Bilirəm ki, mən hər şeyi olduğu kimi görmürəm, mən hər şeyi özüm olduğum kimi görürəm. 

Lorel Li1

Xülasə

Bu, iştirakçıların açıq havaya çıxaraq digərlərinin gözü ilə yerli vəziyyətİ araşdırdığı çox sadə məşğələdir.

Əlaqədar hüquqlar

Bütün hüquqlar

Məqsədlər

• Cəmiyyətdəki qeyri-bərabərliklər haqqında maarifləndirmə aparılması
• Müşahidə və təxəyyül bacarıqlarının inkişaf etdirilməsi
• Ədalət naminə çalışmaq üçün həmrəylik və motivasiyanın gücləndirilməsi

Materiallar

• Eynəklər. İkinci əl mağazaları və ya ikinci əl bazarlarından əldə
olunmuş eynəklər və ya sadəcə eynək çərçivələri.
• Böyük vərəqlər və qələmlər
• Köhnə jurnallar, açıqcalar, kollaj üçün material, hissələr, yapışdırıcı
• Şəkilləri asmaq üçün lent
• Rəqəmsal kamera və ya şəkil çəkə bilən mobil telefon; ideal olaraq, hər şəxsə bir ədəd və ya bütün qrup üçün bir və ya bir neçə ədəd
• Kompyuter və printer

compass-key-date
  • Oktyabrda ikinci Cümə axşamı günüDünya Görmə Günü

Təlimatlar

1. Qrupla birlikdə, məsələn, fiziki qüsurlu insanlar və ya evsiz insanlar kimi əlverişsiz vəziyyətdə olan və ya cəmiyyətdən kənarda qalan insanlar barədə beyin fırtınası edin.
2. Hər bir iştirakçıdan onlarda maraq doğuran belə bir insanı seçməyi xahiş edin və onlara bu insanla vaxt keçirəcəklərini və ətrafı həmin insanın gözü ilə kəşf edəcəklərini izah edin.
3. Xüsusilə əsas məsələnin rol oynamaq deyil, çölə çıxmaq və həmin insan olmağın nə demək olduğunu təsəvvür etmək olduğunu vurğulayın. O insanın yerində olmaq necədir? Məsələn, onlar bütün rahatlıqlardan istifadə edə biləcəklər? Onlar çörəyi hardan alacaqlar (əgər ala bilirlərsə)? Onlar harada yaşayacaqlar?
4. Əgər eynəkləriniz varsa, onları paylaşdırın. İştirakçılara onlar gəzməyə çıxdıqda əsaslandırma kimi ya rəqəmsal kameralar, ya da öz mobil telefonları ilə yuxarıda qeyd olunan qruplardan birinə aid insanların şəklini çəkməli olduqlarını deyin. Hər kəs üçün qayıtma vaxtı təyin edin.
5. Onlar qayıtdıqda, hər bir iştirakçıdan çəkdikləri şəkilləri kompyuterə köçürməyi, daha sonra, onlardan 2, 3 və ya 4-nü çap etməyi, böyük bir vərəqə yapışdırmağı və divardan asmağı xahiş edin. Şəkillərə ad qoyulmamalıdır.
6. Bütün şəkillər asıldıqda hər kəsdən hansı qrupların təmsil olunduğunu təxmin etməyi xahiş edin; daha sonra, növbə ilə hər bir iştirakçıdan öz şəkillərini təqdim etməyi və “görmək” üçün seçdikləri xüsusi qrupla nəyə görə xüsusi maraqlı olduqlarını izah etməyi xahiş edin.

1"Mən bilirəm ki, mən hər şeyi olduğu kimi görmürəm, mən hər şeyi özüm olduğum kimi görürəm” deyən Lorel Liyə 29 yaşında xərçəng xəstəliyi diaqnozu qoyulmuşdur. Həkimin proqnozlarının əksinə o, daha 20 il yaşadı və 3 uşağını böyütdü, səyahət etdi və yazdı. Onun halında, gördüyü şeyləri inkar etmək ona ruh yüksəkliyi verirdi. Digər hallarda isə bu, ağılsızlıqdır.

