İnkişafın göstəricisi çoxa malik olanlara nə qədər əlavə etməyimiz deyil, aza malik olanlara kifayət qədər təmin etməyimizdir.

Franklin D. Ruzvelt

Xülasə

Bu məşğələdə iştirakçılar öz nəsillərinin gələcəyi ilə bağlı ümidlərinin və qayğılarının şəklini çəkir, inkişaf etdirir və müzakirə edirlər.
Əhatə olunan məsələlər arasında aşağıdakılar vardır:
• Gələcək nəsillərə təsir edən ətraf mühit məsələləri
• Yerli inkişafın əhalinin ehtiyaclarını qarşılıyıb-qarşılamaması
• İnkişafın aparıcı qüvvələri

Əlaqədar hüquqlar

• Fikir və məlumata çıxış hüququ
• Uşaqların maraqları ilə bağlı bütün məsələlərdə eşidilmək hüququ
• Layiqli həyat şəraiti hüququ

Məqsədlər

• Cəmiyyət həyatı, hüquq və öhdəliklərin başa düşülməsini inkişaf etdirmək
• Açıq şəkildə müzakirə, komanda işi və gələcəyə baxış bacarıqlarını məşq etdirmək
• Gələcəyin hər bir gəncin öz əlində olduğu və onların etdiklərinin əhəmiyyət daşıdığı ilə bağlı marağı və inamı təbliğ etmək.

Materiallar

• Layihələr üçün vərəq
• Yekun dizayn üçün böyük vərəqlər
• Boyalar, fırçalar, qələmlər, karandaşlar və markerlər
• Kollaj üçün materiallar, məsələn, rəngli kağız, jurnallar, çubuqlar,
düyü, lobya, quru yarpaqlar, balıqqulağı və içmə çubuqları
• Qayçı
• Yapışqan və skoç
• Qonşuluq/şəhərin on və ya iyirmi il əvvəl necə göründüyünün rəsmləri və ya foto şəkilləri (istəyə görə)
• Yaşadığınız yerin xəritələri, həm köhnə, həm də yeni xəritələr (istəyə görə)

compass-key-date
  • 12 AvqustBeynəlxalq Gənclər Günü

Təlimatlar

1. Zamanla dəyişiklik anlayışını təqdim edin. İştirakçılardan daha gənc olduqları vaxt onların evləri və yerli küçələrin necə göründüyünü xatırlamağı və onların necə dəyişdiyi
barəsində düşünməyi xahiş edin. Sizin görüşün keçirildiyi məktəbin və ya mərkəzin otaqlarından hər hansı biri yenidən dekorasiya olunub yaxud oraya yeni mebellər gətirilib? Qonşuluqda yeni tikililər var, məsələn, ticarət mərkəzləri, evlər, yollar, oyun parkları və ya velosiped yolları?
2. İştirakçılardan yuxarıda qeyd olunanların niyə dəyişdiyini, onların yenilənməsi ilə bağlı qərarın kim tərəfindən verildiyini və əslində kim tərəfindən verilməli olduğunu soruşun. Məsələn, hər hansı ev sxemi yerli əhali üçün ehtiyac duyulan, aşağı qiymətə evləri təmin edib yoxsa maliyyə şirkəti tərəfindən investisiya kimi tikilən lüks mənzil və ya tətil evi olub?
3. Qısa şəkildə, bir və ya iki nümunəni müzakirə edin: inkişafdan kim faydalanıb və necə? Əgər nəzarət onların əlində olsa idi, nə edərdilər?
4. İndi isə digər insanlar və insan hüquqlarına təsir edən qərarların qəbul edilməsi arasında əlaqələri qurun. İnsanların fikrincə, insan hüquqları qərar vermə üçün faydalı çərçivə təşkil edir? Gələcəkdə qərar verənlər üçün insan hüquqları daha çox yoxsa daha az əhəmiyyət daşıyacaqdır? Niyə?
5. Qrupa onlara indi imkan verildiyini deyin! Hazırki anda onlar məskunlaşa biləcəkləri gələcək barəsində düşünmək – ona təsir etmək – şansına malikdirlər.
6. İştirakçılardan üç – dörd nəfərlik qruplara ayrılmağı xahiş edin.
7. Vərəq və qələmləri paylayın və onlardan gələcək üçün ideal qonşuluq/şəhərlə bağlı fikirlərini çertyoj və ya layihə şəklində çəkməyi xahiş edin. Onlar müstəqil şəkildə işləyirlər. Yeganə məhdudiyyət onların öz təxəyyülüdür.
8. Hər qrup layihə planını razılaşdırdıqdan sonra, onu böyük kağıza köçürməli, boya və kollaj materialları ilə tamamlamalıdırlar.
9. İş tamamlandıqdan sonra, hər qrupdan sıra ilə planlarını təqdim etməyi, müvafiq fikirləri haradan əldə etdiklərini və necə inkişaf etdirdiklərini deməyi xahiş edin. Hər təqdimatdan sonra, qısa suallar və cavablar üçün vaxt ayırın, lakin ümumi müzakirəni təhlilə saxlayın.

