Back Azərbaycanda qurumlararası əməkdaşlıq

Azərbaycanda qurumlararası əməkdaşlıq

3 və 4 noyabr 2022-ci il tarixlərində 15 iştirakçıya qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə sahəsində qurumlararası əməkdaşlıq planının layihəsini hazırlamaq üçün zəruri vasitələrə dair potensialların artırlması sessiyaları keçirilib. Bu sessiyalar oktyabrda keçiirlən sessiyaların davamı idi.

Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Onlar qurumlararası iş üçün ilkin şərtlər, müxtəlif qurumların və tərəflərin rolu, fəaliyyət istiqamətləri, strukturları, funksiyaları və əməkdaşlığı kimi mövzuları müzakirə ediblər. Onlar məlumatların toplanması ilə bağlı əməkdaşlıq barədə də müzakirələr aparıblar. Bu müzakirələrin nəticəsi olaraq mütəxəssis tərəfindən iştirakçıların bütün şərh və təkliflərini əhatə edən qurumlararası əməkdaşlıq planının layihəsi hazırlanacaq.

Bu sessiyalar beynəlxalq standartlara, o cümlədən Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasının (İstanbul Konvensiyası) 15-ci maddəsinə uyğun olaraq, “zorakılıq hallarında müraciətlərin hərtərəfli və uyğun şəkildə idarə olunmasına imkan vermək” üçün qurbanlar və ya zorakılıq törədən şəxslərlə işləyən mütəxəssislərin koordinasiyalı qurumlararası əməkdaşlıq üzrə təlim keçməsini təşviq edir.

Bu təlim sessiyaları Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II 2019 -2022 çərçivəsində Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra olunan “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində təşkil edilmişdir.

Azərbaycan 3-4 noyabr 2022-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page