Back Avropa Şurası Nazirlər Komitəsinin sədri, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasında çıxış etmişdir

Avropa Şurası Nazirlər Komitəsinin sədri, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasında çıxış etmişdir

Avropa Şurası Nazirlər Komitəsinin sədri və Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bu gün Avropa Şurasının Parlament Assambleyasının plenar iclasında çıxış edərək, Nazirlər Komitəsinin fəaliyyəti haqqında hesabat vermişdir. 

Nazir Məmmədyarov öz ölkəsinin sədrliyi dövründəki əsas prioritetlərin məcmuəsini təqdim etmişdir. O, öncə korrupsiya ilə mübarizə, o cümlədən idman yarışlarının manipulyasiyasını da qeyd etmişdir. Nazir ölkəsinin sədriliyi dövründə Avropa Şurasının idman yarışlarının manipulyasiyası haqqında Konvensiya lahiyəsinin Nazirlər Komitəsində qısa bir zamanda qəbul edilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulamışdır. Eyni zamanda, mədəniyyətlər və dinlərarası dialoqun təşviqi, o cümlədən Sosial həmrəylik sahəsində Avropa Şurasının müxtəlif təşəbbüslərinin gücləndirilməsi kimi məsələlər də Azərbaycanın prioritetlər sırasına daxil edilmişdir.

6 may tarixində Vyanada keçirilmiş nazirlər toplantısı haqqında söz açan nazirlər Komitəsinin sədri, Avropa Şurasının qonşu regionlarla münasibətləri və Avropa İttifaqı ilə əməkdaşlığı istiqamətindəki siyasətinin inkişaf etdirilməsi kimi məsələlərə də toxunmuşdur. Bundan başqa, cənab Məmmədyarov Ukraynada demokratik təhsisatların möhkəmləndirilməsi üçün Nazirlər Komitəsinin bu ölkənin hökumətinə bütün lazımi dəstəyin verilməsinə hazır olduğunu bir daha təsdiqləmişdir. O, həmçinin Nazirlər Komitəsinin yaxın zamanlardakı fəaliyyətinin digər aspektlərini təqdim etmiş, xüsusilə də qurumun Kosovoya* Venesiya Komissiyasında üzvülüyün verilməsi haqda ötən həftə qəbul etdiyi qərarının olduğunu xatırlamışdır.

*Hər dəfə Kosovonun, onun ərazilərinin, təhsisatlarının və yaxud da əhalisinin adının çəkilməsi, Kosovoya dair statusa xələl gətirmədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 1244 saylı Qətnaməsinə tam uyğun şəkildə qəbul edilməlidir.

Strasburq 23/06/2014
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page