Təhlil və qiymətləndirməGoto top

Şəkillərdən ibarət sərgiyə baxmaqla başlayın, daha sonra, növbə ilə iştirakçılardan nə təcrübə əldə etdiklərini və nə gördüklərini soruşun.
•    Nə baş verdi? Məşğələdən həzz aldınız? Niyə həzz aldınız? Niyə yox?
•    Kəşf etdikləriniz arasında sizi ən çox təəccübləndirən nə oldu?
•    Seçdiyiniz nümunəni nəyə görə seçmişdiniz?
•    Seçdiyiniz insanla bağlı hansı qərəzli ideyalarınız və ya stereotipləriniz var idi? Bunlar sizin məşğələni necə həyata keçirməyinizə və nəyi “görməyi seçməyiniz”ə necə təsir etdi?
•    Məşğələ sizin cəmiyyətdən kənarda qalmış bu insanlarla hər hansı bir üsulla empatiya qurmağınıza imkan yaratdı? Niyə yaratdı? Niyə yox?
•    Özünüz haqqında nə öyrəndiniz?
    İndi isə daha geniş məsələləri müzakirə etməklə davam edin:
•    “Bilirəm ki, mən hər şeyi olduğu kimi görmürəm, mən hər şeyi özüm olduğum kimi görürəm. Bizim stereotip və inamlarımız ətrafımızdakı dünyanı necə gördüyümüzə necə təsir edir?
•    Əlverişsiz vəziyyətdə olan və cəmiyyətdən təcrid edilmiş insanlar haqqında məlumatı biz haradan əldə edirik?
•    Bütün qrup üzrə ümumiləşdirmə aparmaqla bir kəs haqqında fiki irəli sürmək nə dərəcədə risklidir?
•    Bir və ya iki nümunə əsasında bir qrup insan haqqında ümumiləşdirmə etmək nə dərəcədə risklidir?
•    İştirakçıların araşdırdığı əlverişsiz şəraitdə olan və ya təcrid olunmuş insanları xüsusilə müdafiə edən insan hüquqları hansılardır?
•    Bu insanların hüquqları daha çox hansı şəkildə pozulur?
•    Öz hüquqlarını tələb etmək onlar üçün nə dərəcədə asandır?
•    Onların hüquqlarının pozulmadığından və ya onların bu hüquqlardan istifadə edə bildiyindən əmin olmaq üçün kim məsuliyyət daşıyır?
Şəkillərdən ibarət sərgiyə baxmaqla başlayın, daha sonra, növbə ilə iştirakçılardan nə təcrübə əldə etdiklərini və nə gördüklərini soruşun.
•    Nə baş verdi? Məşğələdən həzz aldınız? Niyə həzz aldınız? Niyə yox?
•    Kəşf etdikləriniz arasında sizi ən çox təəccübləndirən nə oldu?
•    Seçdiyiniz nümunəni nəyə görə seçmişdiniz?
•    Seçdiyiniz insanla bağlı hansı qərəzli ideyalarınız və ya stereotipləriniz var idi? Bunlar sizin məşğələni necə həyata keçirməyinizə və nəyi “görməyi seçməyiniz”ə necə təsir etdi?
•    Məşğələ sizin cəmiyyətdən kənarda qalmış bu insanlarla hər hansı bir üsulla empatiya qurmağınıza imkan yaratdı? Niyə yaratdı? Niyə yox?
•    Özünüz haqqında nə öyrəndiniz?

 İndi isə daha geniş məsələləri müzakirə etməklə davam edin:
•    “Bilirəm ki, mən hər şeyi olduğu kimi görmürəm, mən hər şeyi özüm olduğum kimi görürəm. Bizim stereotip və inamlarımız ətrafımızdakı dünyanı necə gördüyümüzə necə təsir edir?
•    Əlverişsiz vəziyyətdə olan və cəmiyyətdən təcrid edilmiş insanlar haqqında məlumatı biz haradan əldə edirik?
•    Bütün qrup üzrə ümumiləşdirmə aparmaqla bir kəs haqqında fiki irəli sürmək nə dərəcədə risklidir?
•    Bir və ya iki nümunə əsasında bir qrup insan haqqında ümumiləşdirmə etmək nə dərəcədə risklidir?
•    İştirakçıların araşdırdığı əlverişsiz şəraitdə olan və ya təcrid olunmuş insanları xüsusilə müdafiə edən insan hüquqları hansılardır?
•    Bu insanların hüquqları daha çox hansı şəkildə pozulur?
•    Öz hüquqlarını tələb etmək onlar üçün nə dərəcədə asandır?
•    Onların hüquqlarının pozulmadığından və ya onların bu hüquqlardan istifadə edə bildiyindən əmin olmaq üçün kim məsuliyyət daşıyır?

Fasilitator üçün məsləhətlərGoto top

Siz bu məşğələni giriş olaraq və ya əsas məşğələ olaraq həyata keçirə bilərsiniz. Təlim görüşündə bu insanlara fasilə üçün həyata keçirilə və ya iştirakçıların boş vaxtlarında əlavə tapşırıq olaraq verilə bilər.

