“İnsan hüquqları” ilə nəyi nəzərdə tutduğunuzu mənə göstərin!

Xülasə

Bu teatr məşğələsi vasitəsilə iştirakçılar ümumi insan hüquqları anlayışı barədə öz təsəvvürlərini təqdim edir.

Əlaqədar hüquqlar

• Bütün insan hüquqları

Məqsədlər

• Ümumi insan hüquqları anlayışı və ya ideyasını araşdırmaq
• Mədəniyyətlərarası və ünsiyyət bacarıqlarının inkişafı 
• Əməkdaşlıq və yaradıcılığın inkişafı

Materiallar

• Aksessuarlar: paltarlar, oyuncaqlar, ev əşyaları və s.
• Kağız və rəngli markerlər, karandaşlar
• Yapışqan, kəndir və kart

compass-key-date
  • 10 Dekabrİnsan Hüquqları Günü

Təlimatlar

  1. Məşğələnin məqsədinin müxtəlif mədəniyyətlərdən olan və müxtəlif dillərdə danışan insanların başa düşə biləcəyi şəkildə ümumi insan hüquqları anlayışı və ya ideyasının tamaşa vasitəsilə təqdimatının ortaya çıxarılması olduğunu izah edin.
  2. İştirakçılara ümumiyyətlə sözlərdən istifadə etməyə icazə verilmədiyini izah edin: bu səssiz (mimik) təqdimat olmalıdır. Lakin, qruplar istədikləri təqdirdə, materiallar və ya aksessuarlardan bəzilərini istifadə edə bilər.
  3. Qrupdan 4-6 nəfərlik qruplara bölünməyi xahiş edin və hər bir qrupa böyük vərəq və ya karandaş/ marker komplekti verin.
  4. Qruplara ilk öncə insan hüquqları barədə bütün fikirləri ilə beyin fırtınası etmək, daha sonra, səssiz təqdimat zamanı ən çox istifadə etmək istədikləri iki və ya üç əsas fikri müəyyənləşdirmək üçün 10 dəqiqə vaxt verin.
  5. İndi qruplara öz səssiz təqdimatlarını hazırlamaq və məşq etmək üçün 30 dəqiqə vaxt verin. Bunun qrup işi olmalı olduğunu və hər kəsin bu təqdimatın ortaya çıxmasında rolu olmasının vacibliyini izah edin.
  6. 30 dəqiqə bitdikdən sonra, hər bir qupun bir-birinin təqdimatına baxa bilməsi üçün qrupları bir araya toplayın.
  7. Hər bir təqdimatdan sonra iştirakçıların fikirlərini paylaşması və müzakirə üçün bir neçə dəqiqə vaxt ayırın.
  8. İzləyicilərdən bir az öncə izlədikləri təqdimatlar barədə şərh verməyi və təqdimatda çatdırmağa çalışılan əsas ideyaları müəyyənləşdirməyi xahiş edin.
  9. Daha sonra, qrupun özünə iştirakçıların şərhvermə zamanı qeyd etmədikləri məsələləri qısa izah etmələri üçün imkan yaradın. Bunu hər təqdimatdan sonra təkrarlayın.

Təhlil və qiymətləndirməGoto top

Məşğələnin özünü nəzərdən keçirməklə başlayın, daha sonra iştirakçıların insan hüquqları barədə nə öyrəndiklərini nəzərdən keçirin.

  • İnsanlar bu məşğələ barəsində nə düşünür? Onların ilk baxışda təsəvvür etdiklərindən daha çox və ya daha az çətin oldu? Təqdim etməsi ən çətin aspektlər və ya ən çətin məsələlər hansılar oldu?
  • İnsanlar insan hüquqları barədə yeni nəsə öyrəndilər? Əvvəl hesab etdiklərindən daha çox bildiklərinə təəccübləndilər?
  • Müxtəlif təqdimatlarda oxşarlıqlar və fərqliliklər var idi?
  • Qrup içərisində insan hüquqları ideyası üzərində əsaslı fikir ayrılıqları var idi? Bunlar necə aradan qaldırıldı?
  • Təqdimatlara əsaslanaraq, iştirakçılar insan hüquqlarının ən önəmli və ümumi xarakteristikalarının hansılar olduğunu düşünür?

Fasilitator üçün məsləhətlərGoto top

İnsanlar insan hüquqları anlayışı barədə tamamilə biliksiz deyilsə, bu məşğələni fasil-itator tərəfindən ən minimum təlimatla həyata keçirmək daha maraqlı olardı. Əsas məqsəd gənclərin insan hüquqları haqqında artıq öz həyat təcrübələrindən qazandığı təəssürat və biliyin təsvir edilməsidir. Onlar insan hüquqlarının dəqiqliklə nə olduğunu “bilmədikləri”nə görə özlərini məhdud hiss etməsinlər deyə bu faktoru qrup işləməyə başlamazdan əvvəl vurğulamaq yaxşı olardı.

İştirakçılara onların tapşırığının hər hansı bir və ya bir neçə spesifik insan hüququnu təsvir etmək deyil, “insan hüquqlarını ümumi anlayışda” izah etmək olduğunu bildirin. Onlar ümumi məsələləri qeyd etmək üçün bir spesifik hüquq seçə bilərlər, lakin müxtəlif insan hüquqlarına xas ümumi cəhəti göstərməyə çalışdıqlarını unutmamalıdırlar. Sessiyanın sonunda izləyicilər “insan hüquqları nədir?” sualına cavab verməyi bacarmalıdır (və ya buna başlamalıdır!).

