Biz müxtəlif gəmilərdə gəlmiş ola bilərik, lakin indi hamımız eyni qayıqdayıq.
 

Martin Lüter Kinq Jr..

Xülasə

Bu məşğələ ən yaşıl gənc qrupunu müəyyən etmək üçün yarışın simulyasiyasıdır. Onlar dürüst olacaqlar yoxsa aldadacaqlar?

Əlaqədar hüquqlar

• Qanun qarşısında bərabərlik hüququ
• Yaşamaq və sağ qalmaq hüququ
• Hüquq və azadlıqların tam şəkildə reallaşdırıla bildiyi beynəlxalq mühitdə yaşamaq hüququ

Məqsədlər

• Qanun qarşısında bərabərlik hüququ
• Yaşamaq və sağ qalmaq hüququ
• Hüquq və azadlıqların tam şəkildə reallaşdırıla bildiyi beynəlxalq mühitdə yaşamaq hüququ

Materiallar

• Əməkdaşlığın dəyərinin və müqavilələrə nəzarət edilməsi və onların yoxlanmasına olan ehtiyacın anlaşılmasını inkişaf etdirmək
• Əməkdaşlıq bacarıqlarını formalaşdırmaq
• Ədalət və düzgünlük hissini təbliğ etmək

compass-key-date
  • 5 İyunƏtraf mühit günü

Təlimatlar

Səhnə qurun: Şəhərdəki (və ya məktəb yaxud sinifdəki) ən yaşıl gənclər klubunu tapmaq üçün yarış keçirilir. Hər iştirakçı fərqli gənclər qrupunu təmsil edir və hazırda növbəti
mərhələyə kimin keçəcəyini müəyyən etmək üçün seçim aparılır. Məqsəd mümkün qədər çox xal toplamaqdır.
1. İştirakçılardan 5 nəfərlik qruplarda birləşib kiçik dövrələrdə oturmağı xahiş edin.
2. Dörd nəfər yarışçı dörd gənclər klubunun nümayəndələrini oynayacaq və bir nəfər xalları yazacaqdır. Xal yazanın, həmçinin, hakim olaraq oyunun hər hissəsinə başlamaq
barədə siqnal vermək məsuliyyətin daşıdığını izah edin. O, xal vərəqini doldurmaq və hamının qaydalara əməl etməsini təmin etməyə görə də məsuliyyət daşıyır.
3. Hər qrupdan kimin xalları yazacağına qərar verməyi xahiş edin.
4. Hər qrupda xalları yazanlara təlimat vərəqinin nüsxəsini ötürün. Oyunçuların oyunun və xalların toplanmasının qaydalarını başa düşməsini təmin etmək üçün onlardan
bu vərəqi qrupa ucadan oxumağı xahiş edin. Oyunçuların istədikləri vaxt qaydaları nəzərdən keçirə bilməsi üçün vərəqi hamının görə biləcəyi yerə yerləşdirin.
5. Bütün qruplar hazır olduqda onlar məşq üçün bir hissə oynamaqla başlaya bilərlər. Əgər hamı nə edəcəyini başa düşübsə, yarış başlaya bilər.
6. Qrupların hamısı 10 hissəni oynadıqdan sonra xalları yazan iştirakçılardan qrup üçün ümumi xalları hesablamağı və ən yüksək və ən aşağı fərdi xalları qeyd etməyi xahiş edin. Daha sonra, təhlillə davam edin və oyunun necə getdiyini, iştirakçıların nə öyrəndiyini əvvəl kiçik qruplarda, sonra ümumilikdə müzakirə edin.

Təhlil və qiymətləndirməGoto top

• İştirakçılardan kiçik qruplarda aşağıdakıları nəzərdən keçirməyi xahiş edin:
• Kim ən çox xal toplayıb? Qalib gəlmək üçün necə oynadınız?
• Ən aşağı xalı kim toplayıb? Özünüzü necə hiss edirsiniz?
• Kimsə aldadıldığını hiss edir? Niyə?
• 5, 8 və 10-cu hissələrdən əvvəl hər hansı razılığa gəlmisiniz? Nə baş verib?
• Kimsə razılığı pozub? Niyə?

COP 15 BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (UNFCCC) Tərəflərinin 15-ci Konfransının abbreviaturasıdır. O, həmçinin, BMT İqlim Dəyişikliyi Konfransı 2009 kimi tanınır.