 

Təlimatlarda insanların fərdi şəkildə işləməsi təklif olunur, lakin məşğələ kiçik qruplarda da həyata keçirilə bilər. Qrupun sayı və kameraların mövcudluğu kimi praktiki məsələlər ehti-mal ki, məşğələni necə təşkil etməyinizi müəyyənləşdirəcəkdir. İnsanların şəkillərini təqdim etməsinin vaxt aldığını yadınızda saxlayın, buna görə də, qrupdakı insanların sayından asılı olaraq, hər bir şəxsin göstərməyi seçdiyi şəkillərin sayına məhdudiyyət qoyun.

 

Cəmiyyət daxilində əlverişsiz vəziyyətdə olan insanlara nümunə olaraq, kiçik uşaqlı sub-ay ana, təqaüdçü, miqrant, əlil arabasındakı insan və ya HİV/QİÇS xəstəliyinə yoluxmuş insanı göstərmək olar. Cəmiyyətdən təcrid olunmuş insanlara isə evsiz insan, qeyri-qanuni miqrant, savadsız insan, əqli cəhətdən xəstə insan və ya qaraçı cəmiyyətinin üzvünü mis-al göstərmək olar. Bu, çoxluğun sahib olduğu imkanlara malik olmayan insanlar qrupunu özündə birləşdirən nümunələrdir.

Əlverişsiz şəraitdə olan və təcrid olunmuş insanların hamısı yoxsuldur və qərəzli fikir və stereotipdən əziyyət çəkir və bu və ya başqa bir yolla ayrı-seçkiliyə məruz qalır, məsələn, içində olduqları vəziyyət səbəbindən layiq olduqları mənzil və işə sahib ola bilmir.

İştirakçıların öz gözləri ilə baxması və cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayan insan olmağın nə demək olduğunu təsəvvür etmələri faktından qaça bilməyəcəklərini anlaması vacibdir. Onlar məşğələ çərçivəsində özlərinin mövcud stereotiplərini və empatiya duyğularını  üzə çıxarmaqla təhrifedici və yanlış ola biləcək düşüncələrini daha da gücləndirmək riski ilə üzləşəcəklərini bilməlidirlər.

Onlar həmçinin stereotiplərin bir qrup insanın (səmərəli) ümumiləşdirilməsi olduğunu, lakin qrup daxilində çox geniş fərqlər olacağından və ümumiləşdirməni hər bir fərdə tətbiq edə bilməyəcəklərindən onlardan ehtiyatla istifadə etməli olduqlarını bilməlidirlər.Stereotiplər barədə daha ətraflı məlumat üçün Ayrı-seçkilik və Dözümsüzlük bölməsindəki əlavə məlumat hissəsinə baxın.

VariantlarGoto top

Təlimatlarda insanların fərdi şəkildə işləməsi təklif olunur, lakin məşğələ şəkil çəkmək üçün əldə olan kameraların sayına uyğun olaraq, kiçik qruplarda və ya bütün qrupla birlikdə də həyata keçirilə bilər.

İndividual posterlərin yaradılması əvəzinə, bütün şəkillər “Təcrid olunmuş şəkildə yaşamaq” başlığı altında sərgi və ya slayd şou yaratmaq üçün bir araya gətirilə bilər. Şəkil hazırlamaq əvəzinə, iştirakçılardan, öz növbələrində, həmin şəxs haqqında xəyali hekayə uydurmağı və ya pantomima göstərməyi xahiş edin. Əgər siz iştirakçılardan özlərini başqa bir şəxsin yerində hiss etməklərini (ayaqqabılarını geyinməklərini) istəyirsinizsə, o halda, iştirakçılara yeni ayaqqabılar, həmçinin, yeni eynəklər verin! Müxtəlif dillər insanlara özlərini digərləri kimi təsəvvür etmək və empatiya qurmağa çalışmağı təklif edən müxtəlif ifadə tərzinə sahibdir.

