Mən ideal uğrunda yaşamağı və ona nail olmağı arzu edirəm. Lakin lazım gələrsə, mən onun uğrunda ölməyə də hazıram.

Nelson Mandela

Xülasə

Bu məşğələdə insan hüquqları qəhrəmanlarına maraq oyatmaq üçün məlumat kartlarından istifadə olunur. Müzakirə olunacaq məsələlərə aiddir:
• Siyasi repressiya
• İyirminci əsrdə insan hüquqları fəalları
• Müxtəlif ölkələrdə hüquqlar uğrunda mübarizə

Əlaqədar hüquqlar

• Fikir və ifadə azadlığı
• Qanun qarşısında bərabərlik və ədalətli mühakimə hüququ
• İşgəncə və alçaldıcı rəftara məruz qalmamaq hüququ

Məqsədlər

• Müxtəlif ölkələrdə insan hüquqları uğrunda mübarizə aparan bəzi şəxsiyyətlər barəsində öyrənmək
• Məlumatla işləmək və sıralamaq, əməkdaşlıq və komanda işi bacarıqlarını inkişaf etdirmək
• İnsan hüquqları ilə bağlı hörmət, məsuliyyət və marağı təbliğ etmək

Materiallar

• Hər kiçik qrup üçün 30 kartdan ibarət dəst
• Qayçı
• Zərflər
• İstəyə görə: yapışqan və kartları yapışdırmaq üçün sərt kağız

Hazırlıq

• Otağı kiçik qrupların işləyə biləcəyi hala gətirin.
• Hər kiçik qrup üçün bir dəst olmaqla kartların surətini çıxardın.
• Hər otuz kart dəstini kəsin, ardıcıllıqla olmaması üçün qarışdırın və zərflərə qoyun. Dəstləri bir-birindən ayrı saxlamaq vacibdir!

compass-key-date
  • 10 Dekabrİnsan Hüquqları Günü

Təlimatlar

1. İştirakçılardan 3 və ya 4 nəfərlik kiçik qruplara ayrılmağı xahiş edin. Hər qrupa bir kart dəstini ötürün.
2. Onlardan kartları döşəmədə üzü aşağı olmaqla paylamağı xahiş edin.
3. Kartların altı insan hüquqları mübarizinin həyatında baş verən hadisələri əks etdirdi-yini izah edin. Hər qrupun məqsədi hadisələri düzgün şəxsə aid etmək və hər şəxsin mübarizəsinin qısa təsvirini qurmaqdır.
4. Hər bir mübariz üçün “beş kartlıq dəstin” olduğunu izah edin (başqa sözlə, bir “A”, bir “B”, bir “C”, bir “D” və bir “E” kartı).
5. Hər qrupa kartlar bitənə qədər hər hissədə bir nəfər bir kart götürməklə oynamağı deyin.
6. İştirakçılara öz kartlarını sakitcə oxumaq üçün bir neçə dəqiqə vaxt verin.
7. Daha sonra, onlara getməyə icazə verin… Hər qrupa şəxsiyyətin mübarizəsini qurmaq üçün strategiyalarını hazırlamağa icazə verin. Bu mərhələ üçün onlara təqribən 15 – 20 dəqiqə vaxt lazım olacaqdır.
8. Hamını bir araya toplayın və qrupların birinin nümayəndəsindən şəxsiyyətlərdən birinin mübarizəsini öz sözləri ilə təqdim etməyi xahiş edin. Bunu sıra ilə digər qru-plarla təkrarlayın. Beləliklə, hər bir mübariz tam şəkildə təqdim olunacaqdır və hər qrup “hissələri” düzgün şəkildə yığdıqlarını yoxlaya biləcəkdir.

Təhlil və qiymətləndirməGoto top

1. Tapşırıq nə qədər asan idi və fərqli qruplar kart dəstlərini ayırmaq üçün hansı strategi-yalardan istifadə ediblər?
2. Hansı şəxsiyyətlər barəsində iştirakçılar daha əvvəl eşitmişdilər və hansılar onlar üçün yeni idi? Onların fikrincə, nəyə görə bəzi şəxsiyyətlər barəsində məlumatları olmadığı halda, digərləri olduqca məhşurdur?
3. Məlumatlardan hər hansı biri iştirakçıları təəccübləndirib? Onlar hansı məlumatı ən təəccübləndirici və ya ən təsirli hesab ediblər?
4. İştirakçılardan özlərinə ən çox aid olduğunu düşündükləri aforizmi seçməyi xahiş edin: onların fikrincə, əgər müvafiq şəxsiyyətlə eyni vəziyyətə düşsə idilər, özlərini necə aparardılar?
5. Ayrı-ayrı “mübarizlər” məhz hansı hüquqları müdafiə edirdilər?
6. “Qəhrəmanlıq” insan hüquqlarını müdafiə etmək üçün uyğun olmayan fəaliyyətdir? İnsan hüquqları pozuntularının qurbanı olan şəxslər üçün hansı tədbirlər görülə bilər?

