Təşkilat

Avropa Şurasının baş qərargahı Fransanın Strasburq şəhərində yerləşir. Onun 2 200 əməkdaşı və bu ölkədən kənarda, eləcə də digər beynəlxalq təşkilatlarla əlaqə saxlamaq üçün ofisləri vardır. Strasburqda və Budapeştdə yerləşən Avropa Gənclər Mərkəzləri gənclərə demokratiya və insan hüquqları üzrə təlim təklif edir.  

Binalar
 

Avropa Sarayı

Fransız memarı Anri Bernar tərəfindən hazırlanmış və 1977-ci ildə rəsmi şəkildə açılmış Avropa Sarayı Avropa Şurasının əsas binasıdır. Önündə Avropa Şurasının bütün üzv dövlətlərinin bayraqlarının dalğalanandığı bu Sarayın strukturu xaricdən qala kimi möhkəm və daxildən incə dolanbacları ilə ziddiyyət təşkil edən bu bina divarları daxilində götürdüyü öhdəliyi müəyyən edən birliyin gücü, inam və səmimiyyət kimi dəyərləri əks etdirir. Xaricdən beton sütunlara dayaqlanmış qırmızı, gümüşü və tünd qızılı rənglərin qarışığı, alüminium rəngli fasad və konfrans zallarının geniş pəncərələri. Sarayın qarşısında əsas pilləkənlər yaşıl yamacla aşağı aparır. Avropa Sarayının- Avropa Evinin –qarşısındakı bu yaşıl meydan Avropa Şurasına təqdim edilmiş bir neçə incəsənət əsərini nümayiş etdirir.


  Aqora

Aqora Avropa Şurasının ən yeni binasıdır və qədim yunan sözü olub toplaşmaq üçün açıq meydan deməkdir. Binanın açılışı 2008-ci il aprel ayında olmuşdur. Planı Art & Build (Brüssel) və Denu et Paradon (Strasburq) memarlıq firmaları tərəfindən tərtib edilmişdir. 2008-ci ildə "ilin ən yaxşı" ofis binası (MİPİM) mükafatına layiq görülmüşdür. Aqora müasirliyin, səmərəliliyin və ətraf mühitə hörmət konsepsiyalarını özündə birləşdirir. Onun geniş şüşəli fasadının arxasında, qəhvəyi-yaşıl rəngli mislə örtülmüş iclas zallarını əhatə edən iki örtülü həyət yerləşir. İki günəş trubası metal çıxıntılı tavanı olan bu örtülü strukturun təbii ventilyasiyanı təmin edir.


  İnsan Hüquqları binası

1995-ci ildə istifadəyə verilmiş Avropa Şurasının İnsan Hüquqları Binası Strasburq şəhərindən keçən İl çayı sahilində yerləşir. Məşhur Jorj Pompidu Mərkəzinin, London Minilliyin qübbəsi (Millennium Dome) və Uels Parlament Assambleyasının binalarının dizayneri olan britaniyalı memar Lord Riçard Rojenin ən böyük nailiyyətlərindən biridir. Smvolizmə (fasadı ədalət tərəzisini xatırladır) və müasirlik elementlərinə (şüşədən liberal istifadə şəffaflığın metaforası kimi) üstünlük verilməsi binanın təsirini daha qabarıq göstərir.İnsan Hüquqları binasının fasadı Avropa Şurası İnsan Hüquqları Məhkəməsinin silindir şəkilli iki palatasını əks etdirir.


  Dərman Vasitələrinin Keyfiyyəti və Səhiyyə üzrə Avropa Direktoratı (DVKSAD)

DVKSAD-nin yeni binası Aqora binasının arxasında yerləşir. Dizaynı Brüseldə yerləşən Art & Build və Strasburqda yerləşən Denu et Paradon firmalarının memarları tərəfindən verilən bina 2007-ci ilin martında istifadəyə verilmişdir. Əyri şüşə və taxta konstruksiya özündə müasir estetikanı əks etdirir, təşkilatın istifadə etdiyi funksionallıq və laboratoriya otaqları, ofislər və iclas zalları Avropada və digər ölkələrdə istehlak olunan dərmanların keyfiyyətinə nəzarəti həyata keçirməkdə böyük rol oynayır.


  Avropa Gənclər Mərkəzi

Norveçli memarlar Lund və Slaatto tərəfindən dizaynı verilmiş bu funksional, müasir bina 1972-ci ildən etibarən müxtəlif sahələri əhatə edən minlərlə gənci qəbul etmişdir. O, Vaken məhəlləsində yerləşir. Skandinaviya memarlığının  möhtəşəm nümunəsi olan Avropa Gənclər Mərkəzi konkret realizm və alüminium elementləri ilə qeyri-adi təsir bağışlayır.

Did you know?
The Council of Europe's 46 member states form a death-penalty-free zone. Since 1985, the abolition of the death penalty has been a requirement for membership of the Council of Europe.

Test

Avropa Şurasının baş qərargahı haradadır?

  1. Brüseldə (Belçika)
  2. Strasburqda (Fransa)
  3. Cenevrədə (İsveçrə)
Close

Səhv cavab...

Close

Düz cavab!

Close

Səhv cavab...