Back Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququnu İstanbul Konvensiyası ilə necə əlaqələndirir? Azərbaycan dilində yeni video

Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququnu İstanbul Konvensiyası ilə necə əlaqələndirir? Azərbaycan dilində yeni video

Avropa İnsan Hüquqları Məhkəməsi (Məhkəmə) presedent hüququ ilə qadın hüquqlarını inkişaf etdirmiş və müxtəlif kontekstlərdə qadınları ayrı-seçkiliyə qarşı müdafiə etmişdir.

Bu sənədli film Məhkəmənin qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə sahəsində presedent hüququnu yaradarkən İstanbul Konvensiyası kimi tanınan Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasından necə istifadə etdiyini və Məhkəmə ilə İstanbul Konvensiyasının necə qarşılıqlı əlaqədə olduğunu nümayiş etdirir.

Hazırda bu sənədli film Azərbaycan dilinə tərcümə olunmuşdur. Videonu burdan izləyə bilərsiniz:

Bu sənədli filmin tərcüməsi Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlığın ikinci mərhələsi (PGGII) çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi tərəfindən hazırlanmışdır.

Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.

PGGII haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.

Bakı, Azərbaycan 25 noyabr 2022-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page