Ümumi müzakirədə:

• Xalları yazan iştirakçılardan qruplarındakı ən yüksək və ən aşağı fərdi xalları və qrupun ümumi xalını bildirməyi xahiş edin. Bu rəqəmləri aydın şəkildə flipçarta yazın.
• Ən yüksək ümumi xal hansı qruplardadır? Həmin qruplarda oyunçular əməkdaşlıq edib yoxsa bir-birini aldadıb?
• Bu oyunun reallıqla əlaqəsi nədir? Dəqiq misallar gətirin.
• İnsanlar ətraf mühiti qorumaq üçün tədbir görmək barəsində razılığa gəldikdə, biz bütün iştirakçıların, həqiqətən də, dürüst şəkildə davranmasını necə təmin edə bilərik?
• Bir qrupun digərləri hesabına “ən yaşıl qrup” olmasının mənası var?
• 2009-cu ildə COP 15 İqlim Konfransında siyasətçilərin CO2 emissiyası üzrə gözlənilən razılığa gələ bilməməsinin səbəblərindən biri ölkələrin nəzarətlə bağlı razılığa gələ
bilməməsi idi. Onların “bir addım geri atıb” praktiki detallara diqqət ayırması və hansı insan hüquqlarının pozulmasını müəyyən etməsi faydalı ola bilərdi? Niyə?
• İqlim dəyişikliyi ilə bağlı hansı hüquqlar ən çox təsirə məruz qalır? Hansı hüquqlar pozulur?
• İqlim dəyişikliyi ilə bağlı problemin zəngin ölkələr tərəfindən törədildiyini və kasıb ölkələrin ondan daha çox əziyyət çəkdiyini nəzərə alsaq, sizin fikrinizcə, bərabərlik məsələsini həll etmək üçün ən ədalətli yol hansıdır?
• İqlim dəyişikliyi modellərində proqnozlaşdırılan sərt hava şərtlərinin artması milyonlarla insanın evsiz qalacağı deməkdir. Ölkəniz bununla bağlı nə etməlidir?
• İqlim dəyişikliyi ilə mübarizədə insan hüquqları təhsili müəyyən rol oynaya bilər? Əgər belədirsə, necə?

Fasilitator üçün məsləhətlərGoto top

Oyun nəticəsində oyunçuların əməkdaşlıq etdiyi qruplar ən yüksək qrup xalını toplayacaqlar. Oyunçuların digərlərini aldatdığı qruplar daha aşağı ümumi xal toplayacaqlar; başqa sözlə, fərd özü üçün yaxşı nəticə göstərə bilər, lakin bu digərlərinin uğursuzluğu hesabına başa gələcəkdir. Buradan gəlinən nəticə - insanlar əməkdaşlıq etdikdə hamının qalib gəlməsidir.
Könüllü razılaşmaların zəifliyini, hökumət direktivləri və qanunlarının mənfi və müsbət tərəflərini müzakirə edərkən iştirakçılardan populyar olmayan, lakin vacib olan tədbirlərlə bağlı səs verənlərin dəstəyini qazanmaq üçün aparılan məlumat kampanyaları barəsində nə düşündüklərini soruşa bilərsiniz. Bu nümunəni nəzərdən keçirin: bir neçə il əvvəl Səliqəli Britaniya qrupu Mənim Kiçik Banderolum Heç Bir Dəyişiklik Edə Bilməz başlıqlı kampaniya aparmışdı. Kampaniya çərçivəsində bir çoxunun üzərindəki nitq qabarcıqlarında “Mən heç bir dəyişiklik edə bilməyəcəyəm” şüarı yazılan kiçik banderolların olduğu küçə səhnəsi göstərilirdi. Siz bu posteri görsəydiniz, nə düşünərdiniz?
• Əgər mən öz tullantılarımı küçəyə atmasam, küçələr bir az daha təmiz olacaq və bu, digərləri üçün yaxşı nümunə sayılacaqdır. (Bu cavab 1 baş barmaq və 3 barmaq
kimidir.)
• Bizdən yalnız bir neçəmiz bunu etsə, ümumilikdə böyük fərq olmayacaqdır və əgər digər insanlar atdıqları tullantıların miqdarını artırsalar, bizim fəaliyyətimiz heç bir fərq yaratmayacaqdır. (2 barmaq və 2 baş barmaq)
• Əgər biz əksər insanları qayğı göstərməyə inandıra bilsək, küçələr daha təmiz olacaqdır. Buna baxmayaraq, həmişə tullantılarını küçəyə atmağa davam edən və digərlərinin səylərindən faydalanan bir neçə şəxs olacaqdır. Niyə onlar heç nə etmədən başqalarının hesabına faydalanmalıdırlar? (3 baş barmaq və 1 barmaq)
• Əgər heç kim addım atmırsa, mən niyə atmalıyam? (4 barmaq) Nümunə kimi, “mənim kiçik avtomobilim heç bir dəyişiklik edə bilməz” (CO2 emissiyalarının azaldılmasına) və ya “paltarlarımı qurutmaq üçün asmaq yerinə quruducu maşından istifadə etməyim heç bir dəyişiklik edə bilməz” (enerjiyə qənaətə) şüarlarından istifadə oluna bilər.

