Back Azərbaycan Respublikası Ali Məhkəməsində işlərin idarə edilməsi, işlərin emalı və elektron sənəd dövriyyəsini qiymətləndirmək üçün CEPEJ-in missiyası

Azərbaycan Respublikası Ali Məhkəməsində işlərin idarə edilməsi, işlərin emalı və elektron sənəd dövriyyəsini qiymətləndirmək üçün CEPEJ-in missiyası

Noyabrın 23-dən 25-dək Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Ali Məhkəmənin işinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə Bakıda ekspertlər missiyası həyata keçirib.

Səfər və Ali Məhkəmənin nümayəndələri ilə müzakirələr nəticəsində CEPEJ alətləri, o cümlədən Məhkəmə məlumatları panelləri üzrə Təlimat, Məhkəmə proseslərində vaxtın idarə olunmasına dair SATURN Təlimatları, Elektron məhkəmə sənədləri dövriyyəsi (e-sənəd dövriyyəsi) və məhkəmələrin rəqəmsallaşdırılması üzrə TəlimatlarKiberədalət istiqamətində dəyişikliyin aparılmasına dair Təlimatlar əsasında işlərin idarə edilməsi, işlərin emalı və elektron sənəd dövriyyəsininin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrdən ibarət hesabat hazırlanacaq.

Bu fəaliyyət Avropa İttifaqı və Avropa Şurasının "Yaxşı idarəçilik naminə tərəfdaşlıq II" birgə proqramı çərçivəsində Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən "Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması" layihəsi çərçivəsində, həmçinin Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurasının həyata keçirdiyi “Şərq Tərəfdaşlığında məhkəmə-hüquq islahatları səylərinin nəticələrinin daha yaxşı qiymətləndirilməsinə dəstək” (“Justice Dashboard EaP”) birgə proqramının dəstəyi ilə həyata keçirilib.

Bakı, Azərbaycan 25 noyabr 2022-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page