Nazirlər Komitəsinin sədrliyi

Xəbərlər Xəbərlər

Gənclər siyasəti : bu təkcə dəbdə olan ifadə deyil

Baku 27/10/2014
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page
  • Imprimer en PDF

İdealist, absurd, novatorçu, qeyri-müəyyən, perspektivli, təsiredici, gələcək üçün bir yatırım olmaq - Bunlar, Gənclər siyasəti üzrə ilk Qlobal Forumda iştirak edəcək və ya öz ölkələrindəki gənclər siyasəti haqqında məlumat vermələri üçün bu Forumu izləyəcək gənclərin istifadə etdikləri bir neçə keyfiyyətləridir. Forum 2014-cü ilin 28-30 oktyabr tarixlərində Bakıda keçiriləcək.

Forum Avropa Şurası dəstəyi ilə Azərbaycanın qurumun Nazirlər Komitəsinə sədrliyi çərçivəsində ölkənin Gənclər və İdman nazirliyi tərəfindən təşkil olunur. Aralarında Gənclər nazirləri, siyasət adamları, gənc mütəxəssi və QHT təmsilçiləri olmaqla təqribən 700 nəfərin iştirakının gözləndiyi bu tədbirdə, Forum iştirakçıları səmərəli gənclər siyastinin tərəfləri, gənclərin təhsil, məşğulluq, əyləncə, könüllü fəaliyyət, urbanizasiya və ədalət kimi sahələrdəki ehtiyaclarına cavab vermək məqsədi ilə həyata keçiriləcək konkret strategiyalar, elə cə də onların ictimai həyatda fəal iştirakına sövq edən tədbirlər kimi məsələləri birgə şəkildə müzakirə edəcəklər.

Səmərəli gənclər siyasəti üçün nəzərdə tutulmuş qlobal model 1995-ci ildə gənclər üzrə ümumdünya fəaliyyət Proqramının qəbul edilməsi ilə həyata keçirilmişdir. Bu proqramın 20 illiyinin astanasında, 198 ölkədən 122-si gənclər siyasətini qəbul edib, 32 ölkə isə bunu yenilənmək prosesindədir. Büdcə çatışmamazlığı, xüsusilə də hazırkı iqtisadi vəziyyətdə, habelə gənclər siyasəti sahəsində imkan və təsir dairələrinin məhdudluğu məsələləri gənclər siyasəti sektorunda çalışanların qarşısına çıxan əsas problemlərı sırasındadır.

Avropa Şurası Fransa və Macarıstanda yerləşən Avropa Gənclər Mərkəzləri vasitəsi ilə gənclərin imkanlarının gücləndirilməsinə çalışır və onların gənclər üçün Avropa Fondunun maliyyə prioritetlərinə yönəlmiş qərarlarını nəzərə alır. Qurum gənclər siyasəti sahəsində hökumətlərlə məsləhətləşmələr aparır və bütün Avropada yüz minlərcə gəncə öz aralarında görüşmək, qayğılarını paylaşmaq, bir-birindən öyrənmək və qarşılıqlı şəkildə ruhlanmaq imkanlarını yaratmışdır.

Avropa Şurasının gənclər üçün eydiyi haqda daha ətraflı
Forumun web səhifəsi
Fotoqalereya