Azərbaycan tərəfindən AİHM qərarlarının həyata keçirilməsini dəstəkləmək üçün yerli qısamüddətli məsləhətçilərin seçimi üzrə tender

15 dekabr 2022-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page
  • Imprimer en PDF
Azərbaycan tərəfindən AİHM qərarlarının həyata keçirilməsini dəstəkləmək üçün yerli qısamüddətli məsləhətçilərin seçimi üzrə tender

Hazırda Avropa Şurası “Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsini həyata keçirir.

Bununla əlaqədar Layihə  Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent hüququ və qərarlarının Azərbaycan tərəfindən icrasını dəstəkləmək üçün intellektual xidmətlərin göstərilməsi üçün yerli məsləhətçilər axtarır. Ətraflı məlumat üçün, lütfən,  (ingilis dilində təqdim olunmuş) Tender sənədi“Çərçivə Aktı” (“Act of Engagement”) ilə tanış olun.

Maraqlı olan və tələb olunan meyarlara cavab verən namizədlər Tender faylında göstərildiyi kimi müraciət etməyə və tələb olunan sənədlərlə -“ Çərçivə Aktı”  ilə birlikdə tələb olunan sənədləri (CV və s.) təqdim etməyə dəvət olunurlar.

Ərizələrin təqdim edilməsi üçün son tarix: 10 yanvar 2023-cü il, saat 18:00-dir (Bakı vaxtı ilə).

Bütün ərizələr “Azərbaycan tərəfindən AİHM qərarlarının həyata keçirilməsini dəstəkləmək üçün yerli qısamüddətli məsləhətçilərin seçimi üzrə tender” başlığı/qeyd olunmaqla  [email protected]  ünvanına göndərilməlidir.

Bütün suallar tenderlərin təqdim edilməsi üçün son tarixdən ən azı 5 (beş) iş günü əvvəl təqdim edilməli və yuxarıda göstərilən e-poçt ünvanına mövzu sətirində (subject line) aşağıdakı qeyd olunmaqla ünvanlanmalıdır: “Suallar - AİHM qərarlarının Azərbaycan tərəfindən icrasına dəstək vermək üçün yerli qısamüddətli məsləhətçilərin seçimi üzrə tender”.

“Çərçivə Aktı” (“Act of Engagement”)

Tender sənədi