Asset Publisher Asset Publisher
Back

Prokuror və müstəntiqlər üçün Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi üzrə təlim keçirilmişdir

16 mart 2018-ci il tarixdə AŞ-nın Bakı Ofisinin və Avropa İttifaqının birgə əməkdaşlığı ilə prokuror və müstəntiqlər üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi – Azadlıq və toxunulmazlıq hüququ” mövzusunda 1 (bir) günlük təlim keçirilmişdir.
Baku 16.03.2018
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page
  • Imprimer en PDF
Prokuror və müstəntiqlər üçün Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi üzrə təlim keçirilmişdir

25 nəfər prokuror və müstəntiqlərin iştirakı ilə keçirilən təlim milli ekspertlər Sevinc Əliyeva, Azər Nağıyev və Zaur Əzimov tərəfindən keçirilmişdir. Qeyd olunmalıdır ki, bu növ təlimlər Avropa İttifaqının və Avropa Şurasının birgə proqramı olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində keçirilməkdədir.


Təlimdə Konvensiyanın 5-ci maddəsinin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin təcrübəsi ilə yanaşı iştirakçılar üçün AŞ-nın “HELP - Hüquqşünasların İnsan Hüquqları üzrə Tədrisinə dair Proqramı”nın yeni platforması ilə yaxından tanış edilmişlər. İnternet üzərindən fəaliyyət göstərən HELP Proqramı vasitəsilə iştirakçılar Avropa Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yeniliklər ilə tanış olmaq və bu sahədə müstəqil hazırlıq və distant kurslara cəlb oluna bilmək imkanı əldə etmələri barədə məlumatlandırılmışlar. Eyni zamanda təlimdə HELP platformasından qeydiyyatdan keçirilmə üsulları təlim iştirakçılarına aşılanmışdır.


Təlimin HELP Proqramının tanıdılması ilə bağlı bölməsi HELP Proqramının Azərbaycan hakimləri üzrə əlaqələndiricisi Zülfiqar Babayev tərəfindən aparılmışdır.


Qeyd olunmalıdır ki, analoji olaraq HELP Proqramının tanıdılması ilə bağlı fəaliyyət Azərbaycan vəkilləri üçün də keçirilməkdədir.


Proqramla daha ətraflı tanış olmaq üçün http://help.elearning.ext.coe.int// ünvanına daxil ola bilərsiniz.

Web Content Display Web Content Display

Uzmite online pomoć kurseva!

Besplatna registracija naravno

Web Content Display Web Content Display

Tražite vesti iz 2014?

nabavite vesti za vijesti ovdje

Web Content Display Web Content Display