Qrupunuzdakı şəxslərin özlərinə asanlıqla şamil edə bildiyi nümunəni tapmalısınız. Bir çox şəhərlərdə tullantını küçəyə atmaq və itinizin səkini zibilləməsinə görə cərimələr
tətbiq olunur; könüllü fəaliyyət nəticə vermir. Müəyyən qaydalar hazırlanmalıdır. COP15 sammitinin sonunda qəbul edilən Kopenhagen Razılaşmasının əsas zəif cəhəti burada CO2 emissiyasına nəzarət və yoxlama üçün dəqiq metodların göstərilməməsidir.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Qrup evdə, gənclər qrupunda və ya yerli rayonda qaydaları pozan şəxslərə tətbiq olunan müxtəlif sanksiya və cəzaların effektivliyini nəzərdən keçirmək istəyə bilər. İnsanların qaydalara riayət etməsini təmin etməyin ən yaxşı yolu nədir?

İştirakçılara ən yüksək xalı toplamağın ən yaxşı yolunun hər kəsə baş barmaq oynamaq göstərişi vermək olduğunu təklif edin. Real həyatda, hökumət üçün paralel vəziyyət
hər kəsin maşın sürməyi dayandırması (CO2 emissiyasını azaltmaq üçün), gündə televizora maksimum bir saat baxmaq (elektrik enerjisinə qənaət etmək üçün), hər üç ildə maksimum bir texnoloji avadanlıq almaq, məsələn, mobil telefon, dijital musiqi pleyeri və ya video oyun konsolu (resurslara qənaət etmək üçün) və vegetarian olmaq (torpağın daha səmərəli istifadəsi və heyvan tullantılarından daha az CO2 və NOx istehsalı üçün). Qrup hamıya “barmaq oynamaq” göstərişi verən qanunvericilik nümunələri tapa bilər? (Yol hərəkəti qaydaları nümunə ola bilər.) Qrupun fikrincə, qeyd edilənlər insan hüquqlarını pozur? Hansıları və necə?

263-cü səhifədəki “Var-dövlət və güc uğrunda mübarizə aparmaq” məşğələsi resursların qeyri-bərabər bölgüsü nəticəsində ortaya çıxan ədalətsizliyə həsr olunmuş simulyasiyadır. Əgər təbiətin balansını və bizim onu necə məhv etdiyimizi araşdırmaq istəyirsinizsə, “Həyat şəbəkəsi” məşğələsini sınaqdan keçirin.

Fəaliyyət üçün fikirlərGoto top

Qrup yerli ətraf mühit məsələsini seçib onunla bağlı yerli siyasətçiləri hərəkətə keçirmək üçün digərləri ilə birgə təzyiq göstərmək istəyə bilər. Əgər qrup beynəlxalq siyasətlə maraqlanırsa, onlar COP15-də razılığa gəlinə bilməməsini və xalqlar arasında inam və anlayışı təbliğ etməyin yollarını nəzərdən keçirmək istəyə bilərlər.

İqlim dəyişikliyi ilə bağlı tədbir görmək hazırda bəşəriyyətin üzləşdiyi ən böyük çətinlikdir. Qrupu şəxsi, yerli, milli və beynəlxalq səviyyədə CO2 emissiyasını azaltmağın yolları barəsində düşünməyə vadar edin. İqlim dəyişikliyinin nəticələri barədə məlumat verən və istifadəçilərin şəxsi istehlakları üzərində çalışmasına yardım edən www.footprintdiary.com mobil telefon və veb tətbiqetməsindən başlayın.