Qeyd olunduğu kimi, məşğələdə iştirakçılara əlverişsiz vəziyyətdə olan və təcrid olunmuş şəkildə yaşayan insanların necə yaşadığını təsəvvür etmək və daha sonra çölə çıxıb onların gözü ilə dünyanı görmək təklif olunur. Daha bir alternativ çölə çıxıb, müşahidə etmək və daha sonra onların şəkillərini yaratmaqdır. Normal olaraq, bizim öz gündəlik həyatımızda çox məşğul insanlar olduğumuzu və digər insanlar haqqında ümumilikdə çox müşahidə aparmadığımızı izah edin. İndi isə onlar çox diqqətlə ətrafa nəzər salmalıdırlar! İştirakçılara şəhərə çıxmağı və 5 dəqiqə ərzində izləyəcəkləri adamı seçməyi tapşırın. Onların ehtiyyatla davranmalı və öz hədəflərini narahat etməməli olduqlarını vurğulayın. Bu, onların “maraqlı” göründüyünü düşündükləri hər kəs ola bilər, lakin həyatları öz həyatlarından çox fərqli olan bir kəsin olmasına üstünlük verilir. İştirakçılara həmin insan haqqında ilk təəssüratları barədə məntiqi qeyd hazırlamalı olduqlarını və nəyə görə məhz həmin şəxsi seçdiklərinin səbəbini qeyd etməli olduqlarını bildirin. İndi isə onlar öz hədəflərini izləməli və onları ehti-yatla müşahidə etməli, onların kim olduğunu təsəvvür etməyə çalışmalı və onların həyatının təsvirini yaratmalıdırlar, məsələn:

•    Onların adı nə ola bilər?
•    Onların neçə yaşı var?
•    Onlar nə işlə məşğuldur?
•    Onlar haraya gedir?
•    Onlar harada yaşayır?
•    Onların sevgilisi və ya ailəsi var və ya onlar subaydır?
•    Onlar işləyir? Onların işi nədir? Və ya onlar işsizdir?
•    Onları nə xoşbəxt edə bilər?
•    Onların hobbisi var? Bu nə ola bilər?
•    Onlar nə yeməyi və içməyi sevir?

Məsələn, 30 dəqiqə sonra hər kəsin öz təcrübəsini paylaşmaq üçün qayıtmalı olduğu ilə bağlı razılaşın. Onlar öz hədəflərinin həyatları barədə sözlər və ya şəkillərlə danışa və ya təsvir edə bilər. Siz “Bir addım irəli atın” məşğələsində qeyd olunmuş rollardan istifadə etmək istəyə bilərsiniz. Bu, həm məşğələ üçün yaxşı giriş kimi, həm də sonrakı fəaliyyət kimi istifadə oluna bilər.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Bir addım irəli atın” məşğələsində qeyri-bərabər imkanlara sahib olmanın insanların həyatına necə təsir etdiyini görə bilərsiniz. “İki şəhərin nağılı” məşğələsində bizim sosial rifahın maaliyyələşdirilməsi ilə bağlı etdiyimiz seçimlərin ictimai həyata necə təsir etdiyini kəşf edə bilərsiniz.

Cəmiyyətdə təcrid olunmuş vəziyyətindən çıxmaq üçün bu insanlar layiqli əmək haqqına sahib işlə təmin olunmağa ehtiyac duyur. Bu, siz, məsələn, fiziki qüsurlu və ya miqrant olduğunuzda çətin olur. Siz, bununla bağlı, bəzi məsələləri “Mən işləmək istəyirəm” məşğələsində araşdıra bilərsiniz..

Fəaliyyət üçün fikirlərGoto top

Məşğələni ailəniz, dostlarınız və ya həmkarlarınızla birlikdə həyata keçirin və insan hüquqları ilə bağlı müzakirəyə başlayın. Siz, həmçinin, təcrid olunmuş insanlarla bağlı fikirlərinizi onların bəziləri ilə görüş keçirməklə, məsələn, Canlı Kitabxana layihəsi vasitəsilə və ya evsiz insanlar və qaçqınlarla bağlı maraqlanırsınızsa, sığınacaq mərkəzlərinə getməklə yoxlaya bilərsiniz. Alternativ olaraq, siz təcrid olunmuş insanlarla işləyən gənclər üzrə işçi və ya sosial işçi ilə əlaqə yarada və işlədikləri insanların reallıqları barədə sizə məlumat verməyi xahiş edə bilərsiniz.

