İnsan hüquqları haqqında nə bilirsiniz?

Xülasə

Bu məşğələ sadə sorğu və insanların insan hüquqları üzrə biliyini və təcrübəsini paylaşdığı Binqo! oyununun fərqli formasıdır.

Əlaqədar hüquqlar

• Bütün insan hüquqları

Məqsədlər

• Ümumdünya insan hüquqları və onların dünyadakı bütün insanlarla əlaqəsini öyrənmək
• Dinləmək və tənqidi düşünmək bacarıqlarını inkişaf etdirmək
• Digər insanlara və onların fikirlərinə qarşı hörməti təbliğ etmək

Materiallar

• Hər iştirakçı üçün sorğunun bir nüsxəsi və qələm
• Flipçart kağızı və markerlər

Hazırlıq

Böyük ölçüdəki kağızda və ya flipçart kağızında sorğunun surətini çıxardın.
ÜİHB  və Uşaq Hüquqları Konvensiyasında göstəilən əsas hüquqlarla tanış olun.

compass-key-date
  • 8 MayDünya Qırmızı Xaç və Qızıl Aypara Günü

Təlimat

1. Sorğu vərəqlərini və qələmləri paylayın.
2. İştirakçılara özlərinə partnyor tapmağı və ona vərəqdəki suallardan birini verməyi tapşırın. Cavabın əsas sözləri müvafiq qutuya qeyd olunmalıdır.
3. Bundan sonra, cütlüklər ayrılır və iştirakçılar yeni partnyor axtarırlar.
4. Oyunun məqsədi təkcə hər qutudakı suala cavab tapmaq deyil, həmçinin, hər suala fərqli şəxsdən cavab almaqdır.
5. Kim bütün qutulara cavabları hamıdan əvvəl yazarsa, “Binqo!” deyə çığırır. Həmin iştirakçılar qalib gəlir.
6. Müzakirə ilə davam edin. Birinci qutudakı sualı oxuyun və iştirakçılardan ona aldıqları cavabları bölüşməyi xahiş edin. Əsas sözləri flipçartda qeyd edin. Bu mərhələdə qısa
rəylərin bildirilməsinə imkan verin.
7. Cədvəl tamamlandıqdan sonra, geriyə qayıdın və hər qutudakı cavabı tam şəkildə müzakirə edin

Təhlil və qiymətləndirməGoto top

• Bütün suallar insan hüquqları ilə bağlı idi? Hansı hüquqlarla?
• Hansı suallara cavab vermək ən çətin idi? Niyə?
• Hansı suallar ən mübahisəli idi? Niyə bu hüquqlar mübahisəli idi?
• İnsanlar insan hüquqları və onların pozuntuları ilə bağlı haradan məlumat alıblar? Onlar öz mənbələrinə etibar edirlər?

Fasilitator üçün məsləhətlər

Məşğələni qrupun maraqları və səviyyəsinə uyğunlaşdırmaq üçün istənilən sualda dəyişiklik edə bilərsiniz.

İştirakçıların cavablarını qeyd edərkən yalnız əsas sözləri yazın. Bunları yazmaqda məqsəd sonrakı müzakirəyə kömək etməkdir. Hər turdan sonra istənilən sualın izahı və ya şərhindəki fərqli yanaşmalara qısaca toxunun. Dərindən müzakirəni tələb edən məqamları vurğulayın və onlara sonda qayıtmağı razılaşdırın.

İştirakçılar sizin də bilmədiyiniz şəxsi və ya anlaşılmaz nümunələr gətirə bilərlər. Buna görə narahat olmayın. Heç kim hər şeyi bilə bilməz! İştirakçılardan müəyyən məlumatı haradan aldıqlarını soruşa, onun doğruluğunu və etibarlılığını müzakirə edə bilərsiniz. Əslində, bu, iştirakçıları, prinsip məsələsi kimi, məlumat barəsində tənqidi düşünməyə istiqamətləndirmək üçün yaxşı fürsətdir.

Cavabların bəziləri mübahisəli ola bilər. Məsələn, bəziləri abortun yaşamaq hüququna zidd olduğunu deyə bilər. Qrupdakı bəzi şəxslər bu mövqeni ciddi şəkildə müdafiə edə; digərləri isə eyni səviyyədə ona qarşı çıxa bilərlər. Buradan çıxarılan ilkin nəticə bütün məsələlərə fərqli perspektivlərdən baxmağı bacarmaqdır: insanların niyə müəyyən mövqeni tutduğunu başa düşməyə çalışın. İnsanların fikirləri vəmüxtəlif hüquqlar üzrə şərhləri fərqlənsə də, bir-birlərinin mövqelərinə hörmətlə yanaşmalıdırlar. Onlar digərinin yanaşması ilə razılaşmaya bilərlər, lakin həmin şəxsə hörmət etməlidirlər.

İkinci nəticə, bizim insan hüquqları haqqında öyrənməyimizin səbəblərini bilməkdir: on-lar bizim üçün vacibdir, onlar daim inkişaf edir və hüquqların əhəmiyyət kəsb etməsi üçün hamının fikri önəmlidir. İnsan hüquqları hamı tərəfindən necə şərh olunub tətbiq ediləcəyinə bir dəfəyə və dəqiq şəkildə qərar verilən anlayış deyildir; onlar mütəmadi olaraq nəzərdən keçirilməli və davamlı əsasda inkişaf etdirilməlidir. Buna görə də, hər bir kəsin insan hüquqlarının qorunması və təbliğ olunması prosesində iştirak etmək öhdəliyi vardır.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Mübahisə yaratmış bir və ya iki cavabı nəzərdən keçirin və insan hüquqlarına hörməti inkişaf etdirərkən rast gəlinən real həyat dilemmalarını müzakirə edin.

İnsan hüquqlarını öyrənməyin digər yolu şəkillərdən istifadə etməkdir. “Gül gücü” məşğələsi ilə insanların insan hüquqlarına necə yanaşdığını müəyyən edin. Bu məşğələ çoxsaylı müzakirələrə apara bilər, məsələn, stereotiplər, ayrı-seçkilik və dünya haqqında yanaşmalarımızın necə formalaşdığı barəsində.

Siz daha da irəli gedib hadisələrin KİV-də necə təqdim olunması formalarını və insan hüquqları aspektlərinə daha yüksək profil verilməsi yollarını nəzərdən keçirə bilərsiniz. Hər kəs Fərqli - Hər kəs Bərabər paketindəki “Xəbərlər hazırlamaq” məşğələsinə baxın.

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Sorğu vərəqi

İnsan hüquqlarını bəyan edən
sənədin adı

 
Bütün uşaqların malik olmalı olduğu xüsusi hüquq İnsan hüquqları haqqında
mahnı/kino/kitab
Ölkənizdə bəzi insanlara təmin olunmayan hüquq

 
Şəxsən sizin təmin olunmayan insan hüququnuz İnsan hüquqları uğrunda savaşan təşkilat
Hüquqlarımızla bağlı malik
olduğumuz öhdəlik

 
Ayrı-seçkilik nümunəsi Qadınların adətən təmin olunmayan hüququ
İnsan hüquqları uğrunda savaşan kimsə
 
Yaşamaq hüququnun pozulması Şəxsi həyata müdaxilə hüququnun pozulması nümunəsi
Gənclərin adətən təmin olunmayan hüququ

 
Ölkənizdə ayrı-seçkiliyə məruz
qalmamaq hüququ pozulan qrup və ya icma
Cəmiyyətinizdə sağlam ətraf
mühit hüququnun pozulmasına
nümunə