Mavi səma fonunda ulduzlar dairəvi düzümlə birliyin rəmzini göstərir. Ulduzların sayı on ikidir və kamilliyin və tamlığın rəmzi olmaqla apostolları, Yakobun oğlanlarının, Heraklın 12 bacarığı, ilin on iki ayı, və s. rəmzidir.

Təssis edildiyi 1949-cu ildən etibarən Avropa Şurası xalqların  müəyyən etməsi üçün Avropa rəmzini müəyyən etmişdir. 25 oktyabr 1955-ci ildə Parlament Assambleyası yekdilliklə mavi fonda dairəvi qızılı ulduzlar düzülmüş emblemi təsdiqləmişdir. 9 dekabr 1955-ci ildə təşkilatın Nazirlər Komitəsi həmin ilin 13 dekabrında Parisdə rəsmi olaraq təqdim edilən ulduzlarla bəzənmiş bayrağı qəbul etmişdir.

Bütün Avropanın rəmzi

1983-cü ildə Avropa Parlamenti öz növbəsində Avropa Şurası tərəfindən hazırlanmış bayrağı qəbul edir və onun bütün Avropa Birliyinin rəmzi olmasını tövsiyyə edir. Avropa İttifaqı Şurası 1985-ci il iyunda bayrağı təsdiqlədi. Avropa ittifaqı təssisatları 1986-cı ildən etibarən bayraqdan istifadə etməyə başlayır. 

Elə həmin ildən Avropa bayrağı müxtəlif millətlərdən olan bütün Avropalıları birləşdirən siyasi layihənin sinonimi olmuşdur.

 Did you know?
The Council of Europe Anti-Doping Convention adopted in 1989 is the only international legal instrument in this area to date.


Əlaqə
 

Test

Avropa Şurasının qərargahı haradadır?
  1. Brüseldə (Belçika)
  2. Strasburqda (Fransa)
  3. Cenevrədə (İsveçrə)
Close

Səhv cavab...

Close

Düz cavab!

Close

Səhv cavab...