Özlərini iştirak etməkdə zəif hiss edən şəxslərə aktiv iştirak etməkdən qaçınmağa icazə verməyin. Hər kəs üçün kifayət qədər rol olduğunu və bütün qrupun təqdimatı edərkən özlərini xoşbəxt hiss etməli olduğunu izah edin. Bəzi qeyri-adi əşyalar təqdimatları daha canlı edə bilər və yaradıcı ideyalar ortaya çıxara bilər – qazanlar, oyuncaq maşın, papaqlar, yastıqlar, daşlar, zibil qabı.

Əgər siz qruplara başlamaq üçün və ya müzakirənin sonunda mütləq hər hansısa məsləhət verməlisinizsə, o halda, onları aşağıdakılar barədə düşünməyə sövq edə bilərsiniz:

  • İnsan hüquqları bir insanın sadəcə insan olduğu üçün malik olduğu hüquqlardır; hər kəs bərabər hüquqlara sahibdir.
  • İnsan hüquqları bütün insanlara bərabər, universal və həmişəlik aiddir.
  • İnsan hüquqları vahid və bir-birindən asılıdır: siz bir hüquq “daha az vacib” və ya “qeyri-zəruri” olduğu üçün ondan məhrum edilə bilməzsiniz.
  • İnsan hüquqları əsas standartlardır və insanlar onlar olmadan ləyaqətlə yaşaya bilməzlər.

VariantlarGoto top

Əgər iştirakçılar üçün səssiz təqdimat etmək çətindirsə, siz onlardan kollektiv şəkildə heykəl kimi dayanmağı xahiş edə bilərsiniz. Fasilitator bu vaxt şəkillər çəkdikdə siz daha sonra bu “kollektiv şəkilləri” başqa bir tədbir zamanı müzakirənin başlanğıcı və ya hər hansı bir sərgidə istifadə edə bilərsiniz.

Alternativ olaraq, siz bu məşğələni şəkil çəkmək tapşırığı kimi də yerinə yetirə bilərsiniz: qruplardan yenə də sözlərdən istifadə etməməklə, insan hüquqları barəsində əsas ideyaları ifadə etmək üçün poster hazırlamağı xahiş edin. Daha sonra, müxtəlif posterlərin sərgisini hazırlayın.

Əgər siz qrupların müəyyən anlayışlar barədə fikirlərini cəmləməyini istəyirsinizsə, təlimatların 3 və 4-cü mərhələlərini ixtisar edə və kiçik qruplara bərabərlik, sülh, yoxsulluq və həmrəylik kimi açar sözlər verə bilərsiniz. Hər kiçik qrupa müxtəlif sözlər verməklə siz daha  çox anlayışı əhatə etmiş olursunuz; hər kiçik qrupa eyni söz verməklə isə siz maraqlı ifadə müxtəlifliyi təcrübəsi qazanırsınız.

Məşğələ, həmçinin, giriş xarakterli məşğələdən daha çox, insanlar artıq təlimat vəsaitində yer almış digər məşğələləri etdikdən sonra və ya öz araşdırmalarını həyata keçirdikdən son-ra fikirlərini cəmləşdirmək və aydınlaşdırmaq üçün də yerinə yetirilə bilər.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Look at plays or other literature with a human rights theme, and organise a dramatic performance for members of your local community.

İnsan hüquqları mövzusunda pyeslər və ya digər bədii ədəbiyyat nümunələrinə baxın və yerli cəmiyyətinizin üvləri üçün dramatik bir çıxış təşkil edin.

Ümumilikdə, insan hüquqları mövzusu üzərində işləməyə davam etmək üçün “Gül gücü” məşğələsini yerinə yetirə bilərsiniz. Alternativ olaraq, qrup mövzunu davam etdirmək və spesifik insan hüquqlarına nəzər yetirmək istəsə, “Uşaqların hüquqları” məşğələsi vasitəsilə Uşaq Hüquqları Konvensiyası haqqında da məlumat əldə etmiş olarsınız.

Məşğələdən sonrakı fəaliyyət mərhələsini həyata keçirmək üçün başqa bir yol iştirakçılar tərəfindən insan hüquqları anlayışının onlar üçün nə demək olduğu barədə qısa məktublar yazılması ola bilər. Hər kəs Fərqli - Hər kəs Bərabər Təhsil Paketindəki “Əziz dost” məşğələsinə nəzər yetirin. Məktub yazmağın məqsədi iştirakçılara öz ideyalarını aydınlaşdırmaq, cavab verilməsini təşviq etmək və dialoqu inkişaf etdirmək ola bilər. Bu səbəbdən məktublar qrup daxilindəki insanlara göndərilə və ya məktəblərarası və ya gənclərarası tapşırıqlarda istifadə oluna bilər.

4-cü paraqrafdakı Domino bölməsində insan hüquqlarının gündəlik həyata uyğunluğu barədə müzakirənin əsası kimi istifadə oluna biləcək “Gənclər tərəfindən danışılan hekayələr” mövcuddur.

Fəaliyyət üçün fikirlərGoto top

Siz öz səssiz təqdimatlarınızı hazırlaya və ya ümumi qrupla təqdimat hazırlayıb qrupdan kənar digər şəxslərə onu təqdim edə bilərsiniz. Poster hazırlanması və ya “kollektiv şəkillər” variantlarından istifadə etmisinizsə, poster və şəkillərinizi sərgi kimi nümayiş etdirin. Hər iki ideya İnsan Hüquqları Gününü qeyd etmək üçün istifadə oluna bilər.

Siz, həmçinin, səssiz təqdimatlarınızı videoya çəkə və internet saytlarında paylaşa bilərsiniz.