Back Azərbaycanda mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının illik toplantısı keçiriləcək

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində AŞ-nın mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə illik toplantısı 2014-cü ilin 1-2 sentyabr tarixlərində Bakıda, Hilton otelində keçiriləcək. Tədbir « Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə » mövzusuna həsr ediləcək. AŞ baş katibinin müavini Qabriela Battani-Draqoni, mədəniyyətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə  ilə birgə toplantının açılış mərasimində iştirak edəcək. AŞ Parlament Assambleyasının mədəniyyət, elm,  təhsil və mətbuat komitəsinin din azadlığı və dini təcrübələr üzrə məruzəçisi və eyni zamanda, qurum sədrinin bu tədbirdəki təmsilçisi Rafael Hüseynov və AŞ-nın Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Jan-Klod Frekon da həmçinin tədbirin açılış mərasiminə qatılacaqlar.

Bununla, Azərbaycan qarşılıqlı hörmət və anlaşma üzərində qurulmuş müxtəlif mədəniyyətli cəmiyyətlərin möhkəmləndirilməsini sədrliyi dövründəki (14 may – 13 noyabr 2014) əsas prioritetləri sırasına daxil etməklə, mədəniyyətlərarası dialoqun Avropada ayrıseçkilik və qeyri-tolerantllığa qarşı mübarizəsindəki roluna xüsusi önəm verdiyini nümayiş etdirir. (davamı…)

STRASBURQ 28/08/2014
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page