Əlavə məlumatGoto top

Könüllü fəaliyyət faydasız deyil; heç nə etməməkdənsə, nəsə etmək daha yaxşıdır və siz digərləri üçün nümunə
ola bilərsiniz. Bu, WWF-nin İqlim
Mühafizəçiləri Təşəbbüsünün əsas
ideyasıdır. Məqsəd şirkətləri karbon emissiyasını azaltmağa təşviq etməkdir. 
http://www.worldwildlife.org/climate/business.html 

Beynəlxalq liderlər konfransın uğursuzluğa düçar olduğu günlərdə bir araya gəlməmişdən əvvəl, şəffaflıq COP 15-in əsas mövzusu idi. Əvvəlki COP-lardə inkişaf etməkdə olan ölkələrdə emissiyanın azaldılmasına “nəzarət olunması, hesabat verilməsi və yoxlanması”, qısaca, MRV prinsipi ilə bağlı razılığa gəlinmişdi. MRV anlayışı xüsusilə inkişaf etməkdə olan ölkələrin könüllü şəkildə apardığı “Milli səviyyədə Müvafiq Azaltma Fəaliyyətinə” tətbiq edilməli idi. Sürətlə sənayeləşən dünyanın ən böyük emitorları olan Çin və Hindistan nəzarət və yoxlama rejiminə razılıq verib müvafiq hədəfləri müəyyən etmişdilər. Ədalətli nəzarət prosesi ilə bağlı razılığa gəlinə bilməməsi sözügedən məsələlərin, xüsusilə, ədalət və bərabərlik məsələlərinin mürəkkəbliyini nümayiş etdirir. İnkişaf etməkdə olan ölkələrin, xüsusən, Çinin müxalifliyinin səbəbi təklifin olduqca ədalətsiz olması, onların adambaşına emissiyalarının inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağı olması və inkişaf etmiş ölkələr bu problemə görə günahkar olduğundan daha çox məsuliyyət götürmələrinin tələb olunması idi.

Bu məşğələ “Gəlin dünyanı ələ alaq” nəşrindən götürülmüşdür, © Woodcraft Folk 1993

Ətraf mühit üçün Ədalət Fondu ətraf mühitin təhlükəsizliyinə olan ehtiyac və insan hüquqlarının qorunması arasında birbaşa əlaqə qurur. http://www.ejfoundation.org

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Təlimat vərəqi
Oyunun məqsədi mümkün qədər çox xal toplamaqdır.
Oyunu necə oynamalı:
• Xalları yazan iştirakçı üçə qədər saydıqdan sonra, yumruğunuzu önə gətirin, ya barmağınızı göstərin, ya da baş
barmağınızı yuxarı qaldırın. Hər hissədə “barmaq” və ya “baş barmaqla” oynamalısınız.
• Digər iştirakçılarla, 5, 8 və 10-cu hissələrdən əvvəl istisna olmaqla, qalan vaxtlarda ünsiyyətə girə bilməzsiniz.
• 10 hissənin hamısında oynamalısınız.
Xalları necə toplamalı
Bu, rəqiblərin “barmaqlar” (F) və “baş barmaqların” (T) hansı kombinasiyasını oynamasından asılıdır.
• 4 rəqibin hər biri “baş barmaq” oynasa, hər oyunçu +1 xal alır
• Əgər üç oyunçu “baş barmaq” və bir oyunçu “barmaq” oynasa, “baş barmaq” oynayanlara -1 xal və “barmaq”
oynayana +3 xal yazılır
• Əgər iki oyunçu “barmaq” və ikisi “baş barmaq” oynayırsa, “baş barmaqlar” hər biri -2 və “barmaqlar” +2 xal alır.
• Əgər oyunçulardan biri “baş barmaq” və digər üç oyunçu “barmaq” oynayarsa, “baş barmaq” -3 və “barmaqlar” hər
biri +1 xal götürür.
• Oyunçuların hamısı “barmaq” oynayarsa, hər birinə -1 xal yazılır.
Qaydalar aşağıdakı cədvəldə qısa şəkildə təqdim olunub (oynanılan kombinasiyalar və fərdi oyunçunun müvafiq xalı):

TTTT TTTF TTFF TFFF FFFF
+1 +1 +1 +1 -1 -1 -1 +3 -2 -2 +2 +2 -3 +1 +1 +1 -1 -1 -1 -1

5, 8 və 10-cu hissələr bonusdur. Aşağıdakı qaydada əlavə xallar əldə edirsiniz:
5-ci hissə - bu mərhələdəki xalınız 3-ə vurulur
8-ci hissə - bu mərhələdəki xalınız 5-ə vurulur
10-cu hissə - bu mərhələdəki xalınız 10-a vurulur
Hər mərhələdən sonra xalları yazan oyunçu xal vərəqini doldurur.

Xal vərəqi
Oyunçununun adı        
Hissə        
0 (məşq hissəsi)        
1        
2        
3        
4        
5 (xal x 3)        
6        
7        
8 (xal x 5)        
9        
10 (xal x 10)        
Toplam xallar, 1-10-cu hissələr: