıb müvafiq hüququn şəklini çəkməyi deyin, onların komanda yoldaşları hüququn nə olduğunu tapmalıdırlar. Yalnız şəkillərdən istifadə olunmalıdır; heç bir rəqəm və ya sözdən istifadə oluna bilməz. Düzgün cavabı təsdiqləməkdən başqa heç bir danışığa yol verilmir.
6. Komandanın digər üzvləri yalnız cavabları səsləndirə bilərlər; sual verə bilməzlər.
7. Hər hissədən sonra, şəkli çəkənlərdən şəkli bitirib-bitirməmələrindən asılı olmayaraq vərəqdə hüququn hansı olduğunu yazmağı və vərəqi kənara qoymağı xahiş edin.
8. İkinci hissəyə başlayın; şəkil çəkmək üçün yeni şəxsləri çağırın və onlara fərqli hüququ deyin. Bu məşğələni 7 və ya 8 dəfə təkrarlayın. Hər hissədə şəkli fərqli şəxs çəkməlidir. Hər bir şəxsin heç olmasa bir dəfə şəkil çəkmək imkanının olmasını təmin edin.
9. Sonda, müxtəlif hüquqların şəkilləri və təfsirlərinin müqayisə edilib müzakirə olunması üçün qruplardan şəkilləri yapışdırmağı xahiş edin.

Təhlil və qiymətləndirməGoto top

Məşğələni nəzərdən keçirməklə başlayın və insanların öz hüquqları barəsində nə bildikləri barəsində danışın.
•    İnsan hüquqlarını təsvir etmək iştirakçıların gözlədiyindən asan yoxsa çətin idi?
•    Hər hansı hüququn şəklini çəkməyi insanlar necə seçdilər? Bu təsvirləri onlar haradan götürdülər?
•    Əgər hüququ təsvir etmək üçün pozuntu hallarını təsvir ediblərsə, belə halların onların ölkəsində baş vermək ehtimalı nə qədərdir?
•    Eyni hüququn müxtəlif təsvirləri necə müqayisə edilə bilər? Eyni anlayışın şəklini çəkməyin və onu təfsir etməyin neçə fərqli yolu var?
•    Bütün şəkillər nəzərdən keçirildikdən sonra, iştirakçılardan insan hüquqları barəsində nə qədər az və ya çox məlumatı əldə etdiklərini soruşun.
•    Onlar insan hüquqlarının öz həyatları ilə bağlılığı barəsində nə düşünürlər? Hansı hüquqların?

Fasilitator üçün məsləhətlərGoto top

Bu məşğələdən əvvəl siz (601-ci səhifəyə baxın) ÜİHB-i oxumalı və insan hüquqları barəsində məlumata malik olmalısınız; məsələn, onlara beynəlxalq səviyyədə zəmanət verilməsi, qanuni şəkildə qorunması, onların insan ləyaqətinə əsaslanması, həm fərdləri, həm də qrupları qoruması, alına bilməməsi, bərabər, qarşılıqlı asılı və universal olması.

Siz divar cədvəlindən necə istifadə etmək barəsində qərara gəlməlisiniz. Əgər iştirakçıların ÜİHB barəsində çox az məlumatı varsa, cədvəldən məşğələyə başlamazdan əvvəl istifadə etməklə iştirakçıların nəyi tapacaqları haqqında müəyyən fikirə malik olmasını təmin edə bilərsiniz!

Əgər iştirakçılar daha artıq biliyə malikdirlərsə, cədvəldən sonda şəkili çəkilməyən hüquqlar barəsində müzakirələrə təkan vermək üçün istifadə edin. Özlərində rəssamlıq qabiliyyətinin olmadığını düşünən insanların bu məşğələni çox çətin hesab edəcəklərini nəzərə alın. Onlardan incəsənət əsərləri çəkmələrini istəmədiyinizi bildirin və şəkil çəkməyi sınamağa sövq edin. Onlar müsbət mənada təəccüblənə bilərlər!

Şəkili çəkiləcək hüquqları müəyyən etmək üçün ÜİHB-in qısaldılmış versiyasından istifadə edin. Bəzi təkliflər bunlardır: yaşamaq hüququ, işgəncəyə məruz qalmamaq hüququ, ədalətli mühakimə hüququ, ayrı-seçkiliyə məruz qalmamaq hüququ, şəxsi həyat hüququ, təhsil hüququ, köləliyə məruz qalmamaq hüququ, birləşmək azadlığı, ifadə azadlığı, milli mənsubiyyət hüququ, düşüncə və vicdan azadlığı, səs vermək hüququ, işləmək hüququ, sağlamlıq hüququ, şəxsi mülkiyyət hüququ, evlənmək və ailə qurmaq hüququ, kiminlə evlənəcəyini seçmək hüququ.

VariantlarGoto top

Əgər qrupunuzun üzvləri 8 nəfərdən azdırsa, bir qrup şəklində oynaya bilərsiniz; bir şəxsdən ilk hissədə şəikli çəkməyi xahiş edin, düzgün tapan şəxs növbəti hissədə şəkili çəkir və oyun belə davam edir.

Şəkil çəkmək yerinə, iştirakçılardan seçilmiş hüquqları pantomima vasitəsilə göstərməyi xahiş edə bilərsiniz.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

“Gül gücü” məşğələsi də hüquqların mənşəyini müəyyən etmək üçün şəkil çəkməkdən istifadə edir. Əgər qrup kreativ olmağı xoşlayırsa, onlar “Bunu həyata keçirin” məşğələsini bəyənə bilərlər. Bu məşğələdə iştirakçılar insan hüquqlarının ümumi anlayışını çatdırmaq üçün pantomimadan istifadə etməlidirlər. Qrup xüsusi qrupa məxsus olan bəzi hüquqları öyrənmək istəyə bilər, məsələn, əlilliyi olan insanların hüquqlarını öyrənmək üçün “Bacarığı görün” məşğələsindən istifadə etmək olar.

Goto top