Təhlil və qiymətləndirməGoto top

Goto top

İştirakçıların qrup işini nəzərdən keçirməklə başlayın. Daha sonra, planların insanların sağlam həyat mühiti ehtiyaclarını qarşılayıb – qarşılamadığı barəsində danışın.
• Hər kəs işdə iştirak edib töhfə verə bildiyini hiss etdi? Ayrı-ayrı kiçik qruplar üzvlərin fərdi bacarıqlarından tam şəkildə necə istifadə etdilər?
• Planları barəsində rəyləri eşitmək necə hiss idi?
• Planlarla bağlı rəy bildirmək necə hiss idi?
• Əgər onlar sinif və ya qrupdakı hamının ehtiyaclarını və arzularını əks etdirən vahid sinif və ya qrup planı hazırlamalı olsa idilər, ideallarının bəzilərindən imtina edərdilər?
• Planlarda ətraf mühitin qorunması nəzərə alınıb, məsələn, karbon dioksid emissiyasının azaldılması, bərpa olunan və dayanıqlı resurslardan istifadə, təkrar emal?
• İştirakçılar “gələcəyin memarları” olmaqdan həzz aldılar? Onlar bu idealların gerçəkləşəcəyinə inanırlar? Niyə? Niyə yox?
• Onlar böyüklərin bu planları müzakirə etməyə hazır olacağına inanırlar? Niyə? Niyə yox? Planlarda ən təəccübləndirici məqam nə oldu?
• Gələcəkdə vətəndaş kimi onların hüquqları hansılar olacaq?
• Gələcəkdə vətəndaş kimi onların öhdəlikləri nələr olacaq?
• Sizin məktəbinizdə (klubunuzda və ya icmanızda) birbaşa onlara təsir edən və ümumi məsələlərlə bağlı fikir bildirə bilirlər? Qərar vermə proseslərində iştirak etmək hüququ almaq üçün hansı hüquqlara iddia edə bilərlər?
• Gənclər onların həyatlarını və gələcəklərini formalaşdıran demokratik proseslərə təsir göstərmək üçün ümumilikdə hansı imkanlara malikdirlər?
• İnsanların sağlamlıq, istirahət və mədəni həyat hüquqlarını reallaşdırmaq üçün hansı yerli imkanlar təmin olunmalıdır?

Fasilitator üçün məsləhətlərGoto top

Bu məşğələnin başlığı “Bizim gələcəyimizdir”. Bu başlıqdan istifadə olunmasında məqsəd gələcəyin əvvəldən müəyyən olunmadığını, əksinə bizim tərəfimizdən yaradıldığını
göstərməkdir. Buna görə də, gələcəyin bir neçə mümkün şəkili vardır və gənclərin qarşısında duran məsələ onların idealları və arzularına uyğun gələcək qurmaqdır.

