News

Back Praktik hüquqşünaslar və insan hüquqları müdafiəçiləri üçün təlim

“Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı Maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)”
Praktik hüquqşünaslar və insan hüquqları müdafiəçiləri üçün təlim

Azerbaijan-COE-EU-Partnership-for-Good-Governance

Praktik hüquqşünaslar və insan hüquqları müdafiəçiləri üçün təlim

“Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı Maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)”

Avropa Şurasının Azərbaycandakı Ofisi  Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində praktik hüquqşünaslar və insan hüquqları müdafiəçiləri üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı Maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusunda iki günlük təlim təşkil edəcək.

Təlim 29-30 iyul 2017-ci il tarixlərdə saat 10:00-dan 17:00-dək Hyatt Regency mehmanxanasının konfrans zalında keçiriləcək (ünvan: İzmir küçəsi 1033).

Tədbiri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Oktay Məhərrəmov və hüquqşünaslar Vəfa Rüstəm və Ramil Süleymanov aparacaqlar.

Təlimdə iştirak üçün CV-nizi 20 iyul 2017-ci il saat 18:00-dək [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Təlimə seçilən iştirakçıların siyahısı 26 iyul tarixdə e-mail vasitəsilə açıqlanacaq.

Baku, Azerbaijan
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page