Fasilitator üçün məsləhətlərGoto top

Qeyd edilən şəxsiyyətlər haqqında böyük həcmdə məlumat mövcuddur və təmin edilən qısa bioqrafiyalar məsələ ilə bağlı olduqca məhdud (və subyektiv) yanaşmanı əks etdirir. Eyni zamanda, bu siyahıya daxil edilə biləcək yüzlərlə digər insan hüquqları fəalları var. Onlar üçün baxın: http://www.universalrights.net/heroes/

Əgər siz Kompas-dakı nümunələrdən istifadə etmək istəsəniz, lakin onların birlikdə çalışdığınız gənclər üçün yad şəxsiyyətlər ola biləcəyini düşünsəniz, məşğələyə qısa girişlə başlaya bilərsiniz. Ölkənizdə yaxşı tanınan dörd və ya beş məhşur BMT səfirinin şəkillərini tapın, onları böyük kağızlara yapışdırıb divara asın. Qrup üzvlərindən onların adını və BMT səfiri olaraq nə etdiyini soruşun.

Eyni zamanda, qeyd olunmalıdır ki, iştirakçılar bu fəalların tutduğu mövqeni təkrarlamaqla bağlı özlərini “təzyiq altında” hiss etməməlidirlər. İnsan hüquqları uğrunda mübarizənin müxtəlif formaları var və ayrı-ayrı fərdlər öz inamları və bacarıqlarına uyğun gələn yolu seçirlər, məsələn, mövcud QHT-lər vasitəsilə çalışmaq, ərizələr hazırlamaq və ya birbaşa lobbiçilik etmək.

VariantlarGoto top

Hər kiçik qrupa boş kart verin və onlardan seçdikləri hüquq mübarizinin qısa bioqrafiyasını yazmağı xahiş edin. Daha sonra, qruplardan kartları dəyişməyi və bir-birinin “mübarizi”ni tapmağı xahiş edin. Bu dəyişikliyi edirsinizsə, mübarizlərin məhşurlar və müğənnilər olması sizi təəccübləndirməsin. Bütün təklifləri qəbul etməli və insanların nail olduğu və ya mübarizə apardığı məsələləri vurğulamalısınız. Əgər siz verilmiş şəxsiyyətin insan hüquqları ilə əlaqəsi olduğu ilə razı deyilsinizsə, digər iştirakçıları rəy bildirməyə dəvət etmək yaxşı yanaşma ola bilər.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

İştirakçılarda tarix boyu insan hüquqları uğrunda mübarizəyə töhfə vermiş şəxsiyyətlər haqqında anlayışı inkişaf etdirmək üçün onları bu məşğələdən sonra insan hüquqları fəalları barəsində məlumat toplamağa həvəsləndirməyiniz məsləhət görülür. Qrup özünün insan hüquqları fəalları “portret qalereyası”nı düzəltməyə başlaya bilər. Bu məşğələdə verilmiş altı şəxsiyyət başlanğıc kimi istifadə oluna bilər: şəkillər aforizmlər və qısa bioqrafiyalar-la birlikdə kart hissələrinə yapışdırılıb otaq boyunca nümayiş etdirilə bilər. Qrupun hər bir üzvündən digər şəxsiyyətlər barəsində məlumat toplamasını və onları portret qalereyasına əlavə etməsini xahiş etmək olar. Burada təqdim olunmuş altı mübarizin hər biri mülki və siyasi hüquqlar uğrunda mübarizə aparmışdır, lakin hüquqların əhatə dairəsini genişləndirərək buraya sosial və iqtisadi hüquqları daxil etmək olar. Nümunə kimi Çiko Mendes göstərilə bilər.

Vətəndaş cəmiyyətində fikir bildirmək və hüquqlar uğrunda mübarizə aparmaq üçün müəyyən vasitələr vardır. Əgər onları daha ətraflı şəkildə nəzərdən keçirmək istəyirsinizsə,  “Əlaqələr qurmaq” məşğələsini edə bilərsiniz. İndi isə öz hüquqlarınızı müdafiə etməli olduğunuz vəziyyət barəsində düşünmək istəyə bilərsiniz.