Dəyişiklik anlayışını göstərmək üçün siz yerli ərazinin on və ya iyirmi il əvvəl necə göründüyünü əks etdirən foto şəkilləri nümayiş etdirə bilərsiniz. Həmçinin, onlardan qlobal
dəyişikliklər barəsində düşünməyi xahiş edə bilərsiniz. Məsələn, onlar İnternetin otuz il əvvəl elmi fantastika məsələsi olduğu, lakin bir neçə il sonra dünyadakı hər məktəb və kitabxananın veblə əlaqəsinin olacağı barəsində düşünməlidirlər.

Əgər iştirakçılar gələcək şəhərin necə görünəcəyindən əmin deyillərsə, siz aşağıdakı sualları verməklə onları istiqamətləndirə bilərsiniz:
• Orada kim yaşayacaq? Orada doğulanlar yoxsa yeni gələnlər? Onlar neçə yaşında olacaqlar? Onlar ailələrdə yaşayacaqlar?
• Onların gündəlik həyatı necə olacaq? Ərzağı haradan alacaqlar? Necə səyahət edəcəklər?
• Onlar hansı rifah xidmətlərinə (xəstəxanalar, diş həkimləri və s.) ehtiyac duyacaqlar?
• Onların məktəbləri necə olacaq?
• Necə səyahət edəcəklər?
• Onların evləri necə olacaq?
• Onların sosial həyatı necə olacaq? Asudə vaxtlarında nə edəcəklər?
• Onların ev heyvanları olacaq?
• Onlar nə işlə məşğul olacaqlar?
• Hansı texnoloji yeniliklər olacaq?
• Ətraf mühit necə olacaq? Təbii şərait necə olacaq?

VariantlarGoto top

Kollajdan istifadə etmək yerinə lazımsız materiallardan istifadə edə bilərsiniz, məsələn, karton qutular/ qablaşdırma, tualet boruları, qatlanmış kart, və ya kərpicləri qura bilərsiniz, məsələn, Leqo blokları.

Yerli ərazinin necə görünməsini istədiklərinə dair ümumi planlar qurmaq yerinə, iştirakçılar hazırda itifadə olunmayan və inkişaf etdirilməsi mümkün yerli məkanı seçə bilərlər. Qrup icmanın müxtəlif sahələrdəki ehtiyacları ilə bağlı tədqiqat aparıb yerli şuraya təqdim etmək üçün təklif hazırlaya bilər. Məkanda aparıla biləcək dəyişiklikliklərə aiddir: ticarət mərkəzi, asudə vaxt mərkəzi, məktəb, ev, dayanacaq, açıq yaşıl ərazi, oyun meydançası, idman meydançası, yaşlılar üçün oturacaq olan sakit qızılgül bağçası, şəhər ferması, canlı təbiət qoruğu, əyləncə parkı, səyahətçilər üçün yer və ya bovlinq meydanının qurulması. Əgər siz bunu fəaliyyət layihəsi şəklində etmək istəyirsinizsə, 3-cü fəsildən fəaliyyət layihələrinin planlaşdırılması və yerinə yetirilməsi üzrə məlumat əldə edə bilərsiniz.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Siz icmanızın neft və iqlim dəyişikliyinin ən yüksək həddinə özünü necə uyğunlaşdıracağını araşdıra bilərsiniz. Keçid Şəhəri təşəbbüsü yerli insanların icmalarının bütün aspektlərini (ərzaq, enerji, nəqliyyat, sağlamlıq, ürək və ruh, iqtisadiyyat və canlılar və s.) nəzərdən keçirməsini və 15 – 20 il ərzində icma tərəfindən müəyyən olunan və yerinə yetirilən “Enerji Mənbəyi Fəaliyyət Planının” başladılması üçün kreativ vasitələr tapmasını əhatə edir. İndiyə qədər olan təşəbbüslərə aşağıdakılar daxildir: ərzaq yetişdirmək üçün ictimai bağçaların yaradılması; biznes tullantılarının mübadiləsi, bir sənayenin tullantıları ondan istifadə edən digər sənayeyə ötürülür; köhnə əşyaları atmaq yerinə onları təmir etmək, və yerli mübadilə ticarət sistemlərinin (LETS) inkişaf etdirilməsi. Dünya üzrə insanların bu anlayışı necə inkişaf etdirdikləri barəsində əlavə məlumat və nümunələr tapmaq istəyirsinizsə, www.transitiontowns.org  linkinə baxın və ya axtarış motorunuza “Keçid Şəhərlər” daxil edin.

