Vissza Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi üzrə təlim keçirilmişdir

20-21 dekabr tarixlərində AŞ-nın Bakı Ofisinin və Aİ-nın Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə hakimlər üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi – ədalətli məhkəmə araşdırması hüququ” mövzusunda 2 günlük təlim keçirilmişdir.
Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi üzrə təlim keçirilmişdir

20 nəfər hakimin iştirakı ilə keçirilən təlim Azərbaycan Respublikası Ali Məhkəməsinin Hakimi Xəqani Məmmədov, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Hakimləri Sənan Hacıyev və Abiddin Hüseynov tərəfindən keçirmişdir. Qeyd olunmalıdır ki, bu növ təlimlər Aİ və AŞ-nın birgə proqramı olan “Yaxşı İdarəçilik üzrə Tərəfdaşlıq” çərçivəsində keçirilməkdədir.


Təlimdə Konvensiyanın 6-cı maddəsinin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin təcrübəsi ilə yanaşı hakimlər üçün AŞ-nın “HELP - Hüquqşünasların İnsan Hüquqları üzrə Tədrisinə dair Proqram”ının yeni platforması ilə yaxından tanış edilmişlər. İnternet üzərindən fəaliyyət göstərən HELP Proqramı vasitəsilə hakimlər Avropa Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yeniliklər ilə tanış olmaq və bu sahədə müstəqil hazırlıq və distant kurslara cəlb oluna bilmək imkanı əldə etmələri barədə məlumatlandırılmışlar. Eyni zamanda təlimdə HELP platformasından qeydiyyatdan keçirilmə üsulları təlim iştirakçılarına aşılanmışdır.


Təlimin HELP Proqramının tanıdılması ilə bağlı bölməsi HELP Proqramının Azərbaycan hakimləri üzrə əlaqələndiricisi Zülfiqar Babayev tərəfindən aparılmışdır.


Qeyd olunmalıdır ki, analoji olaraq HELP Proqramının tanıdılması ilə bağlı fəaliyyət Azərbaycan vəkilləri üçün də keçirilməkdədir.


Proqramla daha ətraflı tanış olmaq üçü http://help.elearning.ext.coe.int// ünvanına daxil ola bilərsiniz.

Baku 21.12.2017
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page