Əgər belədirsə, Hər kəs Fərqli - Hər kəs Bərabər Təhsil Paketindəki “Nahara kimin gəldiyini tapın” oyununu oynamaqla evinizə valideynlərinizlə tanış olmaq üçün “uyğun gəlməyən” oğlan/qız gətirdikdə nəyin baş verəcəyini araşdıra bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Müasir siyasi məhbuslar və ya fəallar barəsində məlumat toplayın – məsələn, Beynəlxalq Amnistiya Təşkilatının “Vicdan Məhbusu” hesab etdiyi şəxslər. İnsanları bu məhbus barəsində məlumatlandırmaq və onun azad edilməsi üçün müvafiq fərdlərə təzyiq etmək üçün məktub yazın və ya hərəkat hazırlayın.

Əlavə məlumatGoto top

Beynəlxalq Amnistiya Təşkilatının Böyük Britaniya şöbəsi insan hüquqları müdafiəçilərinin tarixi divar cədvəlini hazırlamışdır, cədvəl onların vebsaytından sifariş edilə bilər: http://www.amnesty.org.uk

Paylanmalı materiallarGoto top

PDF kimi yükləyin

Müzakirə kartları

A

”Mən   ağdərililərin   hökmranlığına   qarşı   mübarizə aparmışam, mən, həmçinin, qaradərililərin hökmranlığına qarşı mübarizə aparmışam. Mən hamının əmin-amanlıqda yaşadığı və bərabər imkanlara malik olduğu demokratik və azad cəmiyyət idealına ümid bəsləyirəm. Bu, uğrunda yaşanmalı və nail olunmalı idealdır. Lakin lazım gələrsə, mən onun uğrunda ölməyə də hazıram.”
Nelson Mandela
A

”Bəzi  ağrılı,  eyni  zamanda,  rahatladan  təsadüflər nəticəsində,   mən   özüm   üçün   mənəvi   vəhşiliyin dərinliyindən “bu, mənim günahımdır” fəryadının qəfildən necə ucalmasını və bu fəryad ilə xəstənin özünü insan adlandırmaq hüququnun bərpa olunmasını görmüşəm.”
Yevqeniya Qinzberq
B

Umtata  yaxınlığında  anadan  olub  və  76  yaşında ölkədə keçirilən ilk demokratik seçkilərdə Cənubi Afrika Respublikasının Prezidenti seçilib. Həmin vaxta qədər – və daha sonra – onun həyatı
B

1906-cı ildə Rusiyada anadan olub və 1977-ci ildə Moskvada vəfat edib. Stalin rejiminin saxtalaşdırılmış məhkəməsində terrorist olaraq damğalanana qədər müəllim və jurnalist kimi çalışıb. Digərlərini etmədikləri cinayətlərə görə günahlandırmaqdan imtina etdiyindən 18 ilini
C

aparteidə qarşı mübarizəyə, əvvəlki ağdərili hökuməti tərəfindən əksəriyyət təşkil edən qaradərili əhalinin istismarı üçün istifadə olunan irqçi sistemə qarşı mübarizəyə həsr olunub. Repressiyanın müxtəlif formalarından əziyyət çəkib: görüşlərə gəlməsi qadağan olunub, gizlənməyə məcbur edilib və sonda,
C

Sibirin həbs düşərgələrində dəhşətli şəraitdə keçirib. İlk ilini təklikdə rütubətli hücrədə saxlanılıb, gün ərzində idman etməsi, danışması, oxuması və uzanması qadağan olunub. Daha sonra, o,
D

44 yaşında həbs olunaraq ömürlük həbs cəzası alıb. Həyatının növbəti 28 ilini ailəsi və uşaqlarından uzaqda türmədə barmaqlıqlar arxasında keçirib.
D

Sibirin əmək düşərgələrinin birindən digərinə, o cümlədən, məhbuslardan birinə kömək etdiyinə görə, çox az insanın sağ qayıtdığı ən pis düşərgəyə göndərilib.