Sonrakı fəaliyyətlə bağlı digər fikir iştirakçılardan onlar üçün hansı faktorların əhəmiyyətli olduğunu göstərməkdən ötrü yaşadıqları yerin böyük ölçüdə şəxsiləşdirilmiş, fərqli, təsviri və əlavə xəritəsini çəkməyi xahiş etməkdir. Məsələn, divardakı qraffiti, yol boyunca hər hansı ağac və ya qısa yol kimi istifadə etdikləri ara küçə. 

Hər hansı obyektin dəyərini göstərmək üçün ilkin addım onun mövcudluğunu qeyd etməkdir; bu yolla, onun hər hansı gələcək “inkişaf” zamanı ləğv edilməsinin qarşısını al-maq olar. www.commonground.org.uk saytına və onların Administrativ Vahidlər Xəritələri layihəsinə baxın.

Resurslar və xüsusiyyətlərin yerləşməsi və bölgüsü, landşaft və əsas ərazinin istifadəsinin qeydə alınması və araşdırılması üçün digər yol Dünya Bankının kasıblıq və sosial təsir təhlillərində istifadə olunan “keçid yürüş” adlandırılan vasitədir. Bir günorta şəhər kənarına çıxıb onu sınaqdan keçirə bilərsiniz! http://web.worldbank.org saytında “keçid yürüş” haqqında məlumat əldə edə bilərsiniz.

Yerli inkişafın planlaşdırılması prosesləri və ona necə təsir etmək barədə əlavə məlumat toplayın. Şura görüşlərində iştirak etməklə və ya seçkilərdə namizədlik irəli sürməklə məktəb, klub və ya assosiasiyada qərar vermə proseslərinə cəlb olunun. Gələcək imkanları araşdırmaq üçün faydalı ola biləcək digər məşğələlər də var. Məsələn, “Bərabərlik Ölkəsinə yol” məşğələsi gender bərabərliyinə necə nail olunmasını araşdırır.

Əgər gənclərin demokratik qərar vermə proseslərinə cəlb olunması ilə bağlı başqa məşğələ etmək istəyirsinizsə - bu dəfə məktəb şuralarında iştirak etməklə necə təhsil formasına nail olmaq istədikləri barəsində - “Qoy, hər bir səs eşidilsin” məşğələsinə baxın. Biz gələcəyimiz barəsində xəyallar qurarkən daha ədalətli cəmiyyət qurmaqla ilkin addım ata bilərik.

Əgər qrup xuliqanlıq məsələsini nəzərdən keçirib hamıya qarşı şəfqət və hörməti inkişaf etdirmək yollarını araşdırmaq istəyirsə, “Bizim alternativlərimiz var?” məşğələsini edə bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Kollajların sərgisini təşkil edin və yerli məclis üzvlərini baş çəkib gənclərin fikirlərini eşitməyə dəvət edin.

İcmanız üçün strategiya planlarının (illik və uzunmüddətli) nüsxələrini əldə edin. Onları qrupla təhlil edin, daha sonra, dostlarınız və ailənizlə məsləhətləşin. Bu məsələ ilə bağlı bloq yaratmaq, yerli qəzetə yazmaq, ictimai görüş təşkil etmək və ya səlahiyyətli orqanlar tərəfindən keçirilən ictimai assambleyada iştirak etməklə fikrinizi bildirin.

Yerli Gündəlik 21 və ya digər ətraf mühit qrupu ilə əlaqə qurun və dayanıqlı gələcək üçün aparılan işə cəlb olunun.

Goto top