Avropa Şurası

Hazırda 47 Avropa dövlətini özündə birləşdirən Strasburqda yerləşən beynəlxalq təşkilatdır. Əsas məqsədi Avropada demokratiyanı, insan hüquqlarının müdafdiəsini və qanunun aliliyini təşviq etməkdir.

 

 Aropa ittifaqı Şurası

Ittifaqın siyasətini planlaşdırmaq məqsədilə Avropa İttifaqına üzv ölkələrin dövlət və ya hökumət rəhbərlərinin müntəzəm (ildə iki dəfə) görüşü.

 

 Avropa İttifaqı (Aİ)

Avropa İttifaqı hal-hazırda Avropa səviyyəsində ümumi maraqlara dair xüsusi qərarların demokratik şəkildə qəbul edilməsi üçün 28 üzv ölkənin müəyyən səlahiyyətlərinin verildiyi təşkilatdır. Əvvəlcə Avropa Şurasına üzv olmadan heç bir ölkə Avropa İttifaqına qoşulmayıbdır.

 Parlament Asambleyası

47 üzv dövlətin milli parlamentləri tərəfindən təyin olunan 318 nümayəndədən (və eyni sayda əvəzedicidən) ibarət Avropa Şurasının məşvərətçi orqanıdır.

 

 Avropa İttifaqı Parlamenti

Avropa İttifaqının 28 üzv ölkəsinin ümumxalq səsverməsi ilə seçilmiş 766 deputatından ibarət olan Avropa ittifaqı parlament orqanı dır.

 Avropa İnsan hüquqları Məhkəməsi

Strasburqda yerləşən, İnsan Hüquqları Avropa Konvensiyası ilə təssis edilmiş əsil məhkəmə orqanıdır. Konvensiyyanı imzalayan dövlətlərin sayı qədər hakimlərdən ibarətdir və üzv dövlətlərin konvensiya çərçivəsində götürdükləri öhdəliklərə riayət etməsini təmin edir. 1998-ci il noyabr ayından etibarən Məhkəmə tam iş saatı əsasında fəaliyyət göstərir.

 

 Beynəlxalq Ədalət Məhkəməsi

Birləşmiş Millətlər Təşkilatının məhkəmə orqanıdır, mərkəzi Haaqa şəhərində yerləşir.

 

 Avropa İttifaqı Ədalət Məhkəməsi e

Luksemburqda yerləşir və Avropa İttifaqının Avropa müqavilələrinin təfsiri və tətbiqinin qanuna uyğunluğunu təmin edən orqandır.

Avropa İnsan Hüquqları Konvensiyası

Avropa Şurasına üzv olan dövlətlərin insan hüquqlarına və əsas azadlıqlara riayət etməyi öhdələrinə götürdükləri müqavilədir.

İnsan hüquqları haqqında Ümumi Bəyənnamə

Beynəlxalq səviyyədə insan hüquqlrının müdafiəsini gücləndirmək məqsədi ilə 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmişdir.

 Did you know?
The Congress of Local and Regional Authorities is a political assembly whose members represent over 200 000 local and regional authorities throughout Europe.


Əlaqə
 

Test

Avropa Şurası müqavilə kimi tanınan bir çox hüquqi sənədlər (konvensiyalar, xartiyalar, sazişlər) hazırlamışdır.  Avropa Şurası bu günə qədər neçə müqavilə tərtib edib?
  1. 100
  2. 200
  3. 300
Close

Səhv cavab...

Close

Düz cavab!

Close

Səhv cavab...