 

A

“Mənim bir xəyalım var, gün gələcək, bu xalq ayağa qalxacaq və öz inam dəyərlərini tam mənasıyla yaşayacaq: “Bu xüsus açıq-aşkar ortadadır ki, bütün insanlar bərabər yaradılmışdır.” Mənim bir xəyalım var, gün gələcək, mənim dörd uşağım dərilərinin rənginə görə deyil, öz xarakterlərinin xüsusiyyətlərinə görə qiymətləndirildikləri bir cəmiyyətdə yaşayacaqlar”
Martin Lüter Kinq
A

“Qeyri-zorakılıq bəşəriyyətin sahib olduğu ən böyük qüvvədir. İnsanın ustalığı ilə birləşdikdə o, ən güclü qırğın silahından daha qüvvətlidir“
Mahatma Qandi
B

1929-cu ildə Corciya, Atlantada anadan olub, həmin vaxtlarda qanun qaradərililərdən avtobuslar, teatr və kinoteatrlarda xüsusi oturacaqlarda oturmağı və ağdərililərlə ayrı fontanlardan su içməyi tələb edirdi. 28 yaşı olanda
B

1869-cu ildə, Qucaratda yaşayan Hindu ailəsində anadan olub, həmin vaxtda Hindistan hələ də zorla Britaniya İmperiyasının müstəmləkəsi olaraq saxlanılırdı. O, müstəqillik uğrunda mübarizəyə rəhbərlik edirdi, bir neçə dəfə həbs olunsa da,
C

irqi ayrı-seçkiliyə qarşı dinc yürüşlər, nümayişlər və etirazlar təşkil edən qaradərili kilsələri təşkilatının yaradıcılarından olub. Təşkilat Birminqham, Alabamada, yüzlərlə şagirdin küçələri doldurub mahnı oxuyaraq dəstək olduğu
C

dinc etiraz və dini tolerantlığın gücünə olan möhkəm inamını qoruyub saxlayırdı. Hindlilər bir – birinə və Britaniyalılara qarşı zorakılıqla davrandıqda Rac bu hal bitənə qədər aclıq aksiyası keçirirdi. O, Hindistan boyunca 241 mil yürüş edərək
D
etiraz aksiyasında iştirak edib. Polisə hücum itləri ilə, yanğın söndürənlərə isə yüksək təzyiqli su şlankları ilə həmin nümayişə müdaxilə etmək əmr edilmişdi. Həbs olunaraq türməyə salınıb.
D
tərəfdarlarını polis və əsgərlərin zorakılığını qarşılıq vermədən qəbul etməyə inandırdı. Yorulmadan sülhə həsr etdiyi ömrünün ümumilikdə 2338 gününü həbsdə keçirdi.

 

A

“Biz hərbi rejimi məhv etməyə və ya yoxa çıxarmağa çalışmırıq; lakin onlar daim bizi bununla təhdid edirlər... bizim məqsədimiz hamıya, o cümlədən hərbçilərə təhlükəsizliyi təmin edən cəmiyyət qurmaqdır.”
Dav Aunq San Su Kyi
A

“Alas, yaddaşımdakı bu kədərli mahnını məhbuslara kömək edənlərə göndərirəm. Qaranlıq mövsümdəki bu hislər – mən dəhşətli işgəncələri heç vaxt unutmayacağam. Qoy heç bir şüurlu varlıq hazırda həbsdə olan bu səfilliyə məruz qalmasın.
Nqavanq Sanqdrol
B

1945-ci ildə Birmada anadan olub, o, müstəmləkə hökmranlığından azad olmaq uğrunda mübarizənin qətlə yetirilmiş milli qəhrəmanının uşağı idi. Qəddar hərbi rejimə qarşı demokratiya uğrunda mübarizənin məhşur liderinə çevrilmişdi və
B

Tibetin Çindən ayrılıb müstəqilliyini elan etməsinə inanan buddist rahibədir, ilk dəfə 10 yaşında Çin orqanları tərəfindən həbs olunub. Onun törətdiyi yeganə cinayət
C

az qala tüfənglərini ona qarşı çevirmələri əmr olunmuş ordu hissəsi tərəfindən qətlə yetirilmişdi. Heç bir cinayətlə ittiham olunmadan 6 il ev həbsində saxlanılıb və xarici dünya ilə əlaqəsi tamamilə kəsilib. Azad olunduqdan sonra da, hökumət
C

Tibetin müstəqilliyi uğrunda dinc nümayişdə iştirak etmək idi. 15 yaşında yenidən həbs edilib və 3 il həbsə məhkum olunub. Cəzası, ilk öncə, türmədə azadlıq mahnısı oxuduğuna görə uzadılıb; daha sonra isə, türmənin həyətində yağışın altında “Azad Tibet” çığırdığına görə
D
ölməkdə olan həyat yoldaşını görməsinə imkan verməyib. 1991-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb. 2010-cu il noyabrın 13-də ev həbsindən azad edilib.
D
daha 8 il həbsdə saxlanılıb. Hazırda məruz qaldığı
işgəncələr nəticəsində böyrəklərində problemləri var.