Ədalətli əvəzin ödənilməsi ilə bağlı tez-tez verilən suallar

Ümumi baxımdan, qeyd olunmalıdır ki Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli əvəzin ödənilməsi ilə bağlı təyin etdiyi məbləğlərin, həmçinin mümkün olan gecikmə faizlərinin ödənişi sözügedən məhkəmənin son qətnamə və qərarların icra edilməsinin bir hissəsini təşkil edir. Ödənişə Nazirlər Komitəsi tərəfindən nəzarət olunur.

Müəyyən olunan kompensasiya məbləği, valyuta, mənfəətdar, həmçinin gecikmə faiz dərəcəsi məhkəmənin çıxardığı qətnamə və qərarlarda müəyyən edilir.

Ödəniş şərtləri birtərəfli şəkildə dəyişdirilə bilməz və dövlət üçün heç bir istisna olmadan məcburidir. Buna baxmayaraq, çox xüsusi hallarda, tərəflərin razılığı ilə məhkəmə qərarında müəyyən edilmiş şərtlərdən fərqli ödəniş şərtləri qəbul edilmişdir (məsələn, fərqli ünvan və yaxud valyuta).

Avropa İnsan Hüqüqları Məhkəməsinin təyin etdiyi ədalətli əvəz ödənişi, və yaxud gecikmə faizləri ilə bağlı hər hansı bir sual və yaxud problem yaranarsa, Qərarların İcrası Departamenti ilə fax nömrəsi (+33 (0)3 88 41 27 93), poçt ünvanı (Conseil de l’Europe, Service de l’Exécution des Arrêts, F-67075 STRASBOURG CEDEX)) və yaxud e-mail ([email protected]) vasitəsilə əlaqə saxlayın.

Avropa İnsan Hüquqları Məhkəməsinin təyin etdiyi ədalətli əvəzin ödənilməsi üçun riayət ediləcək prosedur

Avropa İnsan Hüquqları Məhkəməsinin təyin etdiyi ədalətli əvəz məbləği tam ödənilməyib.