Əlavə məlumatGoto top

Bu məşğələnin kontekstində biz “əlverişsiz vəziyyətdə olan” terminindən özlərinə dəstək ola bilməyən, özlərinə kifayət olmayan və digərlərinin maddi dəstəyinə ehtiyac duyan fərdlər və ya bir qrup insanı təsvir etmək üçün istifadə edirik. Buna görə də, onlar yoxsuldur. Buna nümunə olaraq, tənha ana, miqrant və ya fiizki qüsurlu insanları göstərmək olar. İnsanlar adətən ona görə “əlverişsiz vəziyyət”dədir ki, ümumi cəmiyyət onlara onları “əlverişsiz vəziyyət”ə qoyacaq şəkildə münasibət bəsləyir. Bu insanlar ümumi cəmiyyətin imkanları ilə müqayisədə özlərinin səhiyyə, təhsil, məlumat və məşğulluq imkanlarına daha az malik olması ilə əlaqədar “əlverişsiz vəziyyət”də görür. Əlverişsiz vəziyyətdə olan insanlar, həmçinin, özünüidarə, stimul, məsuliyyət və özünəhörmət çatışmazlığı da hiss edə bilər. Özünə kifayət etməklə bağlı üzləşdikləri maneələrə resursların olmaması, məsələn, işsizlik, kapital və ya fiziki qüsurlu insanlar üçün ictimai nəqliyyat sisteminin əlçatan olmaması kimi məsələlər dax-ildir. Əlçatmazlıq digər maneədir: xərclər, pis dizayn, məsafə, ictimailiyin çatışmazlığı və cəmiyyətin bir qrupa olan marağı. Resurs da əlçatmaz ola bilər, çünki bu müəyyən bir qrup tərəfindən bəyənilməyə və ya onlar üçün xoşagəlməz ola bilər və ya öz dəyərlərinə zidd sayıla bilər. “Əlverişsiz vəziyyət”də olan insanlar cəmiyyətdən həm təcrid oluna, həm də olunmaya bilər.

Biz “cəmiyyətdən təcrid olunmuş şəxslər” terminindən istifadə etdikdə fiziki yerdən daha çox konseptual yeri nəzərdə tuturuq. Cəmiyyətin kənarında olan insanlar cəmiyyətdə iştirakdan təcrid olunublar. Cəmiyyətdən kənarda yaşayan insanlara həbs olunmuş insanları, evsizləri, müalicə oluna bilməyəcək əqli xəstəliyə sahib insanları və ya müəyyən qruplar, məsələn, qaraçıları misal göstərmək olar. Məsələn, evsiz bir insan poçt ünvanı təqdim edə bilmədiyindən səs vermək üçün qeydiyyatdan keçmək imkanına sahib olmaya bilər. Bu, o deməkdir ki, onlara təsir edə biləcək bəzi əsas məsələlərdə onlar səs vermək hüququndan istifadə etməyəcək; onlar necə idarə olunduqları və ya onlar üçün təmin olunmuş xidmətlər barədə söz demək haqqına sahib olmadıqları üçün cəmiyyətdən kənarda qalır. Başqa bir nümunə isə dəstək tələb formaları və ya iş ərizələrini doldura bilmədikləri üçün cəmiyyətdən təcrid olunan savadsız insanlar ola bilər.

Canlı Kitabxana layihəsi 2000-ci ildə Danimarkada başladılmış bir ideyadır və indi Avropa Şurası tərəfindən “Kitabı üzlüyünə görə mühakimə etməyin!” kitabı vasitəsilə təşviq olunur. Canlı Kitabxana normal kitabxana kimi fəaliyyət göstərir – oxucular gəlir və limitli müddət üçün “kitab” götürür. Onu oxuduqdan sonra onlar Kitabı kitabxanaya geri qaytarır və - əgər istəyirlərsə - başqa bir Kitabı götürürlər. Yalnız bir fərq var: Canlı Kitabxanadakı Kitablar insanlardır və Kitablar və oxucular şəxsi dialoqa girir. Canlı Kitabxanadakı Kitablar qərəzli fikir və stereotiplərlə tez-tez üzləşən qrupları təmsil edən və adətən ayrı-seçkilik və ya sosial təcridin qurbanları olan insanlardır.

Əlverişsiz vəziyyətdə olmağı təsvir etməklə bağlı çərçivə barəsində oxumaq və sosial fəaliyyətlə bağlı məsələlər haqqında məsləhətləşmək üçün: Fəlsəfə elmləri doktoru Steven E. Mayerin “Əlverişsiz vəziyyətdə olan Qrup” nədir? məqaləsini oxuya bilərsiniz. www.effec-tivecommunities.com/articles

Qeyd

Bu məşğələ İnsan Hüquqları üzrə Təhsil və Qeyri-formallıq təliminin iştirakçıları tərəfindən yaradılmış və sınaqdan keçirilmiş: İnsan Hüquqları Təhsili perspektivi üzrə siz qeyri-formal vaxtlar və anlarda necə davranırsınız? As-sociation Intercultura, Dinan, Fransa, May 2009 məşğələsi əsasında inkişaf etdirilmişdir. Variantlar bölməsi Partlayış Nəzəriyyəsi / Rayder Spok təcrübəsindən yola çıxaraq hazırlanmışdır. http://www.blasttheory.co.uk

Goto top